Quotes

See All
Ağlımla qəlbimin özgə yolu var, Hər biri bir yolda puç edər məni. Birisi sevdadan uzaqlaşdırar, O biri sevdaya tuş edər məni.
Məni eşqin oduna yandırdın, Çünki gördün yanıram, yan durdun. Qayıt, qayıt ki, sənsiz nə gözdə nur, nə könüldə sürur var. Nə gülməyə bir həvəsim, nə söhbətə meylim Nə oturmağa qərarım, nə getməyə taqətim qalmış. Nə səbr etmək qüdrətim, nə ah çəkmək qüvvətim var Canım dodağımda, gözüm yollardadır. Qayıt, qayıt öz günəş camalını göstər, üzündəki pərdəni at, aşiqlər məclisini ziynətləndir. Nə əlini kəsmək yeridir?
Reklam
MƏHƏBBƏT TƏRANƏLƏRİ
Sənin dodağından busə almasam, İllərlə yanında mehman qalmasam, Bu fani dünyaya nə etsəm yenə, O qismət eyləməz səadət mənə. Baxışın qəlbimə işıq, nur çilər, Onunla dünyanı ağıl dərk edər. Ən nəcib hisslərin açarıdır o, Ömrümün-günümün baharıdır o! Şirin arzularım göylərdən dərin, Mənim sarbanımdır şux nəzərlərin.
Sayfa 26
Göydə dövrə vuran ulduzlara bax, Yenə nur saçırlar bizlərdən uzaq. Başımız üstündə o qızıl çətir, Bizim arzumuzdan toxunmuş nədir?! Durub bir-birindən uzaqda yanar, Gah batar, gah da ki, sayrışar onlar. Qəmli dursalar da, səmada titrək, Onlar da birləşər bir vaxt bizim tək.
Sayfa 28
Ruzigarı qara, daim gecəsi tar keçir Hər kimin eşqdə bir yari sitəmkarəsi var Necə qan cuşə gəlib eyləməsin ahü-fəğan? Könlümün dideyi giryan kimi fəvvarəsi var!
İnan çatmasa da əlin əlimə, Sənin yanındadır xəyalım yenə...
Reklam
Qoy o vaxta kimi ömür uzansın, Dövranın qanadı düşsün, dayansın. Şirin bir həsrətin, xoş xatirənin Qiyməti böyükdür, mənası dərin. İnan, çatmasa da əlim əlinə, Sənin yanındadır xəyalım yenə.
Sayfa 31
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.