Prezident Ovu

Çingiz Abdullayev

Sözler ve Alıntılar

Tümünü Gör
Ölüm xofu polkovniki bir o qədər də qorxutmurdu; onu en çox hiddətləndirən rəqibinin ondan daha ağıllı və bic çıxması fikriydi.
Sayfa 114Kitabı okudu
Yüksək dərəcəli peşəkarlar, bir qayda olaraq, bütün xırdalıqları nəzərə alırlar, gözəl başa düşürlər ki, onların işində xırda şey olmur. Mürəkkəb əməliyyatların aparılmasında hər şeyi, hətta ən cüzi nüansları da qabaqcadan görmək bacarığı, qarşıdakı çətin tapşırığın bütün detallarını nəzərə almaq öz işinin ustası olan adamı diletantdan həmişə fərqləndirir.
Sayfa 103Kitabı okudu
Reklam
Dronqo tanış olmadığı şəhərlərdə gecə gəzintilərini çox xoşlayırdı. «Şəhərin ruhunu anlamaq və dərk etmək üçün ona gecələr tamaşa eləmək lazımdır, - Saunders tez-tez belə deyirdi. - Şəhəri o vaxt gəzmək lazımdır ki, gündüzün haray-həşiri olmasın; harasa tələsən milyonlarla əsəbi sakinlər olmasın, öz mühərriklərinin tüstüsüylə havanı korlayan yüz minlərlə avtomobilin hay-küyü olmasın»
Sayfa 220Kitabı okudu
Özündən müştəbeh adamların əksəriyyəti kimi, o da özünü insan xarakterinin bilicisi sayırdı.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.