Pirallahı adasının yaxınlığında əlli il əvvəl baş vermiş hadisə bura təsadüfən gəlmiş dörd fotoqraf dostun da başına gəlir. Onlar çəkdikləri şəkillərlə lənəti evlərinə gətirirlər. Şəklin mistikası həyatlarını alt-üst edir.
Onlar bilmədən kontordakı lənəti oyadırlar. Evlərində paranormal hadisələr baş verir. Əlli il əvvəl ölmüş qoca kişi onların qarşısına çıxır. İndi ölümləri qaçılmazdı. Dostlar arasındakı körpülər yanır. Onlar bir-birlərindən şübhələnirlər.
Lənəti pozmaq üçün əlli il əvvəl bu kontorda işləmiş qocanın və onun üç dostunun ölüm sirri açılmalıdır. Bunu yalnız Ayşad anlayır. Ona isə heç kim inanmır..."