Aqatanın kitabları çox axıcı olur. Ona görə yorulmadan bir də görürsən kitab bitdi. Yenə sirlərlə dolu ölüm cinayəti və ustalıqla onun üstünü açan məşhur Erkül Puaro. Onun istirahətə getdiyi oteldə Arlena Marşall adlı gözəl və çəkici qadının cinayətindən bəhs olunur.
Arlena evli qadın olmasına baxmayaraq bir çox kişinin ağlını başından alan yüngültəbiətli qadındır. Gəldiyi istirahət mərkəzində də evli bir cənabla eşq yaşamağa başlayır və bunu artıq hər kəs bilir. Hətta əri belə bu münasibətə şübhələnir. Və bir gün Arlena dəniz kənarında boğularaq tapılır. Bəs cinayətkar kimdir? Qısqanc qadınmı? Həyat yoldaşımı? Ya da yad biri? Mən 97-ci səhifədən artıq cinayətkarı tapmışdım hətta sonlara yaxın lap əmin olmuşdum ki, bir də baxdım Aqata yenə məni çaşdırdıÇox maraqlı idi. Oxusanız bir şey itirmərsiniz