Stefan Svayqdan oxuduğum üçüncü kitab oldu. Kitab həqiqətənmi təsirlidir, ya oxuduğum zamana görə təsir etdi bundan tam əmin deyiləm.
30-lu yaşlarını keçən, amma özünü cəmiyyətin qəlibləşdirmiş normalarına uyğunlaşdırıb yaşam sevgisini, yaşamaq hissini itirən baş qəhrəmanımızın yaşadığı gecə ona çox təsir edir. Bu təsir yaşadığı əyələncə xarakterli bir hadisənin səbəbi ilə başlasa da, hadisələrin cərəyanı onu daha da sarsır və bu sarsıntı yaşadığı həyatı dəyişdirir.
Qeyd edim ki, ilk başlarda sıxıcı gələ bilər- söz yığınıymış kimi hiss etdirə bilər. Amma hadisələr müəyyən bir hissədən sonra başqalaşır və maraqlı olmaqla yanaşı axıcı olmağa başlayır.