Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Neft və Milyonlar Səltənətində

İbrahim Bey Musabeyov

Yorumlar ve İncelemeler

Tümünü Gör
152 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Neft və milyonlar səltənətində yalan, vəfasızlıq, pula hərislik daha çox yaşasa da burada xoşbəxtlik deyilən anlayışa insanlar rast gəlmir.     Cəlil ağa " ağ" səhifə kimi təmiz olsa da, neftin qarası, pulun işıltısı onun həyatını qaraya çevirir. Xanımı Şəfiqənin timsalında sədaqətli Azərbaycan xanımı görürüksə, Cəlilin timsalında pulun satın aldığı sədaqətsiz həyat yoldaşı obrazını görürük.    Cəlil kasıb atasını daha sonra anasını itirmiş gənc oğlandır.Təsadüfən torpaqdan vuran neft fontanı nəticəsində varlanır, milyonçu olur.  Amma bu neft kimə xoşbəxtlik gətirdi ki, Cəlilə də gətirə? " Dost"larının timsalında dürüst adam azğın, qumar düşkünü, eyş-işrət məclislərində gününü keçirən zavallıdan başqa kimsəyə çevrilmir. Əbəs yerə yazıçı əsərin adını" Neft və milyonlar səltənəti" qoymamışdır.  Neft səbəbilə ya müstəmləkəyə çevrilən xalq, həm də öz mənəviyyatını itirmişdir. Amma hələ də ümid vardır.   Digər əsərlərində müfaviq olaraq azad sevgi( "Xoşbəxtlər"),  xalq və millət yolunda fədakarlıq( "Cəhalət fədailəri") povestlərində öz əksini tapır.      Bu əsərlərdə başdan ayağa xoşbəxtlik yoxdur. Çünki azad sevginin olmadığı,cəhalətin hökm sürdüyü ölkədə acıdan və kədərdən başqa heç nə əbədi ola bilməz.
Neft və Milyonlar Səltənətində
Neft və Milyonlar Səltənətindəİbrahim Bey Musabeyov · Şərq-Qərb Nəşriyyatı · 200663 okunma
Reklam
152 syf.
·
Puan vermedi
Kimsən axı sən ?
Əsərin baş obrazları Cəlil ,Şəfiqə və Lütfəlidir . Cəlil kasıb bir gənc olur sonradan varlanır ,Şəfiqəylə evlənir. Lütfəli isə həyatı çirkab, mənəvi yoxsulluqla əhatə olunmuş bir oğrudur. Çünki xoşbəxt insanların ümidini, həyatını və səadətini oğurlayır. Qısaca desəm əsər bir qadının gücü, iradəsi və övladları üçün apardığı mübarizəsidir. Sonu isə gözlənilməz şəkildə yekunlaşır . Cəlilin peşmanlığı, Şəfiqənin qisası, Lütfəlinin cəzasına çatması ilə bitir
Neft və Milyonlar Səltənətində
Neft və Milyonlar Səltənətindəİbrahim Bey Musabeyov · Şərq-Qərb Nəşriyyatı · 200663 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.