Salamlar. Bir kitabın daha sonuna gəldim. Çox sevdiyim kitab və yazarlar siyahısına birini də əlavə etmiş oldum. Kitab özündə bir neçə janrı birləşdirir. Polisiye-gerilim, biraz qorxu və bir az da psixoloji. Kitabda ancaq otizm, otistik xüsusiyyətlərdən danışıldı, ama məncə Çoxlu Kişilik Bozukluğu da vardı, onun adı niyə heç çəkilmədi onu bilemedim. Kitabın müsbət olduğu qədər təbii ki mənfi tərəfləri də var. Spoiler ola bilər, ehtiyatlı olun)
Kitabın təxmini ilk 100 səhifəsini Jeanne-nin daxili dünyasını, xarakterini, gənc qız kimi hal-hərəkətlərini oxumaqdan bezdim, ancaq ki, kitabın xətrinə dözməli oldum. Daha sonradan işlər qızışdıqca maraqlı olmağa başladı. Kitabın sonluğunu çox bəyənmədim, sanki tələsik yazılmış kimi oldu. Daha şan şöhrətli sonluq ola bilərdi, ama yenə də pis deyildi). Psixoloqu zaten gözüm heç tutmamışdı,oxuduqca bu adamda birşey var dedim, yanılmadığım üçün də sevincliyəm). Çox da uzun yazmadan məncə siz bu kitabı oxuyun️