Bitirdim. Amma kaş ki bitməsəydi. O qədər gözəl bir kitabdır ki. Anası və atası öləndən sonra hər şeyi borc xətrinə edən xalası Polli Harrinqtonun yanına Beldinqsvill şəhərinə köçən Pollianna Uitter adlı bu çilli üzlü, şən, mehriban, xeyirxah və hamının sevinməsi və xoşbəxt olması üçün əlindən gələni edən bu balaca qızcığazın hekayəsini hamı mütləq oxumalıdır.