Psixologiya Elmini Sarsıtmış 40 Tədqiqat

Roger R. Hock

Oldest Psixologiya Elmini Sarsıtmış 40 Tədqiqat Posts

You can find Oldest Psixologiya Elmini Sarsıtmış 40 Tədqiqat books, oldest Psixologiya Elmini Sarsıtmış 40 Tədqiqat quotes and quotes, oldest Psixologiya Elmini Sarsıtmış 40 Tədqiqat authors, oldest Psixologiya Elmini Sarsıtmış 40 Tədqiqat reviews and reviews on 1000Kitap.
Nəhayət, bir çox insan üçün taleyini özünün seçmədiyini və genlərin fəaliyyətinin məhsulu olduğunu düşünmək xoşagəlməzdir. Belə fikirlər determinizmə və iradə azadlığının inkarına səbəb olur. Əksər insanlar öz taleyini şüurlu şəkildə seçmək qabiliyyətini məhdudlaşdıran nəzəriyyələri sevmir. Bu səbəbdən insan davranışına və xarakterinə təsir edən genetik səbəblər səylə gözardı edilir və ya inkar olunur. Əslində, şəxsiyyətin formalaşması zamanı genetik amillərlə ətraf mühit faktorlarının qarşılıqlı təsiri baş verir.
Frans Anton Mesmer (1733-1815) psixologiyanı cadugarlik sahəsindən çıxarmağa kömək edən ən görkəmli şəxsiyyətlərdən biri idi. O hesab edirdi ki, isteriya pozuntuları insan bədənindəki universal maqnit axınının tarazlığının pozulmasının nəticəsidir.
Sayfa 46 - Qədim qalaKitabı okudu
Reklam
Bihevioristlərin baxışı psixoanalitik baxışlara kökündən zidd idi. Bu cərəyanın tərəfdarlarının iddialarına görə, davranış hansısa daxili qüvvələrlə deyil, xarici səbəblərlə, yəni ətraf mühitdən orqanizmə təsir göstərən müxtəlif stimullarla müəyyən edilir. Başqa sözlə, emosional hallarla reaksiya verməyi öyrənirik.
Sayfa 64 - WatsonKitabı okudu
Tədqiqatçılar çap mediasında reklamların daha çox rasional, analitik reaksiyalar doğurduğunu, elektron medianın (televiziyanın) isa şərti, əsasən emosional reaksiyalar yaratdığını aşkar etdilər.
Koqnitiv psixologiya insanın zehni fəaliyyətini öyrənir. İntellektimiz, düşünmək və mürəkkəb əqli nəticələr qabiliyyətimiz, həyat təcrübəsində qazandığımız bilikləri yaddaşda saxlamaq və xatırlamaq qabiliyyətimiz - bütün bunlar insanı heyvanlarla müqayisədə unikal varlığa çevirir.
Nəzarət - əhəmiyyətsiz görünən bu psixoloji anlayış, bəlkə də, insan davranışının bütün aspektlərində ən mühüm təsirə malikdir. Burada söhbət insanın başqalarının hərəkətlərinə nəzarət etmək qabiliyyətindən deyil, öz həyatınız və həyatınızda baş verən hadisələr üzərindəki şəxsi hakimiyyətinizdən gedir.
Sayfa 160Kitabı okudu
Reklam
51 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.