Polad Necə Bərkidi

İlqar Kamil

Sözler ve Alıntılar

Tümünü Gör
Nə az, nə çox, düz iki min yeddi yüz səksən üç ürək Azərbaycan bütöv olsun deyə dayandı. 2783 arzu ölkəmiz normal ölkə olsun deyə yarımçıq qaldı. 2783 ata, 2783 ər, 2783 oğul, 2783 qardaş biz bu torpaqlarda rahat yaşayaq deyə canlarını qurban verdilər. Odur ki bu ölkəni uçuruma aparacaq, müstəqilliyini sual altında qoyacaq hər hansı bir addım atmamışdan əvvəl 2783 dəfə düşünməliyik, düşünməlisiniz! Əks halda, bu igidlərin haqqı 2784 dəfə gözümüzdən gəlsin!
Şəxsən mən şəhid Mübarizin hərəkatındakı sirri də bu müstəvidə axtarıram. Vətənin dar günündə artıq ürəyim dözmür, yazırdı: “Allaha xatir bunu etməliyəm, ən azından ürəyim sərinlik tapar…” Ürəyim sərinlik tapar e: yaranın dərinliyinə baxın, İlahi!
Reklam
Şair deyir, biz ön sıraya iddialı ikən, Allah məclisin sonunda olanları seçdi. “Məclisin sonunda olanlar” kimlərdir? Sakit, səssiz, pafossuz olanlar, ön cəbhədə olsalar belə, özlərini son sıralardakı kimi aparanlar.
Məncə, Poladı Polad edən dərdiydi — Vətən! O hansı dərdə dərman ola biləcəyini çox dəqiq tapmış, üstəlik, bir nəfərin, beş nəfərin, on nəfərin deyil, bütün bir xalqın yarasına məlhəm olmağa qərar vermişdi.
Evi, eşiyi, ailəni, həyatı, komfortu və daha bir dəstə şeyi geridə qoyub Vətən uğrunda döyüşmək axirət işi deyil, bəs nədir? Siz deyin, bunu (rahatlığına düşkün) dünya uşaqları bacarardımı? Əziz Peyğəmbər də yorğun döyüşçülərin qarşısında iki cihadı müqayisə edərkən, əslində, bu həqiqətə işarə edirdi: siz qayıtdığınız kiçik cihadda qalib gəlmisinizsə, əmin olun, bu böyük cihadınızdakı qələbənin hesabınadır, odur ki qoruyun gerçək qələbənizi! Və salam olsun axirət uşaqlarına!
Bu dünyanı yalnız borcla, öhdəliklə xilas etmək olmayacaq, vəzifədən ziyadə iş görənlərə ehtiyac var — hətta elə vətən məsələsində də. Məncə, şəhid Mübarizi də Polad Həşimovu da bir gecədə sevdirən məhz bu cəhətləriydi!
Reklam
Ola elə bir məlhəm adam ki, danışsın, elə biləsən, gecə-gecə yatağında eynəyini taxıb kitab oxuyursan. O adam, o kitab adam! Elə bir adam ki, bəzən onu sadəcə vərəqləmək də mümkün olsun...
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.