You can find Most Liked O İllərin Çörəyi books, most liked O İllərin Çörəyi quotes and quotes, most liked O İllərin Çörəyi authors, most liked O İllərin Çörəyi reviews and reviews on 1000Kitap.
...dönə-dönə düşünmüşəm. Əgər o gün Hedviqi vağzalda qarşılamasaydım, görəsən, mənim həyatım nə cür olacaqdı: adamlar səhv edib özgə bir qatara mindiyi kimi, mən də bambaşqa bir həyata qədəm qoyacaqdım.
Axşamlar mən saatlarla küçələri dolaşaraq, yalnız bir şey haqda düşünürdüm - çörək. Çörək görəndə gözlərim parıldayır, çörək görəndə dizlərim bükülürdü; mən içimdən bir ac canavarın baş qaldırdığını duyurdum.
Çörək. İnsanlar nəşəxor olduğu kimi, mən də çörəkxor olmuşdum.
Lap indinin özündə də man maaş alıb cibimda kağız və dəmir pullar küçə ilə gedəndə o vaxtların ac canavar qorxusu hərdən ruhuma hakim kəsilir; vitrində təzə çörək görəndə mən özümü dükana salıb üzdən dadlı görünən kökələrin hərəsindən birini alıram, sonra rastıma başqa dükan çıxır oradan da çörək götürürəm, adamların yanından keçə-keçə mən qoltuğumu qırmızı qazmaqlı xırdaca, xırtıldayan bulkalarla doldururam və aldığım bu çörəyi mən sonra ev sahibəsi üçün mətbəxə aparıram, çünki təkcə mənə qalsa, aldığımın heç dörddə birini də yeyib qurtara bilmirəm, çörəyin xarab olmasını düşünəndə isə beynimdən, az qalır, alov çıxsın.
Küçədən düşən gur işıq Hedviqin üzünü işıqlandırdı və mən onun üzünə diqqətlə tamaşa eləməyə başladım; bu baxışlara tab gətirməyin necə çətin olduğunu bilirdim, çünki mən onun sifətini bir şəkil kimi seyr eləyirdim, buna baxmayaraq, Hedviq mənim üzümə baxdı və bu anda mən ürəyimə çökmüş vahimənin yoxa çıxdığını duydum. Sanki, Hedviqin sifəti yenə də ürəyimi deşərək, könlümün dərinliyinə keçmişdi və orada bir xoş ağrı yaratmışdı.
Bu saat Hedviqlə eləmək istədiyimi mən hələ heç bir qadınla etməmişdim; görəsən, bu istəyə nə ad vermək olardı? Bunu demək üçün saysız-hesabsız sözlər vardı, ancaq o gün Hedviqlə üz-üzə duranda bildiyim sözlərin heç biri ürəyimin istəyi ilə uyğun gəlmirdi və indinin özündə də mən o hissi ifadə eləmək üçün müvafiq söz axtarıram. O istəyin bütün qüdrətini göstərmək üçün "məhəbbət" sözü də tam kifayət deyildir, lakin bu söz Hedviq kimi bir qadınla rastlaşarkən kişinin ürəyindən keçənləri başqa sözlərdən yaxşı ifadə edə bilir.