Peyğəmbər

Halil Cibran

Sözler ve Alıntılar

Tümünü Gör
Elə gözəldi ki bu...
Sevgi sizi nə vaxt çağırsa, arxasınca gedin, Yolları əzablı, enişli-yoxuşlu olsa da. Sizi qanadları arasına alanda ona təslim olun, Sevgi sizinlə danışanda ona inanın. Sevgi sizi ona görə sınağa çəkir ki, ürəyinizin sirlərindən vaqif olasınız. Sevgi ancaq özünü verər sizə, özünü də geri alar sizdən... Sevgi nə kimisə sahiblənər, nə də kiminsə onun sahiblənməyini istər, Sevdiyiniz zaman deməyin ki, "Allah mənim ürəyimdədir", deyin ki, "Mən Allahın ürəyindəyəm". Elə bilməyin ki, sevgiyə yol göstərə bilərsiniz, o özü sizə yol göstərər, əgər sizi buna layiq bilərsə. Sevginin tək istəyi özünü gerçəkləşdirməkdir.
Sayfa 19 - Parlaq imzalarKitabı okudu
Bir-birinizi sevin, ancaq eşqi bir-birinizə zəncir etməyin. Qoy sevginiz ruhlarınızın sahilləri arasında ləpələnən coşqun bir dəniz olsun.
Sayfa 22 - Parlaq imzalarKitabı okudu
Reklam
Çünki, həqiqətən, yaxşı insan çılpaq birisinə: "Paltarların hardadır?", evsiz birinə isə "evinə nə olub?" sualını verməz".
Sayfa 82 - Parlaq imzalarKitabı okudu
İndi söyləyəcəyim sözlər qəlbinizi qıra bilər, ancaq yenə də deməliyəm: Öldürülən də öz ölümünə görə təqsirkardır, Qarət olunan da aydan arı, sudan duru deyil, Yaxşılar da zalımların əməllərinə görə günahkardır. Təmiz əllər də caniyə görə pak deyil.
Sayfa 49 - Parlaq imzalarKitabı okudu
Bu cümlələr...
İztirab - təbibin dərdlərinizi sağaltmaq üçün sizə içirtdiyi acı məlhəmdir. Bu səbəbdən təbibinizə inanın, onun verdiyi məlhəmi kirimişcə, ürək rahatlığı ilə alıb için. Çünki əlləri nə qədər ağır və sərt olsa da, Gözəgörünməzin şəfqətli əlləridir onları idarə edən. Uzatdığı o gil qədəh dodaqlarınızı yandırsa da, o qab dulusçunun müqəddəs göz yaşlarıyla islanıb yoğrulmuşdu”.
Sayfa 66 - Parlaq imzalarKitabı okudu
Görmək üçün qəlb lazımdır...
Əgər Tanrını tanımaq istəyirsinizsə, onu tapmacanın cavabı kimi axtarmayın. Ətrafınıza bir baxın, Onun uşaqlarınızla oynadığını görəcəksiniz. Göylərə baxın, görəcəksiniz ki, O, buludlarla gǝzir, əllərini şimşəklərlə uzadır və yağışla yerə yağır. Görəcəksiniz ki, çiçəklərdə sizə gülümsəyir, sonra rayihəsi ucalaraq ağaclardan əl eləyir".
Sayfa 97 - Parlaq imzalarKitabı okudu
Reklam
"Gözlərinizdəki pərdəni onu toxuyan əllər özü qaldıracaq. Qulaqlarınızı tutan gili isə onu oraya tıxayan əllər açacaq. Bax onda görəcəksiniz. Bax onda eşidəcəksiniz. Ancaq bu korluğa aşinalığınıza heyifsilənməyəcək, karlığa öyrəşməkdən əsla peşman olmayacaqsınız. Çünki siz hər şeyin arxasındakı gizli mənanı məhz o gün anlayacaqsınız. Və onda siz zülmətə də eynən işıq kimi şükür edəcəksiniz".
Sayfa 114 - Parlaq İmzalarKitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.