Yorumlar ve İncelemeler

Tümünü Gör
335 syf.
10/10 puan verdi
·
7 günde okudu
Kitaba başladığımda tereddüt ettim çünkü genellikle kitabı okumadan önce biraz araştırma yapıyorum ve sonra başlıyorum.Bu sefer araştırma yapmadım ve pişman değilim.Arthur'un kitapta yaşadıklarını kalbimde hissettim. Aslında ne söyleyeceğimi dahi bilmiyorum. Söyleye bileceğim tek şey, eğer birini çok seviyorsanız ve o kişi sizin için tüm insanlığı temsil ediyorsa, o kişiden alacağınız ilk darbe sizi tüm insanlıktan soğutacaktır. Sonunda söylemek istediğim; Ben mutlu bir kelebeğim yaşasam da ölsem de..
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,815 okunma
Reklam
335 syf.
10/10 puan verdi
·
5 günde okudu
Hər kəsə salam! Sözə ilk necə başlayım bilmirəm, çünki hələ də əsərin təsirindəyəm. Kitab haqqındakı düşüncələrimi göz yaşları içində yazıram. İlahi,bu necə möhtəşəm yazılmış bir əsərdir, bu necə bir taledir!? Sanki kitab oxumadım da, bir film izlədim. Ah Ovod, sən nələr yaşayıbsan!?... Onu deyə bilərəm ki, polkovnik Ferrari kimi Allahsız, vicdan və mərhəmətdən yoxsun olan məxluqlara nifrət edirəm. Ovodun yaşadıqları az deyilmiş kimi, bir də o ona qarşı vəhşilik edir. Əsərin sonun heç belə təsəvvür etməmişdim. Montanellinin Arturu tanıdığı andakı aralarında keçən dialoqları və sondakı fəryadları məni lap göz yaşlarına boğdu. Ovodun sadiq,vəfalı dostlarının olması nə gözəldir. Onlar onu qurtarmaq üçün nələrə əl atdılar. Martini Cemmanı qarşılığı olmadan sevsə də, o pis olmasın deyə Ovodu qurtarmaq üçün özünü fəda etmək istəyinə insan heyranlıqla baxır. Bir sözlə, "Ovod" möhtəşəm əsərdir, çox əvvəl oxumadığım üçün peşman oldum. Səni heç vaxt unutmayacağam, Ovod:(
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,815 okunma
335 syf.
·
Puan vermedi
Bu əsər XIX əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. “Ovod” təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivarisə çevrilir. O, usanmadan, yorulmadan düşmənlə mübarizə aparır, hətta haqqında çıxarılan ölüm hökmünün dəyişdirilməsi təklifi də onu tutduğu yoldan döndərə bilmir. Bu mübariz gəncin qəlbində bir də şəxsi faciələrinin açdığı yaralar – doğmalarının onu intihara sürükləyən yalanı və bütün həyatını qaraldan cavabsız sevgisi var. Mən xoşbəxt bir kəpənəyəm Yaşasam da, ölsəm də...
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,815 okunma
335 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Niyə belə gec oxudum …
Kitabın ətrafımda oxuyanlardan eşitdiyim qədərilə tərifləndiyini çox eşitmişdim, amma bu qədər təsir edəcəyini düşünməzdim. Əsərin qəhrəmanı Artur 19 yaşlı, anasını yeni itirmiş, yanında sadəcə padre Montanelli olan, ona güvənən gənc bir oğlandır. O İtaliyanların qurduğu bir siyasi təşkilata, üsyana üzvdür və bunun onun həyatına edəcəyi təsirlərdən o qədər də xəbərdar deyil. İştirakçı olaraq tutulub, həbsə atılıb, günlərlə əziyyət görür. Bunlar ona heçnə etməsə də, ən yaxının ona yalan dediyini öyrənib, düşünməsi kitabı tamam başqa yönə aparır. Artur artıq Ovoda çevrilir. Əsl əziyyətlər isə bundan sonra başlayır… Kitabı gec oxuduğum üçün peşman, oxuduğum üçün də sevincliyəm. Bir oxucunun daha dediyi kimi, “unudub yenidən oxumaq istərdim”. Qırılmış dostluqda görüşmək ümidi ilə Xoş mütaliələr :)
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,815 okunma
Reklam
345 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
"Bu kitab həssas qəlblər üçün cəhənnəmdir"(Spoiler)
Bu kitab insanı ağladır.. Çox rast gəlinən bir haldır ki, oxuduğumuz əsərlərdə hansısa obrazın həyatında nəsə bir kədərli hadisə baş versin, biz də oxuyaq, bəzən biz də kədərlənək. Fəqət Ovod.. Əmin olun ki, bu kitabı oxumaqla kifayətlənməyəcək, Ovodun hiss etdiyi dərin acıları, çarəsizliyi, sevgini bəzən cəsarəti siz də hiss edib,
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,815 okunma
335 syf.
10/10 puan verdi
·
Beğendi
·
27 saatte okudu
Ovod
Bu kitabı niyə bu günə kimi oxumamışam deyə üzüldüm. Oxuduğum ən təsirli və güclü romanlardan biri oldu. Düşünürəm ki, bunun haqqını verir.Kitabın bitməyini isə heç istəmirdim. Son cümləni oxuyanda qayıdıb başdan yenə oxumaq istədim. Eyni həvəs və həyəcanla. İlk dəfə idi ki, bu cür hislər keçirirdim. Hər kitabda hiss edilən bir duyğu deyil. Kitabı oxuyanda vaxtın necə keçdiyini belə hiss etmirdim, sevdiyim hissələri isarələmədim, çünki, hər cümləsi gözəl idi, oxumağı dayandırıb onları işarələmək vaxt itkisi idi sanki. OVOD ilə yaşadım, onunla sevdim, onunla qaçdım, onunla gizləndim, onunla üzüldüm, onunla ağladım. Necə bir obraz idin sən. Ən son ana kimi, çox ümidli idim hətta. Kitab bitəndə duyğusal bir boşluğa düşdüm sanki. Mütləq oxuyun bu kitabı, ətrafınızda da hamıya tövsiyə edin deyərdim.
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,815 okunma
335 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
*Yakınlarının ihaneti ile intihara sürüklenen, *Babasına ve Tanrı'ya aynı anda kızgın olduğu için sonradan ateiste çevrilmiş, *Çocukluğundan beri dillendirmediği aşk acısının hayatını karartan yaraları, *Ve tüm bu insanlardan aldığı yaralar ile ölüm kalım savaşı veren 'Ovod'- yaşam ile intikam arasında incecik çizgiyi zorlayacaktır. İhanetin üzerinden geçen 13 sene içinde, fiziken ve manen çekmediği azap kalmamıştır artık. Tüm bunlara rağmen onu babasının sevgisinden mahrum bırakmış kiliseye ve babası olan keşişe kızgınlığı gün geçtikçe artar. Kilise aleyhine keskin karükatürler yazan Ovod haline getirir. Kitapta, *Masum, insanlara güvenen Arthur 'un, acımasız, eleştiren Ovod' a keskin dönüşünün, *Bu dönüşün, nefretin içinde aslında hiç pas tutmamış iki sevginin hep yeşermesinin, *Bir de Tanrı ile oğlu arasında kalan rahip bir babanın bunlardan hangisini seçeceğinin en yakın tanığı olacaksınız.. *Ovod, Türkçeye çevrilmemiş bir ingiliz kadın yazarının 20. asırda kaleme aldığı bir dünya klasikidir. *'Ovod'-dönemi acı mizah ile eleştiren insanlara verilen lakaptır. Bizde 'Mozolan' diyorlar. Rus ve İngilisler de ise Ovod :) *En esası ise bu kitap benim doğum günü hediyelerimden biri olduğu için Ovod özeldir :) Kitabı okurken Rusca filmini de izlemiştim. Rusca bilenlere tavsiye ederim. Kitabı bulursanız hemen okuyun :)
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,815 okunma
335 syf.
·
Puan vermedi
·
Beğendi
·
7 günde okudu
Kitabı okumaya başlarken tereddüt ettim. Azerbaycan diline hakim olmadığım için anlamakta zorluk çekeceğimi düşünmek beni bir hayli korkutmuştu. Ben mutlu bir kelebeğim yaşasam da ölsem de.. Bugüne kadar okuduğum bir kaç eser de böyle ruhumu ezen tuhaf ve derin duygulara sürüklendiğimi hissetmişimdir. Kalbimin kitabın neredeyse tamamında "Ovod" la bir attığını , onunla öfkelendiğini onunla mutlu olduğunu, onunla aşkı yeniden yaşadığını , işkence görürken canımın acıdığını söylesem yeridir. Yakınlarının ihanetini öğrenen genç Arthur un yaşadığı köklü değişimi, babasına ve tanrı ya olan kırgınlığını, hiç dile getiremediği aşkını acı dolu hayat hikayesinin konu alındığı bu eseri kesinlikle okumalısınız..
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,815 okunma
Reklam
344 syf.
10/10 puan verdi
Yenə qərəzli başladığım kitabdan biri daha:) Əslində bu kitabı qardaşım üçün almışdım, oxumaq fikrim yox idi. Çünki mövzu nədənsə cəlb etmirdi məni. @Revan1199 və
Cərulla Heydər
Cərulla Heydər
çox sevdikləri kitab olduğundan tövsiyyə etdikləri üçün oxudum. Çox təşəkkür edirəm ki məni belə bir kitabla tanış etdilər, nə yaxşı ki tövsiyyələrini dinləmişəm:) Kitab haqqın
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,815 okunma
335 syf.
10/10 puan verdi
·
Beğendi
·
30 günde okudu
Dəfələrlə yenidən oxuya biləcəyim tək kitab ola bilər. Əsərin baş qəhrəmanı olan Artur, yəni Ovod idealım ola biləcək obrazlardan oldu. Həyatı boyu ancaq çətinliklərlə üzləşib hər cür əzaba qatlaşsa da , özündə bitməyəcək bir həyat eşqi hiss edirdi. “Min-min əzab çəkmiş həyat hələ də o yaralı bədəndə çırpınırdı”. Əsərdə ən həlledici obrazın Montanelli olmasına baxmayaraq onun “İsaya” olan sevgisi Ovoda olan sevgisindən güclü idi, bəlkə də. Buna görə də göylərin məhəbbətini qazanmağı üstün tutdu. Ancaq düşmənlərinin belə Ovoda rəğbət bəsləməsi onun həyatının və mübarizəsinin aliliyinin sübutu oldu.
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,815 okunma
334 syf.
8/10 puan verdi
·
4 günde okudu
Bu dəfə doğrudan konuya girəcəm) 'Anamın' bir sözü var, həmişə çox sevmişəm: "Payızda tökülməyən yarpaqlar ağaca görə vəfalıdı, digər yarpaqlara görə xain, dəyişən fəslə görə isə dikbaş. İndi bu nisbilik diyarında mən həyatı, doğrunu, yanlışı, insanları nəyə görə dəyərləndirim.." Arthur Berton! Açıq danışaq. Sən.. roman
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,815 okunma
335 syf.
10/10 puan verdi
Əgər bir insan sizə xəyanət edibsə və o insan sizin üçün bütün insanlığın təcəssümüdürsə bu hadisədən sonra yaşamaq, əvvəlki kimi yaşama davam etmək mümkünsüz görünür. Arturun özünün də dediyi kimi:" Mən sizə Allaha inanan kimi inanırdım, amma siz bütün ömrüm boyu mənə yalan demisiniz" Kitab anasını itirən və ögey qardaşıgillə yaşayan Arturun günün birində sevdiyi qız tərəfindən haqsız yerə günahlandırılmasından və həyatı boyu ona yalan danışıldığını bilməsindən sonrakı həyatından bəhs edir. Necə Ovod oldu, başına hansı işlər gəldi? Bir zamanlar sevdiyi insanları yenidən görəndə olanların hesabını soruşa biləcəkmi? O çox istədiyi inqilab baş tutacaqmı? Hər kəsin günün birində oxuması gərəkən əsərlərdən biridir.
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,815 okunma
335 syf.
·
Puan vermedi
·
Beğendi
“Mən xoşbəxt kəpənəyəm, yaşasam da, ölsəm də...” Roman XIX əsrin 30-cu illərində italyanların işğalçı Avstriyaya qarşı inqilabından və həmin inqilabın iştirakçısı olan Artur Bertonun faciəli həyatından bəhs edir. “Ovod” təxəllüsü ilə tanınan gənc idealist bir müddət sonra inqilabçı Feliçe Rivaresə çevrilir. Gənc yaşında edam məhkumuna
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,815 okunma
335 syf.
9/10 puan verdi
·
4 günde okudu
Unudulmaz Ovod
Nəhayət kitabı bitirdim. Klassiklərin yeri tam başqadır. Ovodun hekayəsi insanı təsirləndirir. Keçmiş dövrün sevgisi, dostluğu, mübarizəsi tam fərqli hiss etdirir insana. Ovodun hekayəsi insanı kədərləndirir. Sevgisi, mübarizəsi, inancı, yaşadığı duyğuları çox gözəl təsvir edilib. Oxumaq istəyənlər heç fikirləşmədən başlasınlar :)
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,815 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.