Yeraltı ədəbiyyatının əsas simalarından Çak Palanik. "Layla" Palanikin oxuduğum ilk kitabım oldu. Adam yeraltı olduğundan Palanik niyə belə şeylər yazırsan axı deyə də bilmirsən. Onu da qeyd edim ki, kitabın mövzusu çox yaxşıydı mənə görə, sadəcə olaraq bu mövzunu Jose Rodrigues, Scott Baker falan yazsa daha əfsanə birşey çıxardı ortaya.
Kitabın mövzusundan qısaca danışacaq olsam, bir mahnı düşünün ki, onu oxuyan zaman qarşıdakı şəxsi öldürmüş olursan. Qəhrəmanlarımız bu laylayla kitabın bəzi yerlərində bütün dünyanı məhv edib təzədən başlamaq hissi keçirir, bəzi yerlərdə isə nüsxələri məhv edərək dünyanı bu bəladan qurtarmaq istəyir.
P.S. Çox çox önəmli qeyd. Kitabı azərbaycan dilin oxumaq istəyənlər oxumayın, sonra mənim kimi peşman olacaqsız. Kitabı maraqsız edən əsas faktorlardan biri elə tərcüməsiydi. Bu qədər pis tərcümə görməmişdim.