Müəllifin ilk kitabı olsa da, oxucular üçün maraqlı olacağına əminik. Burada söhbət bir nəslin şəcərəsindən getmir. Kəlbəcərin təbii sərvətləri ilə bağlı tutarlı faktlarla zəngin olduğuna görə, “Ömür xatirələri”ndə oxunacaq, tariximizin bəzi yazılmamış, oxunmamış səhifələrinə işıq salacağına əminlik yaradan məlumatlar yetərincədir. Buna görə də kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.