Qadın-kişi mövzuları üzrə mütəxəssis psixoloq və bu sahə üzrə bir çox dəyərli araşdırmaların müəllifi olan Yusif Qulaminin bu kitabında elmi və psixoloji aspektdən qadın-kişi münasibətləri təhlil olunur. Belə ki, kitabda cinsi meyil və cinsi əxlaq nəzəriyyələri, sevgi, ailə münasibətləri, evlilikdən sonra yaranan problemlər və onun səbəbləri, cəmiyyətin fəsada sürüklənməsinin əsas səbəblərindən olan açıq-saçıq geyim mövzuları araşdırılır, örtünmə və bu məsələlər haqqında geniş psixoloji təhlillər aparılır, bir çox yeni fikirlər irəli sürülür.