"Öteki" yazıçının ikinci əsəridir, 1846-cı ildə qələmə alınıb. Və ilk qələm təcrübəsi olan "İnsancıklar"dan fərqli olaraq, bu kitab ədəbi tənqidçilər tərəfindən birmənalı qarşılanmayıb, hətta çoxları sevməyib.
Nədən bəhs edir "Öteki"
Şəxsiyyət bölünməsi və bu halın baş verməsi nəticəsində ortaya çıxan xoşagəlməz, tutqun mənzərə kitabın əsas mözvusudur. Baş qəhrəman Yakov Petroviç Qolyadkin bir gün özünə çox bənzəyən əkizi ilə qarşılaşır və bundan sonra həyat öz rəngini qarayla əvəz edir. Ancaq bu hadisə baş verməzdən əvvəl də qəhrəmanımız şad,xürrəm ömür sürmürdü. Bunu hələ kitabın əvvəllərində görürük Qolyadkinin həkimi ilə danışığında. O xəstə idi.
Ancaq bu xəstəliyin nə olduğu barədə heç bir məlumat yoxdur. Bu sosial fobiya da ola bilər, doppelganger sindromu da, şizofreniya da.
Kitabı bitirdikdən sonra sadəcə bir sual barədə düşünürəm: Həqiqətən ikinci bir Golyadkin vardımı, yoxsa bu sadəcə xəstəliyin səbəb olduğu bir yanılma idi. Sualıma tutarlı cavab tapa biləcəyimi, doğrusu, düşünmürəm. Buna görə də "Öteki" mənim üçün bir az sirli olaraq qalacaq.
️Kitabda sevmədiyim və hətta zaman-zaman əsəbiləşdiyim nüans təkrarlanan xitablar oldu. Adların uzunluğu və buna baxmayaraq hər cümlədə işlədilməsi yormaqdan başqa işə yaramadı. Daha az ola bilərdi.
.
2-ci kitabla beləcə vidalaşıram. Növbəti dostumuz "Ev sahibesi"dir...