Fransua Rablenin "Qarqantua və Pantaqurel" romanı indiyədək oxuduğum əsərlərdən daha fərqli xüsusiyyətləri ilə diqqətimi cəlb etdi.Əsərdə oxucuya çatdırılmaq istənilən ideya ,fikir ciddi şəkildə yox bildiyimiz gülüş ,yumorla çatdırılır.Azərbaycan ədəbiyyatının necə ki, Axundovu, Sabiri var, Eləcə də Avropa ədəbiyyatında bu gülüşü incəliklə çatdıra bilən bir Rablesi var. Əsər qeyri- adi başlayır. Qarqantuanin fərqli - mistik-( dastanvari) doğuluşunda elə bir yumor gizlənib.O doğularkən anasının qulağından çıxır.Absurt səslənir. Bəlkə də gələcəkdəki Qarqanatuanın həyatı məhz bu cür qeyri-adi olacaq gizli işarətidir, bu. Dünyaya uzun müddət keçdikdən sonra gəlməsi ,körpə ikən şərab içməsi də bir apstraktizmdi. Normal uşaqların su belə içmədiyi vəziyyətdə onun şərab istəməsi doğumdan sanki daha ironikdi.
Yemək, içmək,doğum, ölüm ,müharibə kimi situasiyalarda da bu yumor nəzərə çarpır. Ən qəddar yumor isə yemək səhnəsində " qarnını otaranlar" hissəsindədir. Yeməklə çoxalmaq, yaşamaq üçün yemək , ya yemək üçün yaşamaq sualları tez-tez təkrarlansa da belə məlumdur ki, oradakı insanlıq həqiqətən yemək üçün yaşayırlar.Əslində Rable törəmək, çoxalmaq məsələsinə o qədər qeyri-adi yanaşmır. Lakin insanların bu qədər yemək, nəsil artırmaq həvəsi insanlarda aludəçilik yaratdığı qənaətinə gəlir.