Jan Forstner Serisi 2

Oyunbaz

Wulf Dorn

High Rated Oyunbaz Reviews

You can find High Rated Oyunbaz quotes, high rated Oyunbaz book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
250 syf.
10/10 puan verdi
·
Liked
Oyunbaz kitabı insanı daima gərginlikdə saxlayır.Kitabın çox qaranlıq atmosferi var.Kitabda bəzi insanlar üçün pis gələ biləcək səhnələr mövcuddur.Yəni zorakılıq,ölüm və sair kimi.Triller sevənlər üçün çox gözəl bir kitabdır.
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,656 okunma
451 syf.
10/10 puan verdi
·
Liked
Wulf Dorn
Wulf Dorn
Klassiğinde bir kitap okurken her zaman bir merak içinde kalacaksınız. Kimse kimseye güvenmiyor ortada bir psikopat dolaşıyor ve kim olduğu belli değil thriller sevenler için mükemmel bir kitap okumanızı şiddetle tavsiye ederim
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,656 okunma
Reklam
451 syf.
9/10 puan verdi
·
Read in 3 days
Vulf Dornun oxuduğum ikinci kitabı. Yan Forstnerin ikinci hekayəsi. Kitabı bitirdikdən sonra mən də nacizanə fikrimi demək istədim. Çünki ilk dəfə idi ki, bir kitabı belə maraqla 3 gün ərzində bitirdim. Kitab çox axıcıdır. Hekayə insanı əlində saxlayır. Heç vaxt detektiv oxumağı sevməmişəm çünki təxmin etməyin asan olduğunu düşünmüşəm. Ancaq bu kitabda qətiyyən təxmin etmək mümkün olmadı. Yazar oxucunu kürəyindən vurmaq istəyib sanki. Və Yan Forstnerin ikinci hekayəsi ilk hekayəsindən daha həyəcanlı və gərgin idi. Oxumağı şiddətlə tövsiyyə edirəm.
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,656 okunma
451 syf.
9/10 puan verdi
·
Read in 4 days
VULF DORN / Oyunbaz
Vulf Dorn qələmindən beyin fırtınası yaradan kitab... Gözlənilməz sonluq, ağılalmaz hadisələr, gərilim... Hər kəsə bu kitabı oxumağı tövsiyə edirəm!!!
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,656 okunma
250 syf.
9/10 puan verdi
·
Liked
"Aşiq olur, təqib edir, öldürür!" Nəhayət ki, Wulf Dornun 3cü kitabı və hələlik doğma dilimizdə nəşr olunmuş sonuncu kitabı olan "Oyunbaz (Dunkler Wahn)" psixoloji romanını böyük həyəcanla oxuyub bitirdim. Müəllifdən oxuduğum 3 kitab arasında hətta ən maraqlısı və həyəcanı yüksək dozada hiss elədiyim roman bu oldu. İlk başlarda sakit irəliləyən hadisələr cansıxıcı olmağa başlamışdı, öncəki kitablarından zəif olacağını düşünmüşdüm. Amma 150 səhifədən sonra diqqətimi ayıra bilmədim və 300dən sonra artıq həyəcandan qanım donmağa başlamışdı. Kitabı bir an belə olsun əlimdən qoya bilmirdim, hədisələrin sirli sonunu görmək üçün səbrim tükənirdi. Surpriz sonluq deyə bir şey var, amma bu kitabın hər səhifəsində qandonduran bir sürpriz var idi, kitab son anına qədər məni aldatmağı bacardı.
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,656 okunma
451 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 15 days
Əvvəla salam əziz oxucu dost.Kitabı oxuyan zaman bəzi işlərim olduğuna görə bir qədər gec oxuyub bitirdim.Əslində isə kitabın dili asan və axıcıdı.Bəzi rəylərdə yazıldığı kimi kitabın sonun təxmin etmək həqiqətən mümkünsüz kimi birşeydi.Çünki sonunu təxmin etmək üçün bir qədər başqa məlumatları da bilməlisiz.Bu arada kitabda yerinə görə dünyagörüşünüzü artıracaq maraqlı faktlar və məlumatlar da var ki,bu cəhətdən çox bəyəndim kitabı.Mənim üçün qaranlıq qalan bir neçə məqam oldu kitabda,ancaq spoiler olmaması üçün bu hissələrdən danışmıram.Müəyyən qədər araşdırmalarımdan sonra bu hissələrin yazıçı tərəfindən bir qədər yola vermək xatirinə üstündən keçdiyini düşünmədim desəm yalan olar açığı :).Kitabın sonu da mənim üçün qaranlıq qaldı.Sonda qəhrəmanın etdiyi şey sevdiyi üçün bir cəza yoxsa hədiyyə idi? bu seşimlər arasında düşündürdü məni.Son olaraq dedektiv tərz sevən dostlarım üçün məncə yeni baxış pəncərələri yarada biləcək gözəl bir kitabdır.Oxumağa dəyər mütləq.Və birdə unutmadan yazarın digər kitablarını oxumadan ilk bu kitabını oxudum və digər kitablarına da mütləq şans verəcəm.
Oyunbaz
OyunbazWulf Dorn · Yay Nəşriyyat · 20184,656 okunma
Reklam
200 öğeden 201 ile 200 arasındakiler gösteriliyor.