Payıma Düşen

Parinoush Saniee

Payıma Düşen Yorumları ve İncelemeleri

Payıma Düşen yorumları ve incelemelerini, Payıma Düşen kitabı hakkındaki okur görüşlerini , Payıma Düşen puanlarını 1000Kitap'ta bulabilirsiniz.
420 syf.
·
Puan vermedi
Kitabı oxduqdan sonra günlərlə Məsuməni,onun həyat yolunu incələyirsən.Əsər avtobioqrafik olduğu üçün daha çox təsir edir,bütün bunların yaşanmış olması necə də amansızlıqdı.Bir dəfə yaşayacağın həyatın əxlaq,namus adı altında əlindən alınması,xoşbəxtliyin sənə çox görülməsi-bir sözlə,həyatdan təcrid olunmaq nə bədbəxtlikdi axı.Məsumə kimi öz payını itirən,onu tapa bilməyən təəssüfki,çox qadın var.Ata,qardaş,ər,övlad həyatları deyə-deyə öz həyatına baxmağa macal tapmayan Məsumə,gözəl Məsumə hər zaman yaddaşlarda qalacaqsan.Əslində,evlənəndən sonra bir ümid yeni həyatın davamında bu qadına xoşbəxtlik qismət olar deyirdim.Amma olmadı,üzün görmədiyi adamla evləndirilirsə,onsuzda burda nə xoşbəxtlikdən söz gedə bilərki?Sadəcə bir cəhənnəmdən,başqa cəhənnəmə keçid oldu deyərdim.Hər kəsə öz payına,həyatına sahib çıxacaq,onu itirməyəcək qədər iradə diləyirəm.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,579 okunma
420 syf.
10/10 puan verdi
·
Beğendi
Müslüman olan bir çok toplumlarda yaşanılanları anlatan kitap. Müslümanlığı yanlış anlayarak kadınlara karşı zorbalık yapanlardan bahsediliyor. "İnsanlar ne der?" diye düşünerek isteklerinden vazgeçen bir kadın hakkında okuyunca, insanın içinden "Keşke kalbini dinlese" düşüncesi geçiyor. Fakat biz de o durumda olsak yine kalbimizin sesini kısıp, kitaptaki kadın gibi seçim yapacağız. Malesef...
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,579 okunma
Reklam
420 syf.
10/10 puan verdi
·
7 saatte okudu
Uzun müddət idi ki, heç bir kitabı bu qədər maraqla oxumurdum. Birnəfəsə və əlimdən qoymadan...Həqiqətən çox maraqlı və möhtəşəm bir romandır. İnsanı nə qədər ağrıtsa da, bir o qədər düşündürür. Əsas hekayə İranın qaramat və mövhumatçı, dindar və geri düşüncəli mühiti olsa da, bəşəri əsərdir. Milyonlarla insanın taleyinə işıq tutan bu roman sadəcə möhtəşəmdir.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,579 okunma
420 syf.
9/10 puan verdi
·
Beğendi
Əyər ruhunuza toxunacaq kitab axtarırsınızsa tam yerindəsiz. Dövrün bütün həqiqətləri öz çılpaqlığı ilə qələmə alınmışdır. Əsərdə ən çox bəyəndiyim xarekter Siyamək idi.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,579 okunma
420 syf.
·
Puan vermedi
·
11 günde okudu
Bir neçə söz...
Çoxdandı ruhumun belə bir kitaba ehtiyacı var imiş...Tam bir nəfəsə bitirmək istədiyim bir kitab, deyərdim sadəcə təkcə kitab yox daha çox şey. Bəzən özünü hansısa əsərdə tam olmasa da yarım parçalarda tapırsan, hisslərin tanışlığı qərarların verilməsi və ən əsası da qayğıların eyni olması...Ətrafında saysızca insan dolub boşalır, amma kiməsə aid ürəyində boşluq olarsa bunu dünya da gəlsə doldura bilməz. Məsumə olduqca güclü qadın obrazı yaradıb, həyatın ən çətin amansız günlərində belə göz yaşını əlinin arxası ilə silib mübarizə apardı. Bu mübarizə tanımadığı biri olsa asan olardı, bəlkə də, amma düşünəndəki burda sənin canından qanında olanlar var, sən bəzən ən mühüm qərarı belə onlar üçün unuda bilirsən. Bu qadın üçün çox şeylər demək olar, bir cümləyə sığdırsaq, həqiqətən, bu cür güclü qadınlar çoxdu, amma onu anlayacaq isə bu sayın tam əksidi. Onun sevgisi illər ötsə də, öz təravətin və məsumluğunu qorumuşdu, tale bəzən bizim düşündüyümüzdən ya çox qəddar, ya da hədsiz dərəcə həssasdır. Sonda isə Məsumənin dediyi kimi:"Sən mənim sevgimdən nə bilirsən axı? Füruğ demiş, mənim bütün yaralarım eşq yarasıdır"-deyərək sevgisini qəlbində basdıran bir qadına acıyaraq yekunlaşdırıram. Ps: Kitab haqda  daha çox danışmaq olar,mən çox qısa yazdım)
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,579 okunma
420 syf.
·
Puan vermedi
·
19 günde okudu
Çox sadə bir dillə yazılmış bir əsərdir. Amma dərin mənası olan bir əsərdir . Kitabın ilk səhifələrində mənə çox toxunan Məsumənin atası oldu . Atasının qızına olan sevgisi ,onun məktəbdə başarısına sevinmesi...amma neye yarar . Mən hər dəfə fikrimde qalıram insanın çevresi çox önəmlidir . Gözəl bir çevresi olmasa heç bir ( istədiyin kimi ) dəyişiklik olmaz . Həyatda qadının nə qədər önəmli olduğunu dərk edirik . Mən bunu Məsumənin anasıyla demək istəyirəm . Məsumənin anası köhnə adətlere çox bağlı bir qadın idi . Onun fikrincə qız uşağı oxumamalı, ərə getməli , uşaq dogurmali və ev işləri ilə məşğul olmalıdır . Oğlan uşaqların hər şeyə icazələri var . Məsumə ilə olan ilişkileri qızini sevsəde bunu gostermez . Məsuməni qısqanırdı . Onun ala bilmədiyi ata sevgisini Məsumə alırdı . Məsumənin arxasında atası dayanmışdı ( kas axıra kimi dayansaydı ) fikrimə o heç vaxt ata sevgisi ata güvəni almamışdı . Məsumə çox çətinliklər çəkdi . Öz ayaqları üstündə dayandı . Heç kimdən asıllı olmadı . Bir insan istəsə hər şeyi bacarar . O qədər çətinliyin içində 3 övlad böyütdü, oxutdu. Amma ona qalan yalnızlıq oldu. Çox fədakarlıq etdiyi uşaqları , analarına görə bir fədakarlığı edə bilmədilər . Çox təəssüf etdim . Onlar analarından çevrelerini üstün tutdu. Elə bir dünyada yaşayırıq ki etdiyimiz bir səhvimiz göyə çıxardıb( hələ o səhv sayılarmi ) etdiyimiz onca yaxşılıqlar yerin dərinliyine gomuler .
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,579 okunma
Reklam
90 öğeden 101 ile 90 arasındakiler gösteriliyor.