O İllərin Çörəyi

Heinrich Böll

O İllərin Çörəyi Quotes

You can find O İllərin Çörəyi quotes, O İllərin Çörəyi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Necə olmuşdu ki, kişilər bu gözəlliyi kəşf eləməmişdilər, necə olmuşdu ki, onlar Hedviqin qarşısında beləcə - mənim kimi donub qalmamışdılar? Kim bilir, bəlkə də o mənim gözümə göründüyü andan bu qədər gözəl olmuşdu?
...dönə-dönə düşünmüşəm. Əgər o gün Hedviqi vağzalda qarşılamasaydım, görəsən, mənim həyatım nə cür olacaqdı: adamlar səhv edib özgə bir qatara mindiyi kimi, mən də bambaşqa bir həyata qədəm qoyacaqdım.
Reklam
Qızın saçları qara örtüklü damın yağışdan sonrakı rənginə çalırdı, onun ağ sifəti parıltısı hələ solmamış büllur divarda mahir bir əllə işlənmiş təzə boyanı xatırladırdı.
Hedviqlə yanaşı gedərkən mən ürəyimdə çox qəribə hislər keçirirdim- yəqin ki, yalnız o dünyada məhşər günü Allah qarşısında sınaqdan çıxanlar özünü mənim kimi hiss eləyə bilərdi...
Sayfa 142 - Qanun nəşriyyatıKitabı okudu
İndi mən tamam başqa adam idim və bağrına basdığım Hedviqi özüm özümə qısqanırdım.
Mənə elə gəlirdi ki, dünyada yaşıl rəngli qızılgüllər də olmalıdır, yaşıl açılmış qızılgüllər...
Reklam
...o ölən gün mən usta köməkçisi olmaq üçün imtahan verirdim. Qəbri üstünə gül alıb aparmaq üçün mən düz bir həftəlik maaşımdan keçdim. Güman eləyirəm ki, bir tikə cemli çörəyini o, mənə halal etmiş olar...
Sayfa 127 - Qanun nəşriyyatıKitabı okudu
Gözlərim qapıda idi, təkcə qapını görürdüm, onun dalından gec-tez Hedviq çıxacaqdı; bu, təzə bir qapı idi, qəhvəyi rənglə rənglənmişdi və mənə elə gəlirdi ki, ömrümdə bu qapıdan başqa heç nə görməmişəm. Mən nəğmə oxumaq bilmirdim, lakin burada gec-tez Hedviqin çıxacağı qapı ilə üzbəüz dayanarkən mən oxuya bilərdim, mütləq oxuya bilərdim.
... hərdən çeşmənin gözünə qırmızı boyaq tökürsən ki, görəsən, rəngli su haracan gedib çıxacaq, bəzən görürsən ki, illər gəlib-keçir və təsadüfən, heç gözləmədiyin bir yerdə həmin boyaqlı suya rast gəlirsən. Mən bu gün həmin suya rast gəlmişəm. Bu gün çeşmələrdən su axmır, qan axır və çeşmənin gözünə tökülən o boyanın indiyəcən harada gizləndiyini mən bu gün dərk eləmişəm...
Sayfa 137 - Qanun nəşriyyatıKitabı okudu
Beynim işləyirdi. Sanki o, maşın idi- söndürməyi unutmuşdular...
Sayfa 64 - Qanun nəşriyyatıKitabı okudu
421 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.