On Zənci Balası

Agatha Christie

Yorumlar ve İncelemeler

Tümünü Gör
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Bu kitabın adını çox görmüşdüm. Ona görə oxumaq istədim. Aqata Kristidən oxuduğum ilk kitab oldu və çox bəyəndim. Dedektiv kitablarında bəzən qatil yazıçıya çox tez məlum olur. Ancaq bu kitabda əksinədi. Düşünürsən bu qatil ola bilər, ancaq o olmur. Mövzusu. Bir gün 10 şəxsə bir nəfər tərəfindən məktublar göndərilir. Hər məktubda yazılan fərqli olur. Onları Zənci adasına dəvət edir. Hər adam elə düşünür ki, onu dəvət edən bir yaxınıdı. Dəvət olunanlar. Emili Brent, Vera Kleytorn, doktor Armstronq, Antoni Morston, qoca hakim Uorqreyv, Filipp Lombard, general Makartur və iki qulluqçu mister və missis Rocers. Əslində dəvət olunanların hamısının eyni bir xüsusiyyəti var. O da dəvət olunduqları yerdə ilk axşamında açıqlanacaq. Çox maraqlı kitabdı. Kitab çox axıcıdı. Hamıya tövsiyə edirəm bu kitabı.
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432,1bin okunma
Reklam
256 syf.
5/10 puan verdi
·
Beğendi
Aqata Kristidən oxuduğum növbəti kitab..Adından göründüyü kimi əsər 10 nəfər şəxsin bilinməyən biri tərəfindən (onu tanıdıqlarını zənn etsələr də) Zəncilər adasına dəvət olunması ilə başlayır.Adanın qonaqları isə bir birnin ardınca müəmmalı şəkildə öldürülürlər. Doğrusu Herkül Puarronun bu əsərdə iştirak etməməsi məni biraz üzdü. Sonluqda bəhs etməyəcəyəm,lakin sonda heyrətlənmədiyimi desəm yalan söyləmiş olaram. Hər dəfə dedektif romanlarını oxuyarkən məni yazıçının əsəri hansı psixologiya ilə yazdığı maraqlandırır...Ağıla gəlməyən qətl,ölümlər və s..Hər halda bu yazıçılarla söhbət etməyə dəyər.. Xoş mütaliələr...️
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432,1bin okunma
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Ümumiyyətlə mən Aqata Kristinin kitablarını çox sevirəm. Həmçinin "On zənci balası" kitabı çox düşüncəli, ayrıntılı, ən kiçik xırdalığını belə düşünülmüş şəkildə yazmışdır. Bu kitab dedektiv kitabdır. Burda 10 insanın cinayətinin sıra ilə baş verməsindən və qatilin tapılmamasından bəhs edir. Amma sonda qatil elə biri olur ki ,insan təəccüblənir. Bu da yazıçın mükəmməlliyidir. İncə ayrıntısına qədər düşünülmüşdür. Oxumağınızı tövsiyə edirəm
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432,1bin okunma
256 syf.
8/10 puan verdi
·
Beğendi
Kitab kimi kitab
Həmişəki kimi maraqlı və qeyri-adi idi. Düşünürəm ki, daha yaxşı sonluqla bitə bilərdi. Ən sevdiyim obrazlardan biri Vera Kleyton oldu. Kitab boyu hakimdən şübhə edirdim, ta ki ölənə qədər...
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432,1bin okunma
Reklam
256 syf.
8/10 puan verdi
·
3 günde okudu
Beləliklə özümün ilk Agatha Christie əsərini oxudum. Bilmediyim bir səbəbə görə bu yazara həmişə ön yarğılıydım. Onu deye bilerem ki eserin dili cox axıcıdı 1 saat əvvəl səhifə 70 den baslayib bitirdim. Hadisələr çox maraqlı və sona qədər özünü maraq etdirən tərzdə yazılmışdı. Sadecə sonluğunu bəyənmədim. Mən daha can alıcı daha ağla batan daha təsadufi olmayan son istəyirdim. Spoi olmaması üçün sitatımı burda bitirməliyəm. Ama uzun muddət Agatha eseri oxumayacam deyesen ..
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432,1bin okunma
256 syf.
10/10 puan verdi
·
4 günde okudu
Agatha Christie - On Zənci Balası | Oxuduğum İlk Detektiv Əsər
Spoiler yoxdur rahatlıqla oxuya bilərsiniz. :) Kitabı indicə bitirmişəm. Elə bunun üçündə isti isti spoiler vermədən kitab haqqında fikirlərimi yazmaq istədim. İlk öncə bildirməliyəm ki, bu mənim ilk incələməmdir həm
Agatha Christie
Agatha Christie
dən oxuduğum ilk kitab həm də
On Zənci Balası
On Zənci Balası
oxuduğum ilk detektiv kitabdır. Əvvəllər qonaq getdiyim bir yerdə
Doktor Marçın Dörd Oğlu
Doktor Marçın Dörd Oğlu
detektiv
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432,1bin okunma
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
30 saatte okudu
Detektiv janrının haqqını verən möhtəşəm bir əsər. Zəncilər adasına tətil üçün gələn 10 nəfərin hər biri bir günahkardır və xüsusi ilə bu adaya çağırılıblar. Qatil həmişə sirr qalan bir cinayət törətmək istəyir və eyni zamanda bir gün bu cinayətin necə baş verdiyinin ortaya çıxmasını da arzulayır. Sonuna qədər öz həyəcanını qoruyan bir əsərdir. Hətta sonlarda lap həyəcanlı olur qatilin kim olduğunu düşündürür amma heç gözlənilməz finalla bitir. Eyni zamanda əsərdə ədalət məsələsinə də incə bir üslubda toxunulub. Detektiv janrını sevən bir oxucu olaraq əsəri çox bəyəndim. Hərkəsə tövsiyə edirəm xüsusilə detektiv janrı və Aqata Kristi sevənlərə)
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432,1bin okunma
256 syf.
8/10 puan verdi
·
Beğendi
On zənci balası nahara getdi, Birisi boğuldu, aradan itdi. Doqquz zənci balası çox yedilər, Birisi yuxudan durmadı səhər. Səkkiz zənci balası Devona qaçdı, Biri qayıtmadı, qayadan uçdu. Yeddi zənci balası odun doğradı, Balta kəsdi birini, altısı qaldı. Altı zənci balası gəzməyə çıxdı, Birini arı sancıb tez göyə qalxdı. Beş zənci balası məhkəmə qurdu, Biri cəzalandı və qaldı dördü. Dörd zənci balası dənizdə çimdi, Biri tora düşdü, bilmədi kimdi. Üç zənci balası heyvanxanada, Birini ayı yedi, düşmədi yada. İki zənci balası gündə uzandı, Birini gün yandırdı, bircəsi qaldı. Son zənci balası yoruldu nəsə, Gedib özünü asdı, qalmadı kimsə.
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432,1bin okunma
Reklam
256 syf.
10/10 puan verdi
·
Beğendi
Məzmun (spoiler)
Kiçik bir ada və bir-birini tanımayan on qonaq... Naməlum ev sahibi... Bəs, görəsən, hər kəsi bura dəvət edən bu məşum cənab kimdir? Qonaqların bunu araşdırmağa isə vaxtı qalmır. Patefon valından növbə ilə səslənən ittihamlar bütün qonaqları sanki hakim qarşısında, müttəhim kürsüsündə hiss etməyə vadar edir. Əlqərəz, əsl faciələr də bundan sonra
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432,1bin okunma
256 syf.
10/10 puan verdi
·
Beğendi
Agatha Christie – On zənci balası
Kitabı indicə bitirdim və bitirən kimi də bu kitab haqqında nəsə yazmaq istədim. İlk incələməm olan bu kitab, həmiçin oxuduğum ilk detektiv janrında əsər idi. Açığı detektiv janrında olan kitablara qarşı biraz tərəddüdlü idim. Buna görə də kitabı bu qədər sevəcəyimi təxmin etməmişdim. Kitabda olan həyəcan səviyyəsi əsərin əvvəlindən sonuna qədər öz gücündə qalır, azalmır. Kitabın sonu məni çox təəccübləndirdi. Bacardığım qədər diqqətli oxusam da, qatilin kim olduğunu təxmin edə bilmədim. Nə mən, nə də obrazlarımız. Bu cür diqqətlə, bütün incəlikləri düşünlürərək yazılmış bu kitaba heyran qaldım deyə bilərəm. Və kitabı oxuduqdan sonra kitabın üz qapağında yazılmış cümləni daha yaxşı başa düşdüm: "Hər şeyin göründüyü kimi olduğuna inanmaq axmaqlıqdır". Yaxşı ki, oxudum. Yaxşı ki, Agatha Christie dünyası ilə tanış oldum. Oxumayanlara isə şiddətlə oxumalarını tövsiyə edirəm. Vaxt ayırıb fikirlərimi oxuduğunuz üçün təşəkkür edirəm. Kitabla qalın...🩵
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432,1bin okunma
256 syf.
·
Puan vermedi
Qorxularınla taleyini deyişə bilməzsən. İstenilən her birşeyi etdiyində halda karmanı düşün.Etdiyin hər birşeyi yaşayacaqsan. Öldürmək asandır, lakin bu günah ömrün boyu səni izləyir.
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432,1bin okunma
256 syf.
10/10 puan verdi
·
Beğendi
"Öldürmək asandır,lakin bu günah ömrün boyu səni izləyir" Kiçik bir ada və bir-birini tanımayan on qonaq... Naməlum ev sahibi... Bəs,görəsən,hər kəsi bura dəvət edən bu məşu cənab kimdir? Əsərdə ittiham olunan qonaqlar qəribə bir ardıçıllıqla qətlə yetirilirlər.Adada isə onlardan başqa heç kim yoxdur.Adaya gələn polis heyəti on qonağı qətl edilmiş vəziyyətdə tapır.Bəs qatil kimdir?Bu adanın sirri nədir?... Xoş mütailələr♡
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432,1bin okunma
256 syf.
10/10 puan verdi
Bu il oxumaq istədiyim kitablardan 10-cusu
Agatha Christie
Agatha Christie
'nin
On Zənci Balası
On Zənci Balası
əsəri oldu. Kitabı yazan
Agatha Christie
Agatha Christie
dirsə sözsüz ki, əla olacaq deyə düşünmüşdüm və həqiqətən də elə oldu. Kitaba başlayanda kiçik not üçün kağızlara cinayətdəki şübhəli şəxsləri yazıb qatili əsərin sonuna çatmamış tapmaq istəmişdim.. Lakin,
Agatha Christie
Agatha Christie
qələmi o qədər qüvvətli, yanıltıcı idi ki, qatil yenə heç ağlımın ucundan keçirmədiyim biri oldu. Hər dəfəsində "aha, qatili tapdım budur 100%" desəm də, sonradan çox təəccüblənirdim və yanılırdım.. Dedektiv romanları sırf bunun üçün çox sevirəm... Beynini işlətməlisən, hər incə detala diqqət etməli və ortaya atılmış ipucularla tapmacanı həll eləməlisən. Qısası, əsər çox əlq yazılıb, zatən
Agatha Christie
Agatha Christie
nin qələmindən çıxdığı üçün və yazıçının ən çox oxunan əsərlərindən biri olduğuna görə sözsüz ki, oxuyan hərkəs peşman olmayacaq. Hərkəsə xoş mütaliələr...
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432,1bin okunma
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Aqatanın çox gözəl, detektiv kitabı.
Kitabı çox xoşladım. Dedektiv əsər xoşlayanlar üçün çox əla kitabdır. Bu kitabı oxuduğumu deyəndə bu kitabı oxuyanlar dedi: Axırında şok olacaqsınız. Və doğurdanda elə oldu. Ən xoşladığım kitab * On zənci balası*
On Zənci Balası
On Zənci BalasıAgatha Christie · Qanun Nəşriyyatı · 201432,1bin okunma
Resim