Qanunsuz Əməliyyat

Elxan Elatlı

Qanunsuz Əməliyyat Posts

You can find Qanunsuz Əməliyyat books, Qanunsuz Əməliyyat quotes and quotes, Qanunsuz Əməliyyat authors, Qanunsuz Əməliyyat reviews and reviews on 1000Kitap.
Elə bilirsiniz o faciələr bir də təkrar oluna bilməz? Mən deyirəm ki, təkrar oluna bilər! Əgər biz başımıza gələnləri unudub sayıqlığımızı itirsək, igid, vətənpərvər döyüşçülər əvəzinə soykökündən bixəbər, arzusu yalnız geyinib- keçinmək, bahalı avtomobil sürmək, mahnı oxumaq, rəqs etmək, internetdə vaxt keçirməklə məhdudlaşan gənclər yetişdirsək, həmin hadisələr təkrar olunacaq!
Sayfa 33 - Teas PressKitabı okudu
İndi, əzizlərim, illər keçsə də, bu həyasız, qaniçən tayfa bizə qarşı düşmən münasibətindən əl çəkmək istəmir. Biz onlara sülh üçün əl uzadırıq, onlar vurub əlimizi qanadırlar. Bağrımıza basmaq üçün qucaq açırıq, bıçağı düz sinəmizə saplayırlar.
Sayfa 33 - Teas PressKitabı okudu
Reklam
Axı insan öz başına gəlməyincə heç kəsin faciəsini dərindən anlaya bilmir.
Sayfa 12 - Teas PressKitabı okudu
Tanrı öz yaratdıqlarına ayrı seçkilik etməzdi, Ayrı seçkilik etmək xüsusiyyəti insanlara xas idi ...
Bəzən xoşbəxt olmaq üçün çox az bir şey istəyirsən. O az şey sənə qismət olmur, səndən uzaq qaçır. Bəzən isə istədiyin ağlabatmaz, əlçatmaz olur. Boş bir xülya hesab edirsən həmin arzunu. Amma günlərin bir günü Tanrı onu sənə qismət edir. Çaşıb qalırsan. Inanmağın gəlmir buna. Və bir qədərdən sonra anlayırsan ki, hamin arzun yalnız sənin nəzərində əlçatmaz imiş....
Sayfa 229Kitabı okudu
Gələn hər bir gecə mütləq kimlər üçünsə ömürlərinin son gecəsi olur. Bu adamlar heç vaxt bilmirlər bunu . Bilmirlər ki,bu gecədən sonra səhər açılacaq,günəş doğacaq,lakin onlar bu günəşin necə batdığını bir daha görməyəcəklər.
Reklam
93 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.