Səhərisi gün kimsə ölmədi...
Ölüm...O qədər çox qorxuludur ki.Axı naməlumdu.İnsanı da qorxudan bu naməlumluqdu.Ya heç nə olmasa? Bəs sevdiklərimizi bir daha görməsək? Amma əfsus ki bu suallara öləndən sonra cavab tapacağıq.Jose Saramaqo bu əsərində adı bilinməyən bir ölkədən bəhs edir.Bildiyimiz kimi, Josenin özünəməxsus yazı üslubu var.Durğu işarələrindən ancaq vergül və nöqtədən istifadə edir Jose :) Həmçinin o Xüsusi isimlərdən də istifadə etmir.
Yeni ilin səhərisi adı bilinməyən bir ölkədə kimsə ölmür.Başqa ölkələrdə isə ölüm yenə can almaqdadır. Ölüm olmasa nələr olardı?! Heç düşündünüzmü?! Bəs, ölüm aşiq olsaydı nə olardı?!
Bir hadisə daha çox diqqətimi cəlb etdi.Belə ki,ölümsüz ölkə ilə ölümlü ölkə arasında müharibə başlayır.Və kimsə atəş açmır.Bilirsiz niyə.Çünki ölümsüz ölkənin əsgərləri düşünür ki, müharibə başlasa əsla bizlər ölməyəcəyik və ağrı içərisində yaşayacağıq bir ömür.Ölümlü ölkənin əsgərləri isə düşünür ki, atəş açsaq onlar ölümsüzdü ölməyəcək ölən biz olacağıq.Bu səbəbdən kimsə atəş açmır.Müharibə baş tutmur.
Ölümün girə bilmədiyi yalnız bir yer var o da tabutdur.
Sonu çox gözlənilməz bitir) İnsanı düşündürən əsərdir.Şairin dediyi kimi:
"Sevgi həm ölümdür, həm əbədiyyət!"
Bu sətiri kitab oxuyandan sonra o qədər gözəl anlayacaqsız ki... Həyat davam etmir, dostar.Ölüm davam edir. Oxuyun, xoş mütaliələr...