Ölüm Məhbusunun Son Günü

Victor Hugo
Viktor Hüqonun, 1829-cu ildə nəşr olunmuş ilkin əsərlərindən olan qısa bir romanıdır. Əsərdə, edama məhkum edilmiş şəxsin öz dilindən son günləri nəql edilir. Romanın əsas məqsədi edam qanununun faciyəvi gerçəkliyini göz önünə sərməkdir. Belə ki, məhkum üçün düzəlmə haqqını tamamı ilə yox edən edam, həm də, sağalacaq bir çox yaranı da çiy qoyur. Edam, sadəcə məhkum üçün deyil, eyni zamanda onun yaxınları üçün də bir faciə xarakteri daşıyır. Məzmun etibarilə olduqca təsirli olan bu əsər, xüsusən də, məhkumun kiçik qızı ilə olan görüş səhnəsi ilə insanda qəribə bir əhval yaradır. Kitabda məhkum: "Bir müddət öncə mən də hər kəs kimi bir insan idim" - deyir. Lakin, bir müddət ərzində O, zahirən o qədər dəyişir ki, hətta öz qızı belə onu tanımır. Bu ifadələr öz ölümünü gözləmənin insan üzərində yaratdığı təsirin bir nümunəsidir. Bəli, edamı qorxunc qılan, başın Gilyotin adı verilən xüsusi bir mexanizma arasında kəsilməsi ilə yanaşı, həm də, insanın, onun üçün müəyyənləşdirilmiş bir ölüm gününü bilməsi və gözləməsidir. Ölüm hər kəs üçün var. Kitabda belə bir cümlə mövcuddur: "Əslində hər kəs, GÜNÜ NƏMƏLUM bir ölümün məhkumudur." lakin, öləcəyimiz anı bilmək, hətta ölümün özündən belə daha qorxuncdur
Yazar:
Victor Hugo
Victor Hugo
Çevirmen:
Salam Sarvan
Salam Sarvan
Tahmini Okuma Süresi: 4 sa. 5 dk.Sayfa Sayısı: 144İlk Yayın Tarihi: 1829Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 2000029957963Ülke: TürkiyeDil: TürkçeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
144 syf.
8/10 puan verdi
·
5 günde okudu
Hər insan ölümə məhkum olunmuş müddətli yaşayan dünya sakinidir. Hər birimiz bilirik bir gün öləcəyik. "Öləcəyini bilə bilə yaşayan tək canlı insandır." Sadə görünən ancaq dərin mənası olan cümlədir. Kimin nə zaman canını tapşıracağı bəlli deyil. Bir sanisə sonra belə var olacayıqmı bəlli deyil. Ancaq ölüm dəqiqəsi və günü
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0119,7bin okunma
Reklam
143 syf.
8/10 puan verdi
Əslində hər kəs, günü naməlum bir ölümün məhkumudur.
ᖴəᖇIᗪ İᔕᗰᗩYıᒪOᐯ
ᖴəᖇIᗪ İᔕᗰᗩYıᒪOᐯ
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son Günü
Victor Hugo
Victor Hugo
Görəsən yazıçılar necə bacarırlar özlərinin yaşamadıqları hadisələri,hiss və həyacanları bu qədər möhtəşəm təsvir etməyi? Əsərdə edam məhkumunun yaşadığı son günlər öz dilindən nəql edilir. Kitabda həmçinin həmin dövrün ölüm hökmü ilə bağlı tükürpərdici faktlara da yer verilib.Mənim üçün ən nifrətdoğurucu fakt isə insanların acgözlüklə,sevinclə, ehtirasla bu edamları izləmələri olması.Edamın ən qorxunc tərəfi isə onun həyata keçirilmə metodundan çox,ölümü gözləməkdir.Bunu bilərək yaşamaqdır. Yazıçı hər şeyi elə gözəl qələma alıb ki, məhkumun təəssüratlarını bölüşməmək mümkün deyil.Mən həmişə düşünürdüm ki, ömürlük ağır həbs həyatı ölümdən daha çətindir insan üçün amma bu əsəri oxuduqdan sonra bir daha anladım ki insan bu həyata necə də bağlı imiş İlahi! Əsərin qəhrəmanı da əvvəl ölümü katorqa həyatından üstün tutsa da ölümə yaxınlaşdıqca ah necə arzulayır katorqanı! Ömür boyu başqalarıyla bir-birinə qandallanmış şəkildə ağır zəhmətə qatlaşaraq,bütün əzab-əziyyətlərə dözərək yaşamağa razıdır.Təki Yaşasın günəşi görsün, nəfəs alsın! Ah bircə qurtula bilsəydi bu ölümdən.Nə yolla olur olsun! Edam sadəcə məhkum üçün faciəvi deyil,onun ailəsi üçün də dəhşətdir. Bir məhkumun simasında gör neçə insan ölür. Bir ata,bir oğul,bir həyat yoldaşı.Əsər də ən təsirli məqamlardan biri də məhkumun qızı ilə son görüşü idi. Bu görüşün ən dəhşətli nüansı isə körpənin atasını tanıya bilməməsi oldu.
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0119,7bin okunma
144 syf.
10/10 puan verdi
·
3 günde okudu
Tək sözlə möhtəşəm. Hələ heç bir kitabı oxuyarkən belə həyəcan keçirməmişdim. Ürək çırpıntılarıyla oxuduğum tək kitab oldu. Sanki edam kürsüsünə obraz deyil, mən gedirdim. Obrazın duyğuları o qədər incəliklə təsvir olunur ki, ölümün fısıltılarını oxuduqca hiss edirsiniz, ölümdən obrazla birgə qorxursunuz. Obraza bəraət verilməsini hər şeydən çox arzu etdim..
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0119,7bin okunma
144 syf.
10/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
Adından da göründüyü kimi, "ölüm" sözü keçir kitabda. "Ölüm məhbusu". Ölümü dadmamış bir şəxsin ölüm haqqında qələmə aldığı sətirləri oxuduqca düşündüm ki, ancaq ölümün payanından dönmüş bir şəxs bu sətirləri bu cür möhtəşəm şəkildə təsvir edə bilər. Hələ də bir sıra ölkələrdə, xüsusilə də ölüm cəzası davam edən ölkələrdə daha çox oxunulmasını, tətbiq olması gərəkdiyini düşünürəm. Kitabın sonuna doğru özüm də sıxıntı keçirirdim. Sanki mənim də həyatım saatlar sonra sona çatacaq.
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0119,7bin okunma
Reklam
144 syf.
10/10 puan verdi
·
29 saatte okudu
Əlvida dostlar.Gedirəm 'gilyotinə'!
Oxuduğunuz kitabdakı qəhrəmanın həyatı daha uzun olsun deyə kitabı bitirmək istəmədiyiniz oldumu? Mən o hissi
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son Günü
-nü oxuyarkən yaşadım. Fransız yazıçı
Victor Hugo
Victor Hugo
-nun qələmindən çıxan bu əsəri sözlərlə ifadə etmək çox çətindir. 1829-cu ildə yazılan bu əsər edama məhkum olunan şəxsin öz dilindən ömrünün son günlərini hansı hisslərlə yaşadığını göz önünə sərir. Bu hissləri oxuyanlara yaşatmağı bacarıb usta yazıçı. Bu edamın təkcə məhkum üçün yox,onun yaxınları üçün də necə əzablı olduğunu izah edir. Əsərdə məhkumun körpə qızı ilə son söhbətini oxuyanda isə siz ağlaya ,kövrələ bilərsiniz. Belə bir cümlə var idi: 'Hər kəs naməlum bir ölümün məhkumudur.' Amma öləcəyimiz anı bilmək ölümün özündən daha əzablı olmazmı? Kitabı mütaliə edərkən özünüzü həmin ölümə məhkum olunan şəxsin yerinə qoyacağınızdan əminəm. Xoş mütaliələr !
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0119,7bin okunma
144 syf.
7/10 puan verdi
·
4 günde okudu
Bu kitabın indiki dövrə heç bir aidiyyəti olmadığı halda belə məşhur olması mənə təəccüblü gəldi. Çünki bu yazıçının hər bir kitabının bütün dövrlərin dəyişməyən problemlərini, incəliklərini qeyd etdiyini düşünürdüm. Adından da göründüyü kimi kitabda sadəcə bir ölüm məhbusunun son günü təsvir edilib. Hər halda istər onun keçirdiyi hisslərin incəliyinin, istər həmin dövrün çətinliyinin, insanların üzləşdiyi ağrıların, edam qərarlarının sarsıdıcı aurasının, istərsə də hər kitabında olduğu kimi Parisin möhtəşəm təsvirləri olsun, bizi üst səviyyə təsviretməylə qarşılaşdırır və bunu çox uğurlu əsər hesab etməyə imkan yaradır. Həm də o dövrə görə belə bir kitab yazmaq böyük bir cəsarət tələb edirdi. İnsanlıq tarixinin ən böyük problemlərindən biri olan bu edam qərarının əleyhinə Viktor Hüqo öz xalqı üçün etiraz və üsyanla bu kitabı yazması, onu fransız ədəbiyyatının əsrarəngiz parçasına çevirir. Axı həmin o Qrev meydanında yüzlərlə insanın qanlarının axmasına necə səssizcə baxmaq olardı. Tam bir mənəviyyat çöküntüsü idi. İndi üçün çox nəticə çıxara bilməsəm də, demək olar kitabın hər fəslində ayrı bir sarsıntı keçirirdim. Oxuya bilərsiniz
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0119,7bin okunma
144 syf.
·
Puan vermedi
·
Beğendi
·
5 günde okudu
Viktor Hüqo Paris küçələrində gəzən zaman bir qrup insanın bir yerə toplandığını görür. Həmin insanlara yaxınlaşdıqda bir nəfərin edam olunduğuna şahid olan yazıçı çox təsirlənir. Şahid olduğu bu hadisə nəticəsində "Ölüm Məhbusunun Son Günü" əsərini qələmə almağa qərar verir. Təsəvvür edin şüurlu şəkildə ölümə addım-addım irəliləyirsiniz, amma sizi bu ölümə məcbur edən şüursuz insanlardır. Əsərin qəhrəmanı edam gününə yaxınlaşarkən öz həyatını sorğuya çəkir. Və son günə qədər ümidini itirməməyə çalışır, azad olunacağını düşünərək... Qəhramanın yaşadığı duyğular elə onun dili ilə oxucuya çatdırılır.
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0119,7bin okunma
·
Puan vermedi
Kim daha təmiz? -Üstü başı parlayanmı? -Yalan danışmayıb ürəyi işıq saçanmı? Kim dost? - Yara bandı yapışdıranmı? - Yaralarını öyrənməyə çalışanmı? Hansı gerçək? - Ölümmü? -Yaşammı?
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0119,7bin okunma
Reklam
144 syf.
·
Puan vermedi
·
33 saatte okudu
Yazıçı bu kitabı yazmağının səbəbini iki variantla izah edir və seçim imkanını birbaşa oxucunun öz öhdəsinə buraxır: ya zavallı bir məhkumun son fikirlərini yazdığı saralmış vərəqlər həqiqətən, mövcud idi, ya da xəyalpərəst bir filosof, bir şair, bu mövzuyla maraqlanan bir insan tapıldı ki, onu daim narahat edən bu ideyadan yalnız kitab yazaraq qurtula bilərdi. Hər halda kitabın ön sözündə qeyd edildiyi kimi, yazıçı bu kitabı o, bir dəfə həmin qorxunc meydandan keçərkən, gilyotindən* axan qandan, qan gölməçəsindən təsirlənərək yazdığını deyir. Ölüm yer üzündəki bütün canlıların qaçılmaz taleyidir, ancaq o qorxunc gün heç kimə məlum deyil, nəinki gün, aqibəti belə ağlagəlməzdir. Həftələr öncə ölüm hökmünün verildiyi bir məhkum düşünün. Hər anı, hər saniyəsi illərə bərabər olan bir məhkum.. Viktor Hüqo edama məhkum olunmuş bir gəncin keçirə biləcəyi bütün hissləri dərin həssaslıqla qələmə almağı bacarmışdır. Edam günü yaxınlaşdıqca eşafota* doğru irəliləyən, sanki oxucunun özüdür.. Məlumdur ki, bəzi ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuşdur. Ölüm hökmünün elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaq kimi növləri mövcud olub və dünyanın 70-dən çox dövlətində bu hökmlər hələ də mövcud olmaqdadır. Lakin unutmamaq lazımdır ki, canı verən insan deyil, almağa da heç bir halda hüququ yoxdur. Viktor Hüqo hələ bunu 1829-cu ildə deyib.. *Kəsici edam aləti *Edam kürsüsü
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0119,7bin okunma
144 syf.
10/10 puan verdi
·
Beğendi
Bu kitabda mənim fikrimi ən çox cəlb edən, kitabın əvvəlindədə qeyd olunduğu kimi Yazıçının şahidi olduğu edamdan çox təsirlənərək, vicdan əzabı çəkərək, özünün də bu ölümlərdə bir payının olduğu hissindən xilas olmağ üçün etirazını bildirmək və bu ağır yükdən qurtulmaq naminə, bir növ əlindən gələni edərək kitabı yazması oldu.Bu mənə bu günümüzü , Fələstini xatırlatdı.Eyni ilə çoxumuzun bu vicdan hissinə görə əlimizdən gələnləri etməyə çalışdığımızı xatırlatdı. Bir xristian yazıçının bir çox müsəlmandan daha vicdanlı olduğunu göz qabağına sərdi.Çünki əminəm bu vicdan sahibi şəxsiyyət bu dövürdədə yaşasa idi, şahidi olduğu bu qədər zülmün, məhrumiyyətin əzabını hiss edib sakit qalmazdı."Vicdan" bəs boykotlar, paylaşımlar ,indi bu dəqiqə bunları yazmağım nə üçündür görəsən!?Daxilimizdəki günahkarlığ hissini azaltmağ üçün, o dəhşətli şəkildə öldürülmüş körpələrin qanına bulaşmamaq üçün, bir gün cavab vermək lazım olduğda: Mən əlimdən gələni etdim deyə bilmək üçün....
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0119,7bin okunma
144 syf.
10/10 puan verdi
·
4 günde okudu
Bu mənim ilk Viktor Hüqo kitabım idi və mən kitaba vurulmuşam. Bəli, gözlədiyim qədər böyük hisslər yaşatmadı mənə. Lakin çox dəyərli fikirlər hədiyyə elədi mənə. Hələ, kitabın ilk səhifələrindəki komediyanı demirəm. Möhtəşəm idi. Bu kitabı mütləq hamı oxumalıdır.
Ölüm Məhbusunun Son Günü
Ölüm Məhbusunun Son GünüVictor Hugo · Qanun Nəşriyyatı · 0119,7bin okunma
90 syf.
10/10 puan verdi
·
28 saatte okudu
Tek Kelimeyle Muhteşem!
YouTube kitap kanalımda Victor Hugo'nun Bir İdam Mahkûmunun Son Günü ve diğer kitaplarını nasıl daha bilinçli okuyabileceğinizi anlattım: ytbe.one/nYN27KVPeFY Yine bir Victor Hugo kitabı ve yine 10 üzerinden 10 değil de, henüz icat edilmemiş bir sayı sistemiyle birlikte sonsuz puan vermek istediğim bir kitap daha... Bu incelemenin
Bir İdam Mahkûmunun Son Günü
Bir İdam Mahkûmunun Son GünüVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2022119,7bin okunma
118 syf.
·
Puan vermedi
VİCTOR HUGO- BİR İDAM MAHKUMUNUN SON GÜNÜ
Victor Hugo; 1802 doğumlu Fransız şair, romancı ve oyun yazarıdır. Romantik akımın en ünlü isimleri arasında yer alan Hugo, Fransa'nın en büyük yazarları arasında kabul edilir. Kült eseri olan Sefiller ve Notre Dame'ın Kamburu ile dünyaca tanınan sanatçı hakkında en çok eser yazılan ilk 100 kişi arasında yer almaktadır. İdam; işlenen bir suçun
Bir İdam Mahkûmunun Son Günü
Bir İdam Mahkûmunun Son GünüVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2022119,7bin okunma
136 syf.
8/10 puan verdi
Victor Hugo'nun romanlarında en çok kullandığı ''sefil'' sözcüğünü ilk kez bu romanda kullanmıştır.Hugo bundan yaklaşık iki asır önce idam gibi korkunç bir cezalandırmanın insanlığa faydası olmadığını fark edip toplumu bilinçlendirmek için yazmıştır ve ilk basıldığında ismini saklamıştır..O devirdeki insanların idamı zevkle izlediğini vurgulamış ve bunu eleştirmiştir.Bir insan ne kadar da büyük suç işlerse işlesin idamı hak etmediğini ve yok etme gücünün sadece tanrıya özgü olduğunu savunur.Cezayı verip insanı yok etmek yerine suçluları iyileştirmeyi öğütlemiştir.1829 yılında verdiği bu öğütler ancak 1982 yılındaki sosyalist parti tarafından gerçekleştirilmiştir.Kitapta ne zaman öleceğini bilen birinin çevresini nasıl algıladığı ve hangi içsel süreçleri yaşadığıyla edebi bir şekilde karşılaşıyoruz. Okunması gereken bir klasik olduğunu düşünüyorum.
Bir İdam Mahkûmunun Son Günü
Bir İdam Mahkûmunun Son GünüVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2022119,7bin okunma