Kitabı oxuyanlar iki cəbhəyə ayrılıb, bəyənənlər və “vaxt itkisi” hesab edənlər. İlk olaraq, onu deyim ki, heç bir kitab vaxt itkisi deyil. Ən elementar və yaxşı olmayan kitabdan belə özümüz üçün, həyatımızın müəyyən situasiyası üçün dərs çıxarmaq mümkündür. Sadəcə, kitabı ötəri olaraq, sonunu görmək üçün yox, həqiqətən hər cümləsində bir fikir axtararaq oxumaq lazımdır.
İndi isə gələk bu kitaba, mənim indiyə qədər oxuduğum ən yaxşı kitablardan biri idi. İstər sadə və anlaşıqlı dili, istər mövzusu, istər süjet xətti olsun, hər şey əla idi. Kitab sizə eşq, sevgi mövzulu kitab kimi görünə bilər, amma hər cümləsində fəlsəfi düşüncələrə rast gələcəksiniz. İnsanı yaşadan nədir, məqsədimiz, çatmalı olduğumuz nöqtə haradır- hamısına cavab tapacaqsınız, əgər diqqətlə oxusanız. Çox danışmayacam, qətiyyən vaxt itkisi deyil, mütləq oxuyun