Hellu, guys.
Əgər bütün ətrafınız sizə sandığınız adam deyil, başqa birisi olduğunuzu söyləsə nə edərdiniz?
Məni izləyənlər bilir necə Wulf Dorn heyranıyam. Psixoloji-gerilim janrında yazan yazarlardan ən yaxşısı demək olar. Kitabın son səhifəsində bildim ki, Şizofren kitabının ardı Oyunbaz kitabıymış. Siz oxumaq istəsəniz ardıcıllığa fikir verərsiniz
●●●●●●●●●●●●●●●●●●●●●●●●●●
Keçək kitabımıza, məşhur bir psixiatr olan Yan Forstnerə naməlum biri tərəfindən gül buketi gəlir elə hər şey bu andan başlayır. Sonra ard-arda aldığı o qəribə və qorxunc məktublar, şəkillər artıq psikatrın şüpələnməsinə səbəb olur. Göndərilən şəkillərdən məlum olur ki, gizli aşiqin böyük psixi xəstəliyi varmış. Artıq bu qadın psixatrın qorxularına səbəb olur. Və qadını axtarmağa başlayır. Kimdir axı bu qadın? Onun haqqında bu qədər məlumatı hardan bilir? Ən qorxulusu artıq tanışlarına, dostlarına zərər verməyə başlayıb. Və psixatr bu sualların cavablarını axtaran zaman qorxu-heyacan, psixoloji gerilim başlayır. Kitabı elə həyəcanla oxuyur ki, insan həm psixi xəstənin kim olduğunu öyrənmək həm də kitabın bitməməsini istəyir. Əvvəldən axıra kimi həyəcanla oxunan kitab "OYUNBAZ" olsa gərək.
Xoş mütaliələr