Psixologiya Elmini Sarsıtmış 40 Tədqiqat

Roger R. Hock

En Beğenilen Psixologiya Elmini Sarsıtmış 40 Tədqiqat Gönderileri

En Beğenilen Psixologiya Elmini Sarsıtmış 40 Tədqiqat kitaplarını, en beğenilen Psixologiya Elmini Sarsıtmış 40 Tədqiqat sözleri ve alıntılarını, en beğenilen Psixologiya Elmini Sarsıtmış 40 Tədqiqat yazarlarını, en beğenilen Psixologiya Elmini Sarsıtmış 40 Tədqiqat yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Əksər psixoloqlar etiraf edirlər ki, körpə ilə ana arasındakı ayrılmaz əlaqə, ananın toxunuşu və nəvazişi, uşağın anaya (həyatındakı ən əsas insana - onun qayğısına qalan şəxsə) bağlılığı son dərəcə vacibdir və insanın sonrakı həyatında sevmək və digər insanlarla yaxın münasibətlər saxlamaq qabiliyyətinə təsir göstərir..
Sayfa 129 - Qədim QalaKitabı okudu
Genlər həmişə taleyi müəyyən etmir və qayğıkeş valideynlər mümkün dəyişikliklərin yalnız kiçik bir hissəsinin onlardan aslı olmasına baxmayaraq, övladlarına müsbət təsir göstərə bilərlər..
Sayfa 26 - Qədim QalaKitabı okudu
Reklam
Konkret olaraq müxtəlif fobiya növləri üçün müəlliflər genetik faktorların təsirini aşağıdakı rəqəmlərdə qiymətləndirirlər: aqorafobiya (açıq məkandan irrasional qorxu) -67% ; heyvan fobiyaları -47% ; travma və ya qan qorxuları - 59% ; spesifik vəziyyət fobiyaları - 46% və sosial fobiyalar -51%.
Sayfa 74 - Qədim QalaKitabı okudu
Nəhayət, bir çox insan üçün taleyini özünün seçmədiyini və genlərin fəaliyyətinin məhsulu olduğunu düşünmək xoşagəlməzdir. Belə fikirlər determinizmə və iradə azadlığının inkarına səbəb olur. Əksər insanlar öz taleyini şüurlu şəkildə seçmək qabiliyyətini məhdudlaşdıran nəzəriyyələri sevmir. Bu səbəbdən insan davranışına və xarakterinə təsir edən genetik səbəblər səylə gözardı edilir və ya inkar olunur. Əslində, şəxsiyyətin formalaşması zamanı genetik amillərlə ətraf mühit faktorlarının qarşılıqlı təsiri baş verir.
Bir çox psixoloji tədqiqat insanların həyatında əhəmiyyətli daxili psixoloji uyğunlaşma tələb edən müəyyən xarici dəyişikliklər baş verdikdə xəstəliklərə yüksək meylin yarandığını müəyyən edib. Bu dəyişikliklərə həyat stresləri deyilir.
Sayfa 201Kitabı okudu
Nəzarət - əhəmiyyətsiz görünən bu psixoloji anlayış, bəlkə də, insan davranışının bütün aspektlərində ən mühüm təsirə malikdir. Burada söhbət insanın başqalarının hərəkətlərinə nəzarət etmək qabiliyyətindən deyil, öz həyatınız və həyatınızda baş verən hadisələr üzərindəki şəxsi hakimiyyətinizdən gedir.
Sayfa 160Kitabı okudu
Reklam
51 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.