Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Qanlı Sənələr

Məmməd Səid Ordubadi

Qanlı Sənələr Gönderileri

Qanlı Sənələr kitaplarını, Qanlı Sənələr sözleri ve alıntılarını, Qanlı Sənələr yazarlarını, Qanlı Sənələr yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
“Digər tərəfdən heyvan bağırtısından başqa bir səs eşitməyən balalar, xırda çocuqlar müharibənin ən şiddətli vaxtında düşmən mövqelərindən çalınan şeypurların ürək parçalayan sədasından validələrinin məməsindən dartınıb beşiklərindən qiyamət gününü xatırladan bir səda ilə aləmi doldururdular. Yağmur kimi hər iki tərəfdən açılan güllələrin şırıltısından, hərbi musiqinin canalan sədasından köylərin çocuqları və heyvanatı bir-birinə dəymişdi, sanki bu zavallı köylərdə İsrafil şeypuru çalınmış kimi insanlar bir-birinə qarışmışdılar..”
Reklam
- Budur neçə ildir ki, biz Qafqaz camaatı bir qəribə vəziyyətə düşmüşük ki, bir dəstə hamını qorxu altında saxlayıb. Heç kəsə fürsət vermirlər ki, nə öz fikrini, nə də öz işlərini, necə ki, lazımdır izhar etsinlər. Camaat işinə müdaxilə edən şəxslər və qulluqçular həmişə qorxu içərisindədirlər. Əgər bir kəs cürət edib öz fikrini açıq-açığa danışsa və yainki bir qulluqçu cürət edib öz insafına görə iş görsə, həmən saat möhürlü kağızlar gəlib, qətl fərmanı yetişər. Belə dolanmaq olmaz! Buna bir axır qoymaq gərəkdir.
Əhməd bəy AğayevKitabı okudu
Bunu - xalqın qəlbinə müsibət dağı kimi çəkən belə bir vəziyyəti bizim tariximiz heç vaxt gizlətməyəcəkdir. Yazıb, tarix edib, millətin gələcəyi üçün bir vətən və millət, həm də bir məzlumiyyət yadigaranəsi kimi qoyacaqdır. Əvət, qoyacaqdır.
Bəşər tarixinə nəzər salsaq görərik ki, indiyə qədər heç bir xalq qadın tayfasına bu qədər cəfa etməmişdir ki, ermənilər Ümidli camaatına etdilər. Bir ananın qabağında üç-dörd balasını qurban edib, balalar əl-ayaq çaldıqda ananı gözləri yaş ilə dolu bir halda bihörmət etmək insafdırmı?! 26 dekabr 1905 - Ümidli faciəsi
Fəzl və bacarığına əlavə edilən alicənablığı, millətpərvərliyi, rəhmdilliyi Məhəmmədqulu bəyin adını hər kəsin ürəyində həkk etdirdi. Bir çox vəkillər kimi pula, dövlətə əsla tamah etməyib, özü mənən və cismən nəcib və nəcibzadə olduğunu büruzə verirdi… Könlü tox, niyyəti ali, ümidi böyük, fikri geniş idi.
Şəhid Məhəmmədqulu bəy Kəngərlinin tərcümeyi-halı.Kitabı okudu
Reklam
- Bizim şəriətdə müdafiə məsələsi vacibdir. Ona görə də qorxunu, ağciyərliyi qəlbinizə qoymayasınız. Qorxu-ürkü millət və vətən fədakarlığı qarşısında qəbahətli və rəva görülməyən hərəkətlərdəndir. Ona görə qorxu və ürküyə qəlbimizdə yer olmamalıdır. Qorxu insaniyyət və islamiyyətə ziddir. Düşmən xəncərindən qorxan gözümüz - ölümü, əziz saxladığımız dövlət və sərvətimiz - talanı, hifzinə çalışmadığımız hərəmlər - bacılarımız əsarət və təhqir görəcəklər. Ölmək və qəbirə getmək (yataqda, biyabanda, dəryada), yainki düşmən xəncərinin altında da olsa birdir. Orası aydındır ki, ölüm birdəfəlikdir. Bizim bu müharibədə müzəffər olduğumuz, biləks qan çalalarına qərq olduğumuz, əlbət ki, tarix səhifələrinə düzülüb millətin istiqbalına və vətən övladına yadigar qalacaqdır… 1905 - Xırmancıq müharibəsi
Sayfa 66 - Böyük KomandanKitabı okudu
Hürriyyətin, o qeyrət mücəssəməsinin Kərbəla meydanında olan fədakarlığı həqiqətin gözünü pərdələməyib Yezid vələd-əz-zinayə beyət əli uzatmaqdan ötrü deyil idi? Bəli, itaət etməyib övlad və pak adamlarına əsarət rəva görən yalnız o həzrətdir. Amma biz ilə o həzrətin böyük bir təfavütü vardır. O isə budur: O həzrətin bacıları, hərəmləri, qızları peyğəmbər nəvəsi Əli ibn Əbu Talib gəlinləri olduqlarından Yezid qoşununda o cürət olmazdı ki, təhqirlə onlara əl uzatsınlar. Amma bilərsiniz, qardaşlar, hərəmləriniz erməni əlinə düşsə, nə olar?!
Bəli! Sülh vaxtı sülh etmək, müharibə vaxtı mərdanəlik göstərmək lazımdır. İndi görürsünüz ermənilər bizim nə qədər kəndlərimizi dağıdıb, gəlin-qızlarımızı əsarətə alıb, olmazın təhqirlərə düçar və mübtəla etmişlər. Ancaq heç vaxt darıxmayın! Bu əsarət, bu təhqir sizə çox acı olsa da, darıxmayın! Hamınız eşidəsiniz ki, Kərbəla meydanında Hüseyn ibn Əli Əleyhüssəlam bir ovuc yaxın adamları ilə Yezidin (lənətullah) yüz minlərcə cani dəstələrinə qabaq-qarşı durmuşdu.
Tarix eynilə təkrar olunur. Tarixin dərslərindən düzgün nəticə çıxarmayanda isə, tarix onu yaşayanlarla sərt danışır. Tarix heç bir saxtakarlığı sevmir.
Sayfa 8 - MüqəddimatKitabı okudu
Reklam
Ermənilər isə zahirən sülh tərəfdarı olsalar da, gizlində paçka ilə tüfəng və sair hərbi silah tədarük edirdilər.
Molla Həsən Əfəndi:
Camaat! Ağlamaq, övrətlər ilə səs-səsə verib növhə və zarı başlamaq heç bir fayda verməz. Ancaq kişinin mənəvi qüvvəsini tükədib düşmənin qabağına əl-qolu qurumuş bir süstlük içində qoyar. İndi götürünüz silahlarınızı, nəzərdən keçiriniz!
Hər halda çıxıb səhralarda çıl-çılpaq avara gəzincə, baba yurdunda ölüb qalmaq səadətdir.
Əhməd bəy Ağayev:
Bir dövlətdə ki, danışmağa və yazmağa izn vermirlər, insanları zülm və zorakılıqdan azad edib, insaniyyətə xidmət etmək qəsdilə qəddarlar və zalımlar əleyhinə terror mümkündür.
Erməni əsgərlərinin son dərəcə pərişan olmaları bundan bilinir ki, əsgərlər yüngül olsun deyə çiyinlərindəki arxalıqları da yerə atıb qaçırdılar.
39 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.