Kitaba müəllifin son illərdə mətbuatda çap olunan,
internetdə yayılan nəsr əsərləri daxil edilmişdir.
Müasir ruhlu hekayələrdə zəmanəmizdəki qadın-kişi
münasibətlərindən bəhs olunur. Sürətlə dəyişdiyi
dünyada yeni çalarlar kəsb edən milli-mənəvi, əxlaqi
dəyərlərimizə güzgü tutulur. XXI əsrin reallıqları
zəminində İNSANın yaşantıları, ruhi çırpıntıları ön
plana çəkilir. Hisslərin zəngin çalarlı palitrası fonunda
xarakterlərin psixoloji dərinliyinə baş vurulur. Oxucu
öz müasirlərini bir az da yaxından tanıyır.