Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Qan Ləkəsi

Elxan Elatlı
“Qan ləkəsi” romanı tanınmış detektiv ustası, vətən­pərvər yazıçı Elxan Elatlının yaradıcılığında ən iri­həcmli əsərdir. Buna baxmayaraq, birnəfəsə oxunur və indiyədək saysız-hesabsız oxucu kütləsinin qəlbini fəth etmişdir. Romanda Azərbaycan milli təhlükəsizlik orqanları əməkdaşlarının, Azərbaycan polisinin çətin və şərəfli fəaliyyətindən, düşmənlərimizin iyrənc siyasətindən, ağlasığmaz cinayətlərdən, iki güclü Azərbaycan türkü ailəsinin qanlı qarşıdurmasından bəhs olunur. Fikrimizcə, “Qan ləkəsi” romanı ədəbiyyatımızda milli birliyi təbliğ edən ən güclü əsərdir. «Get, mənim əziz Leopardım! Get, amma sənə dediklərimi də unutma! Bilirəm, sən maskalanmaqdan, başqa ad altında gizlənib, düşmənə tələ qurmaqdan açıq döyüşü daha üstün tutursan. Hətta belə döyüşlərdə dəfələrlə öz qəhrəmanlığını sübut etmisən. Mən heç inanmıram ki, təkbətək açıq döyüşdə sənə qalib gələ bilən bir igid tapılsın. Amma yadında saxla ki, sən bu cəsarətinlə, bu gücünlə aslanlarla, qurdlarla döyüşə bilərsən, ilanlarla yox! İlanla düşmən olana fiziki gücdən daha çox ayıqlıq, ehtiyatlılıq və hiyləgərlik lazımdır. Əgər bu keyfiyyətləri də fiziki gücünlə birləşdirə bilsən, əmin ola bilərsən ki, qələbə həmişə sənin olacaq!» (Məxfi şöbənin rəisi polkovnik Baratovun Leopardı kəşfiyyata göndərərkən dediklərindən. Sentyabr 1993-cü il). - Qalx ayağa, türk oğlu! Taxta döşəməyə sərilib qalmış gənc qarnına dəyən təpiyin təsirindən ayılıb gözlərini açdı. Onun qolları arxasına çatılıb sıx bağlanmış, ayaqları dizlərindən topuqlarına qədər kəndirlə sarınmışdı. Ayağa qalxmağı imkansız idi. Üstəlik, sir-sifəti qana bulaşmış, dodağı bir neçə yerdən partlamışdı. Cırılmış köynəyi qan ləkələri ilə dolu idi. Qəzəbindən ağır-ağır nəfəs alır, başının üstündə dayanmış gödək boylu, yekəqarın kişiyə və onun yanında durmuş silahlı erməni əsgərinə nifrətlə baxırdı. Yekəqarın kişi buranın, yəni gizli əsir düşərgəsinin komendantı Robert Xaçikyan idi. O, qarşısında yerə sərilmiş bu ucaboylu, qıvraq, sağlam bədənli, tanınmamaq məqsədilə nazik saqqal saxlamış gənci bir daha təpiklə vurub rişxəndlə dedi: - Ara, qalx da, qalx! Nə baxırsan? Qalxa bilmirsən, hə? Daha heç vaxt qalxa bilməyəcəksən! Göstərəcəyik sənə bizi dolamaq nə deməkdir, it oğlu it! Ağrıdan üz-gözünü turşudan gənc altdan yuxarı düşməninə baxıb: - Darıxma, vaxtı çatanda qalxacam! - dedi. Robert istehza ilə güldü: - Qalx da, qalx görüm, necə qalxırsan? Qalxa bilsən, azad edəcəm səni
Yazar:
Elxan Elatlı
Elxan Elatlı
Tahmini Okuma Süresi: 19 sa. 2 dk.Sayfa Sayısı: 672Basım Tarihi: 2015İlk Yayın Tarihi: 2014Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 9789952360615Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
672 syf.
10/10 puan verdi
·
Beğendi
·
29 günde okudu
Qan Ləkəsi'nin incələməsini bir də mənim qələmimdən oxuyun
Bəli, daha bir Elxan Elatlı yaradıcılığının sonuna gəldik.. Həqiqətəndə mənim istər Yaradıcılıq həyatımda, istərsə də kitab oxuma həyatımda ən mühüm yerlərdən biri məhz
Elxan Elatlı
Elxan Elatlı
ya məxsusdur. Elxan Elatlını ilk olaraq 3il bundan əvvəl
Xəyanət
Xəyanət
kitabı ilə tanıdım. Bu ilin avqust ayında
Xəstə ruhlar
Xəstə ruhlar
kitabını bitirdim. İndi isə haqqında heç bir təsəvvürüm olmayan
Qan Ləkəsi
Qan Ləkəsi
kitabını yekunlaşdırdım. Mən kitablarda ən çox hansısa obrazı mənimsəyib, baş verən hadisələrə onun gözündən baxmağı üstün tuturam. Bu əsərdə də Ələmdar Məlikov{Alik, Leopard} obrazı məni ovsunladı və hadisələrə onun gözü ilə baxmağa başladım. Həqiqətəndə ilk başlarda hadisənin necə baş verdiyini, kim kimi öldürdü, kim cəzalandı, kim qatildir və s.kimi sullara cavab verə bilmirdim. Amma Dördbarmaq Ağaşamilin övladlarının hüzr mərasimi keçiriləndə artıq müəyyən şeyləri aşkara çıxartdım. Qəliz idi.. Elxan Elatlı bu hadisəni böyük ehtimal 2 il düzüb-qoşub. Çünki, həqiqətən də bu o qədər də asan cinayət hadisəsi deyildi. Əsərdən spoiler vermək istəmirəm çoxda. Amma, onu əminliklə deyim ki, oxumağa dəyər. Kitabı bitirməyimdə mənə çox böyük motivasiya verən
Kitabsever
Kitabsever
' xanıma təşəkkürlərimi bildirirəm. Hər həsə xoş mütailələr
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015675 okunma
Reklam
672 syf.
10/10 puan verdi
·
Beğendi
Elxan Elatlinin en Sah eseri.bir nefese oxunacaq kitab.Qan lekesi edebiyatimizda milli birliyi teblig eden en guclu eserdir.Boyuk dovletler bir daha anlamisdilar ki ,turklerle uzbeuz vurusub onlari meglub etmek mumkun deyil.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015675 okunma
672 syf.
9/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Xocalı faciəsi, əsirlərin başına gələnlər haqqında eşitmişdim. Sübutları da var. (Mövzum o deyil). Yaşananların ağrı-acısını isə " Qan ləkəsi " və " Cəhənnəmdən gələn səs " kitablarını oxuduqdan sonra daha dərindən anladım. Kitabı 3 günə bitirdim (qalın olmağına baxmayaraq). Ancaq kitabın tən yarısına qədər adların hansının hansı ailəyə və kimə məxsus olduğunu anlamağa çalışdım. Məncə, hər kəsin oxumalı olduğu kitabdır.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015675 okunma
672 syf.
9/10 puan verdi
·
4 günde okudu
Qan Ləkəsi
İlk öncə bu kitabı hər kəsə oxumağı tövsiyyə edirəm.Kitab haqqında spoiler vermək istəmirəm.Sadəcə deyə bilərəm ki kitabda Ermənilərin necə alçaq bir vəhşi olduğundan xəbər veririr,və onlara nifrət hissini dahada gücləndirir.Baş qəhrəman olan Leopardla isə həqiqətən qürur duydum belə oğullarımız olduqca ermənlilərin ilan kimi aramızda gəzməyinə əsla imkan yaratılmayacaq.Lakin əsərdə Əliağa Sadıxovun ölümünü bəyənmədim hər şey onunla başlamışdı məncə ona elə sadə ölüm yaraşmırdı.Əliağa kimi alçaq bir insan çox əzab çəkərək ölməliydi.Kitab çox axıcı bir dildə yazılmışdır bir nəfəsə bitirəcəyiniz kitab olacağına əminəm.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015675 okunma
Reklam
672 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
ŞİDDƏTLƏ TÖVSİYYƏ EDİRƏM
Kitabı çoxdan oxumuşam və yenidən oxuyacağam.Elxan Elatlının şah əsəri deyərdim..Hadisələrin cərəyanı, qarşıqlığı şəxsən mənə zövq verdi..Ama vətənpərvərlik mövzularına toxunulması xüsusilə gözəldir..Mən deyərdim hər bir azərbaycanlı oxumalıdır.."Cəhənnəmdən gələn səs" kitabı və bu bir-birlərini tamamlayırlar, mütləq oxunulmalıdır..Bundan əlavə də tarixi hadisələrə əsaslanan,erməni vəhşiliklərini göstərən "Xəstə Ruhlar" , "Q.Qasımlının xəfiyyələri" kitabları da..Son olaraq birgün nə vaxtsa kino mövzusunda inkişaf edib, "Qan Ləkəsi" kitabının ekranlaşdırılıb keyifyyətli bir film çəkilməsini ümid edirəm..
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015675 okunma
672 syf.
10/10 puan verdi
·
Beğendi
Gorxulu
Mükemmel idi. Oxuyarken tuklerim biz biz oldu... Bir insanın necə cildden cildə girməsi məni vahimelendirdi. O qədər gözəl səhnələri var idi ki.... Kitab hagda yazsan bitməz..
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015675 okunma
672 syf.
9/10 puan verdi
·
Beğendi
·
23 saatte okudu
Elxan Elatlının bir çox kitabını oxumuşam,amma heç bir kitabı mənə bu qədər toxunmamışdı,kitab da hər şey var,hər bir mövzuya az da olsa toxunub. Xoş təsir bağışlamağı ilə yanaşı kədərləndirə də bilirdi,üzündə təbəssüm oyada da bilirdi. Bu kitab haqqında uzun-uzun danışardım,necə gözəl olduğunu hər dəfə bir kəliməylə izah edərdim. Amma məncə vaxt itirməyin,bu kitabı oxuyun.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015675 okunma
672 syf.
10/10 puan verdi
·
Beğendi
Qan ləkəsi -Elxan Elatlı
Silsilə cinayətin düşmən tərəfindən törədilərkən 1ailənin yox olmasına gətirib çıxarırdı.Gözlənilməyən zamanda ağlagəlməz cəldliyi və zəkasıyla düşməni məhv edən LEOPARD... Diqqəti ən çox çəkən səhnlərdən bəziləri Düşmənlərin əzab işgənclərinə məruz qalan azərbaycanlı qadının (səhv etmirəmsə adı Mahirə idi) sonuna qədər onlara baş əyməməsi və təslim olmaması... Sonradan qəhrəman adı alan o məğrur əsgərin ölümü gözə alıb Bayrağını şərəfi,namusu kimi qoruyub əzdirməməsi Əsəri 2012 ci ilin yayinda ələ aldım və böyük maraqla 4günə bitirdim.Bəzən insanlar əsərləri oxuyarkən onların təsirində qalar günlərcə.Amma mən bundan qaçmağa çalışmışam hər zaman.Oxuduqlarımdan nəticə çıxartmağı sevirəm. Görünəni yox, görünməyəni görmək lazımdır deyə düşünürəm.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015675 okunma
Reklam
672 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Elxan Elatlinin oxudugum artiq 6-ci kitabıdır.Dedektiv kitab olan Qan lekesi kitabı çox maraqli, axicidir.Mənfur ermənilerin etdikləri geniş şekilde eks olunmusdur.Qeyretli Azerbaycan qadinlarinin siması olaraq da yazıçı Mahire obrazini göstermiştir. Bir qetl ve bu qetlden sonra butov bir ailenin faciesi eks olunmusdur. Və ailenin 5 ovladinin qetl olunur. Bu qetlin arxasinda kim durur? Cox maraqli tez bir zamanda oxuyub qurtaracaginiz kitab olmisdur. Əgər dedektiv əsər sevirsinizsə Elxan Elatlinin bu və digər kitablarini oxumaginizi tovsiye edirem.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015675 okunma
672 syf.
·
Puan vermedi
Elxan Elatlı demək olar ki ən çox oxuduğum 3 yazardan biridir və sevərək oxuyuram həqiqətən də. Qan ləkəsi haqqında danışacaq olsaq yalnız bir cümlə ilə onu deyə bilərəm ki Oxumayanlar çox şey itirər...
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015675 okunma
672 syf.
9/10 puan verdi
Əvvəla onu deyimki, Elxan Elatlının dilini artıq anlamışam. Cümlələri bir birinə dolayir və sən qatillə bağlı fikirlərin dolaşır. Amma mən, bu vaxta qədər oxuduğum və izlədiyim filmlərin təsirindənmi ya nədənmi bilmirəm ağlıma bu ideya gəlmişdi. Qantural ölüb,amma onun əllərindən hər yerdə istifadə olunur. Yəni kimsə əlini kəsib götürüb. Sonra bu
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015675 okunma
672 syf.
·
Puan vermedi
·
Beğendi
·
24 günde okudu
Oxuduğum Elxan Elatlı əsərləri ichərisində deye bilərəm ki, ən möhtəshəmi idi. Sevgi, xəyanət, qısqanclıq, qadın duyğuları və ən əsası cinayət! Bunlarla yanaşı Ermeni obrazının yaradılması, o dövrdə yaşananlar əsərə başqa fon verir, bizim üchün oxunaqlı edir.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015675 okunma
672 syf.
·
Puan vermedi
·
13 günde okudu
Məxvi şöbənin ən cəsur kəşfiyyatçısı, Elxan Elatlının isə əsərlərinin vazgeçilməz qəhrəmanı Ələmdar... Bu obrazın təsviri o qədər mükəmməldi ki obraza vurulmamaq mümkünsüzdür.
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015675 okunma
672 syf.
6/10 puan verdi
·
Beğendi
-Əgər Allahverdinin qarşısına adi bir parça atsaydılar,boş yerə inad göstərib,əzab verdirməzdi özünə.Kobranın dediyini eləyib canını qorumağa,ömrünü az da olsa uzatmağa çalışardı.Amma bu üçrəngli parçada zolar var idi:göy,qırmızı,yaşıl.Qırmızı zolağın üzərində ağ rənglə aypara və səkkizguşəli ulduz rəsmi çəkilmişdi.Yox!Yox!Yox Bu parçanı ayaq altına atmaq olmazdı!Bu parça haqqında hətda bunu düşünmək də ayıb idi....!
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015675 okunma
672 syf.
·
Puan vermedi
əsil sevginin nə olduğunu bilmək isdiyenner mutlək okumalı zənnimcə. sevginin nə qədər uca gösderildiyi bir əsər. sevdiyinin mutluluğu üçün onun sevdiyini xilas etmək onları qovuşdurmak öz sevgisini isə içində yaşamak ancaq və ancaq uca insanlara məxsus bişey… bu qeder net….
Qan Ləkəsi
Qan LəkəsiElxan Elatlı · Qanun Nəşriyyatı · 2015675 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.