O İllərin Çörəyi

Heinrich Böll

Featured O İllərin Çörəyi Posts

You can find Featured O İllərin Çörəyi books, featured O İllərin Çörəyi quotes and quotes, featured O İllərin Çörəyi authors, featured O İllərin Çörəyi reviews and reviews on 1000Kitap.
Hedviqin gəlməsilə əlaqədar olan bu məsələnin üstündə mən sonralar da dönə-dönə düşünmüşəm. Əgər o gün Hedviqi vağzalda qarşılamasaydım, görəsən, mənim həyatım nə cür olacaqdı: adamlar səhv edib özgə bir qatara mindiyi kimi, mən də bambaşqa bir həyata qədəm qoyacaqdım.
Sayfa 6 - qanun nəşriyyatıKitabı okudu
Axşamlar mən saatlarla küçələri dolaşaraq, yalnız bir şey haqda düşünürdüm - çörək. Çörək görəndə gözlərim parıldayır, çörək görəndə dizlərim bükülürdü; mən içimdən bir ac canavarın baş qaldırdığını duyurdum. Çörək. İnsanlar nəşəxor olduğu kimi, mən də çörəkxor olmuşdum. Lap indinin özündə də man maaş alıb cibimda kağız və dəmir pullar küçə ilə gedəndə o vaxtların ac canavar qorxusu hərdən ruhuma hakim kəsilir; vitrində təzə çörək görəndə mən özümü dükana salıb üzdən dadlı görünən kökələrin hərəsindən birini alıram, sonra rastıma başqa dükan çıxır oradan da çörək götürürəm, adamların yanından keçə-keçə mən qoltuğumu qırmızı qazmaqlı xırdaca, xırtıldayan bulkalarla doldururam və aldığım bu çörəyi mən sonra ev sahibəsi üçün mətbəxə aparıram, çünki təkcə mənə qalsa, aldığımın heç dörddə birini də yeyib qurtara bilmirəm, çörəyin xarab olmasını düşünəndə isə beynimdən, az qalır, alov çıxsın.
Reklam
Bunacan yaşadığım həyat, bu günəcən tam qənaətbəxş hesab etdiyim gələcək güzəranım gözlərimin önündəcə məndən uzaqlaşdı. Mənim keçmiş həyatım artıq yer üzündə olmayan bir adam üçün düzəldilmiş mürəkkəb maşın kimi, sürətlə getməkdə idi.
Küçədən düşən gur işıq Hedviqin üzünü işıqlandırdı və mən onun üzünə diqqətlə tamaşa eləməyə başladım; bu baxışlara tab gətirməyin necə çətin olduğunu bilirdim, çünki mən onun sifətini bir şəkil kimi seyr eləyirdim, buna baxmayaraq, Hedviq mənim üzümə baxdı və bu anda mən ürəyimə çökmüş vahimənin yoxa çıxdığını duydum. Sanki, Hedviqin sifəti yenə də ürəyimi deşərək, könlümün dərinliyinə keçmişdi və orada bir xoş ağrı yaratmışdı.
Hedviq bir neçə addım mənə tərəf gəlib güldanı alarkən bircə saniyəliyə mən onun əlinin əlimə toxunduğunu hiss elədim və həmin saniyədə də ürəyimdən keçənlərin hamısını fikrimdə dolandırdım: mən onu bağrıma basa bilərdim, öpdükcə öpər və buraxmazdım, lakin mən bunu eləmədim, arxamı yenə də qapıya çevirib Hedviqin qrafindən güldana su tökməyinə baxdım; güldan adicə saxsı güldan idi, lakin qız onu pəncərənin qabağına qoyanda güllər mənim gözümə daha da gözəl göründü...
Bu saat Hedviqlə eləmək istədiyimi mən hələ heç bir qadınla etməmişdim; görəsən, bu istəyə nə ad vermək olardı? Bunu demək üçün saysız-hesabsız sözlər vardı, ancaq o gün Hedviqlə üz-üzə duranda bildiyim sözlərin heç biri ürəyimin istəyi ilə uyğun gəlmirdi və indinin özündə də mən o hissi ifadə eləmək üçün müvafiq söz axtarıram. O istəyin bütün qüdrətini göstərmək üçün "məhəbbət" sözü də tam kifayət deyildir, lakin bu söz Hedviq kimi bir qadınla rastlaşarkən kişinin ürəyindən keçənləri başqa sözlərdən yaxşı ifadə edə bilir.
Reklam
466 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.