Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Nasıl Aptal Oldum

Martin Page

Yorumlar ve İncelemeler

Tümünü Gör
172 syf.
8/10 puan verdi
·
7 günde okudu
Antuan bütün həyatını öyrənməyə həsr edir lakin bu qədər çox bilgili olması ona asan başa gəlmir. O hər tərəfə baxanda sadəcə acı görür. Quşların səsindən zövq ala bilmir çünkü qlobal istiləşmə nəticəsində onların nəslinin tükənməkdə olduğunu bilir. Ağlı onun bədbəxtliyi, xəstəliyi olur. Antuan sadəcə insanlarla birlikdə olmaq,onların həyatını bölüşmək istəyir. Bunun isə yeganə yolu idiot olmaqdır. Bəs bunu bacarmaq bu qədər asandırmı?
Nasıl Aptal Oldum
Nasıl Aptal OldumMartin Page · Kapital Medya Hizmetleri · 2005143 okunma
Reklam
172 syf.
·
Puan vermedi
Şiddətli həyəcanlardan acıyan Antuan və Klemans As, Rodolf, Qanca, Şarlotta və onun rəfiqəsi ilə birlikdə nahar etmək üçün "Qudmundsdottirə" gəldilər. Ancaq nahara hələ saat yarım vardı, ona görə də Klemans qarabasma oyunu oynamağı təklif etdi. O, oyunun qaydalarını izah etdi: onlar özlərini kabuslar kimi aparmalı, yəni kafelərdəki çətirlərin altında oturan insanlara gözlərini zilləyərək baxmalı, küçələri və mağazaları dolaşmalı, bayquş səsi çıxarmalı, bir sözlə, özlərini gözəgörünməz kimi təsəvvür edərək bu durumun üstünlüklərindən istifadə etməliydilər. Klemans və Antuan əllərini qorxunc şəkildə yuxarı qaldırıb, zəncirləri cingildədərək Parisi həyəcanlandırmağa getdilər.
Nasıl Aptal Oldum
Nasıl Aptal OldumMartin Page · Kapital Medya Hizmetleri · 2005143 okunma
172 syf.
·
Puan vermedi
·
Beğendi
Onların cahilliyinə necə qibtə etməyəsən! Ağıl yaxşıdır, amma xoşbəxtlik daha yaxşıdır. Dünyamız zibildir, ancaq mən sağam və heç nədən qorxmuram. Ancaq əfsus ki, ağıl ikiqat bədbəxtlikdir. İnsan ona sırınan həyatın eybəcər və səfeh boşluğundan içkiyə qurşanır. Bizim hər tərəfdən buxovlanmağımız məni öldürür, hər bir azad sözü, sərbəst hərəkəti
Nasıl Aptal Oldum
Nasıl Aptal OldumMartin Page · Kapital Medya Hizmetleri · 2005143 okunma
61 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Akılsız insanlar daha mutlu olurlar.
Martin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyur;avtomobilçilərdən tutmuş universitet müəllimlərinə,video oyun,dəbli paltar,etnik musiqi və televiziya həvəskarlarına qədər olan hər kəsi.Romanın qəhrəmanı Antuan dövrünün çətinlik və xəstəliklərindən qorumaq üçün "idiotlaşmaq" yolunu seçir.Antuanın 11 yaşı olanda günlərin bir günü özünü 77 yaşlı qoca kişi kimi hiss edir.25 yaşına çatanda isə "idiot "olmaqdan başqa çarəsi qalmadığını anlayır.Hər şeydə bundan sonra başlayır .
Mən Necə İdiot Oldum
Mən Necə İdiot OldumMartin Page · Qanun Nəşriyyatı · 2013143 okunma
Reklam
160 syf.
5/10 puan verdi
·
6 günde okudu
Nisbətən ağır, "beyinyandıran" kitab olduğu üçün oxuyarkən dərketmə prosesi nisbətən zəif gedə bilir. Baş obraz olan Antuan sanki elǝ Pajın özüdür. O həddindən artıq ağıllı olmasından, loru dildə desək "burnu girməyən yerə başını soxmaq" sindromundan əziyyət çəkir və bundan xilas olmaq üçün çarəni "əyyaş olmaq", "intihar etmək", "başını əməliyyat etmək" kimi üsullarda görür. Heç birinə nail ola bilmədikdə isə Antuan milyonçu olaraq, bir müddət vecsiz həyat tərzi yaşamağa başlayır, lakin bunda da bəxti gətirmir. Sonluq isə tam gözlədiyim kimi olmasa da, ən azından məni xəyal qırıqlığına uğratmadı. Xoş beyin yanmaqlara.))
Mən Necə İdiot Oldum
Mən Necə İdiot OldumMartin Page · Qanun Nəşriyyatı · 2021143 okunma
160 syf.
9/10 puan verdi
·
Beğendi
·
36 günde okudu
Woow!
Röya Mirzəli
Röya Mirzəli
"Sürətləndikcə kiçilirəm" əsərindən sonra sistemli heç bir kitab oxuya bilməmişəm. Bu kitaba başlayanda da yarılayıb rəfə qoyacağım kitab şərəfinə layiq görülürdü, artıq bir aya yaxın idi ki 15-ci səhifəyə neçənci dəfəsə gəlişimdə "Aydan, STOP!" dedim. Evdə və universitetdə kitab oxumağa çətinlik çəkirəm; evdə səs-küydən qaçacağım özüməxas məkanım yoxdur, universitetdə isə dostlarımla bu çox mümkün olmurdu. Metroda açdığım kitabın hər səhifəsini başdan sona süzərək binanın qabağında olduğumun fərqinə vardım və bununla da yenə bir şey kəşf etmişdim. Röyanın söhbətində mənə mümkünsüz gələn şey. Yolda, gəzərək oxumaq. Axı niyə də yox? Telefonla yol boyunca irəliləmək olur da, kitabla yox? Əsl insanların içərisində təcriddir. Bunu xatirə olaraq saxlayacam. Amma məni incələmə hissəsini açmağa bu xatirəm yox, məndə yaranan hisslər və düşüncələr oldu. "Ağıl xəstəliyi" olan insanlarla ünsiyyətin maraqlı olduğu kimi əsər olaraq da baş qəhrəmanı yol yoldaşı etmək də bir o qədər cəlbedicidir. Hələ kitabın 67-ci səhifəsindəyəm. Mütləq əsər haqqında son incələmə yazacam. Çünki bu mənə daha çox ləzzətli gələcək! Gülə-gülə!
Mən Necə İdiot Oldum
Mən Necə İdiot Oldum
Mən Necə İdiot Oldum
Mən Necə İdiot OldumMartin Page · Qanun Nəşriyyatı · 2021143 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.