Qılınc və Qələm

·
Okunma
·
Beğeni
·
474
Gösterim
Adı:
Qılınc və Qələm
Baskı tarihi:
2013
Sayfa sayısı:
616
Format:
Karton kapak
ISBN:
9789952265002
Kitabın türü:
Dil:
Azerice
Ülke:
Azerbaijan
Yayınevi:
Qanun Nəşriyyatı
Baskılar:
Qılınc Ve Qelem
Qılınc və Qələm
Qılınc və Qələm
İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu «Qılınc və qələm» romanı Məmməd Səid Ordubadi yaradıcılığına xas macəraçılıq üslubunda yazılmışdır. Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışmış, xalq həyatının geniş lövhələrini yaratmışdır. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq «Qılınc və qələm» adlandırılmışdır. Zəngin surətlər qalereyası ilə diqqəti cəlb eləyən romanda ilk sətirlərdən oxucuya xoş gələn cəhət müəllifin özünə məxsus bir məhəbbətlə qəhrəmanların düşdüyü vəziyyəti təsvir etməsidir. Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin süjet xətti ətrafında birləşdirən, oxunaqlı və yığcam quruluşlu «Qılınc və qələm», şübhəsiz, Ordubadi yaradıcılığında mühüm yer tutan, Nizami və dövrünü öyrənməyə böyük həvəs oyadan qiymətli tarixi romandır.
761 syf.
·7 günde·Beğendi
Həcmi böyük olan əsərlərə qarşı qorxu olur çox vaxt, oxumağa çəkinir, cəsarət etmirik uzun zaman. Ya sona qədər oxumağa səbrim çatmazsa, ya yarımçıq qoyaramsa... Özüm üçün deyirəm, ən nifrət etdiyim şeylərdən biridir kitabı yarımçıq oxumaq. Bu günə qədər cəmi bircə əsəri yarım qoymuşam, tamamlamağı da düşünmürəm, bunun da müəyyən səbəbləri var. Belə ki, "Qılınc və qələm" əsəri ilə bağlı da belə bir qorxum var idi uzun illərdən bəri. Həcminin geniş olması, üstəlik, tarixi roman olması qorxumu bir az da artırırdı. Uzun xronoligoyalar, rəqəmlər gözümü qorxudurdu. Nəhayət, pandemiyanın kitabsevərlər üçün yaratdığı avantajdan istifadə edərək ev günlərinin çoxluğunu nəzərə alaraq oxumağa qərar verdim. Kitabı oxuya bilməmə səbəblərindən biri də çox qalın və ağır olduğundan işə gedərkən özümlə daşıya bilməməyim idi, çünki dünyamızın normal olduğu zamanlarda təəssüf ki, evdə çox az olduğum üçün kitab oxumağa da zamanım qalmırdı, ancaq avtobusda, metroda yollarda oxuya bilirdim...
Kəsə-qarabağı, axır ki, bir cəsarət oxumağa qərar verdim. Əvvəlcədən deyim ki, heç də qorxduğum kimi olmadı. Çox rahat oxunan, sadə, axıcı dili, hekayəsi ilə insanı içinə çəkib tarixin qatlarında səyahət etdirən, ötüb getmiş ulu tariximizin tozlu səhifələrini vərəqlədən gözəl bir əsər oxudum. Əgər siz də cəsarət edib oxumağa başlasanız, bu duyğunu yaşayacaqsız. Hətta əsəri oxumağa bu qədər gecikdiyim üçün təəssüflənirəm də...
Əsərin mövzusuna gəlincə, dahi Azərbaycan şairi Nizaminin yaşadığı dövrü, yaşadığı şəhər Gəncəni, həmin dövrdəki tarixi prosesləri mövzu alan əsər, Azərbaycanda baş verən siyasi-iqtisadi, mədəni dəyişikləri, Atabəylər, Eldənizlər kimi hakim sülalələri, onların qurulması, dağılması, hökmdar və xalq münasibəti, ədalətli hökmdar, ədalətsiz hökmdarın idarəetməsi altında əzilən sadə xalq kütlələrinin ağır həyatı və məişətini təsvir edir. Şərq xalqların əzən, cəhalətə sürükləyən, hətta məhv edən dini-fanatizmi, hökmdarların yarıtmaz siyasəti səbəbindən viran qalan məmləkəti, məhv olan həyatları, mənsəbpərəstliyi, qadın düşkünlüyünün məhv etdiyi hökmdarları, həmin dövrdə baş verən üsyanları, müharibələri və s. ürək ağrısı ilə, acı bir təəssüflə və ən əsası real tarixi hadisələr fonunda çatdıraraq, əslində bir ibrət dərsi də verməyə çalışır..
Eyni zamanda, əsərdə həmin dövrün görkəmli şəxsiyyətləri, sənətkarları, sərkərdələri, hökmdarları və şairlərinin prototipini də yaradır. Əsərin mərkəzi obrazı dahi Azərbaycan şairi Nizami Gəncəvi olsa da, Məhsəti Gəncəvi, Əfzələddin Xəqani, Atabəy Şəmsəddin Eldəniz, Qızıl Arslan, Fəxrəddin, Hüsaməddin, Qətibə xatun (məlaikə), Əbül Üla Gəncəvi, Toğrul və s. kimi görkəmli tarixi şəxsiyyətlərin həyatına işıq tutmuş, onların real xarakteristik xüsusiyyətlərini də dolğun vermişdir. Doğrudur, bu təsvirlərə yazıçı öz təxəyyülü də əlavə edib, ancaq əsas cizgilər reallığını qoruyur. Yazıçı qılınc (Fəxrəddin) və qələmi (Nizami) həm simvolik olaraq, həm də real mənası ilə qarşı qarşıya gətirir. Bir məmləkətin inkişafı üçün sadəcə qılınca arxalanmağı cəhalət hesab edir, qələmin gücü ilə birləşməyən qılıncın gec ya tez pas tutmağa məhkum olduğunu tarixi hadisələr fonunda dönə-dönə göstərir. Əsərin maraqlı cəhətlərindən biri də, Şərqin məşhur Azərbaycan şəhərlərinin real təsvirləri ilə verilməsidir. Bir də Cəbubi Azərbaycan həsrətini də dilə gətirən yazıçı, Şimalı ilə, Cənubu ilə bütöv bir Azərbaycan görmək arzusunu dilləndirir tez-tez.
Əsərlə bağlı təəccübümə səbəb olan məqamlardan biri də bu oldu ki, sovet dövrü kimi dəhşətli bir dövrdə, Stalin represiyalarının tüğyan etdiyi, imperiya daxilindəki xalqları öz tarixindən, soy-kökündən uzaqlaşdırmağı hədəfləyən siyasi əqidənin hökm sürdüyü bir zamanda müəllif hər səhifəsilə tarix (Azərbaycan) qoxan belə bir əsəri yazmağa necə cəsarət edib?! Düşünürəm ki, Mircəfər Bağırovla olan dostluğu belə qurtara bilməzdi onu Stalin represiyasından... Yoxsa, səhv edirəm... Tarix oxumağı sevənlər üçün xüsusilə maraqlı bir əsər olduğunu düşünürəm. Odur ki, hec qalmadan hər kəsə oxumağı tövsiyə edirəm.
761 syf.
·Beğendi·10/10 puan
Nizami Gəncəvi, Məhsəti Gəncəvi, həyatlarından detallar... Azərbaycanın Atabəylər dövründə tarixi.. Gəncənin tarixi. Hakimiyyət üstündə olan hərc-mərclik.. saray həyatı.. saray yaltaqları.. Fəxrəddin kimi qılınc, Nizami kimi söz cəngavəri..
761 syf.
Roman tarixi janrda yazılmışdır.Yazardan oxuduğum ilk kitab idi amma həddən artıq bəyəndim.Roman iki hissədən ibarətdir.
Tarixi roman deyəndə mənim üçün axan sular durur.Sən nə gözəl kitab idin bele.
Mövzusu
Roman Atabəylər dövlətinin hökmdarları və yazarları ətrafında baş verən hadisələrdən bəhs edir.Atabəylər dövlətinin qüdrətili hökmdarı Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan və həmin dövrün məşhur şairi Nizami Gəncəvi, şairəsi Məhsəti Gəncəvi.Qətibə adlı qızın Nizamidən xoşu gəlir və sevgisini etiraf etsə də rədd cavabı alır.Çünki Nizami Rəna adlı qıza aşiqdir. Nizami Rəna ilə evlənir və Məhəmməd adlı oğlanları dünyaya gəlir (Realda isə arvadının adı Afaq olub) Qətibə bundan sonra əlini üzür və dövrünün hökmdarına ərə gedir. Lakin onun gözü bununla doymur.Sarayda qulluqçuları ilə iş birliyi edir,sui-qəsdlər törədir.Hətta bu azmış kimi ərində öldürtdürür. Romanın ən sevdiyim tərəfi istər Cahan Pəhləvan,istərsə də Qızıl Arslanın şairlərə olan hörməti, elimə, təhsilə verdikləri dəyər oldu. Qızıl Arslanı daha çox sevdim. Dərsliklərdə onun haqqında çox az məlumatlar verilir, amma gəl gör ki hökmdarın gördüyü işlər az deyilmiş.Qətibədəki Hürrəm sultan kimi sarayı altını üstünə çevirir.Oğlunu taxta çıxartmaq üçün hər işə əl atır.
Ərini öldürtdürüb ögey qaynını taxta çıxarır. İstədiyinə nail ola bilməyəndə digər qaynı ilə Qızıl Arslanla evlənir.Bir sözlə hökmdar qadınına yaraşmayan hərəkətlər edir.
Heyifki Cahan Pəhləvanın Möminə Xatun türbəsi tikdirməyindən bəhs olunmur. Keşkə Şəmsəddin Eldənizdəndə danışılardı.Məhsəti Gəncəvinin isə rübai oxumağına narazı qalan Gəncə əmirləri onun evini daş qalaq edilər, özünü istə bərk döyürlər və yazıq şairəyə pozğun damğası vururlar.Lakin nə Nizami nə dəki Məhsəti qorxmadan sözlərini deməkdən də çəkinmirlər.Nizami Gəncəvi heç vaxt sarayda yaşamamışdir,sarayda yaşaması üçün hökmdarlar təkliflər etsələr də şair bununla razılaşmayıb.Səbəbi isə sarayda yaşamaqla azadlığının əlindən gedəcəyini düşünüb,azad şəkildə əsərlərini yazmağı üstün tutmuşdur.
Romanda hökmdar və yazarlarla yanaşı xalqın ağır vəziyyətindən, aclıq və vergilərin ağırlığından, dövlət adamlarının özbaşnalıqlarindan, qanunsuz şəkildə həbs və cəzalardan bəhs olunur. Dövlət adamlarının Bağdad xəlifəsinə göndərdiyini qadın və qızları demirəm hələ
Yazardan oxumağa davam edəcəyəm️
M.S.Ordubadi yaradıcılığının nümunəsi- "Qılınc və Qələm" bir sözlə möhtəşəm!. Tarixi roman olmasına baxmayaraq, əxlaqi, elmi, bədii cəhətlər də üstünlük təşkil edir.Əsərdə pərəstiş etdiyim Azərbaycan ədəbiyyatının görkəmli şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından geniş bəhs olunur. Eldənizlər xanədanı dövründə dostu Fəxrəddinlə birgə Azərbaycan üçün göstərdiyi xidmətləri, Gəncə hakimi Əmir Inanc tərəfindən sürgün edilən Məshəti xanımı sürgündən qurtararaq Gəncəyə gətirmələri,Gəncə hakiminin qızı Qətibənin sevgisini rədd edərək öz sevgisinin arxasında durması və sevdiyi qız olan Rənayla evlənməsi, dövrün tələblərinə görə hökmdarlar tərəfindən vəd edilən saray həyatını, verilən xələtləri qəbul etməməsi,heç bir halda şəxsiyyətindən ödün verməyərək hökmdarların hüzurunda olan çıxışları, və s. kimi fəaliyyətləri ilə Ilyas yenidən könlümdə taxt qurdu❤. Kasıb olmağının səbəbini soruşan həyat yoldaşı Rənaya verdiyi cavabında -"Əzizim Rəna, məişətcə yoxsul olmaq, vicdanca yoxsul olmaqdan daha yaxşıdır". Bir daha heyran qaldım. Əsərdə ən sevdiyim obrazlardan biri də, qəhrəman Fəxrəddin oldu. Onun qəhrəmanlığı- qorxmazlığı, cəsarəti, Sevgilisi Dilşadı axtarmaq üçün Bağdad saraylarına getməsi, Bağdadda kəniz olaraq, satılan vətən qızlarını Dilşadla birgə vətənə gətirməsi, düşmənə qarşı əsl qəhrəman kimi göstərdiyi igidliklər ilə səciyyələnir. Əsərdə mənfi obrazlar da geniş yer verilmişdir. Ilk növbədə, Gəncə hakiminin qızı fitnəkar Qətibə, onun yalançı vədlərinə inanaraq, bütün alçaq əməllərinə alət olan əsgər Hüsaməddin, cariyə Səba qeyd olunur. Şair tərəfindən sevgisi rədd edilən Qətibə Atabəy Məhəmməd Cahan Pəhləvana evlənir, atasının qanunsuz işlərinə tab gətirməyən xalq Gəncə hakimini üsyan nəticəsində edam etdirir. Qətibə atasının intiqamı adı altında sınmış qürurunun intiqamının alınması üçün Atabəy Məhəmməddən Nizami və Fəxrəddinin edam olunmasını tələb edir. Atabəy isə etirazını bildirərək, Əmir Inancın edam olunmasına haqq qazandırır. Və bir müddət keçdikdən sonra Qətibəylə qurduğu izdivacdan peşmanlıq duyur. Çünki bu izdivac Qətibənin fitnələri sayəsində Eldəniz Xanədanının sonuna gətirib çıxardı.
723 syf.
·Beğendi·10/10 puan
Kitab iki cərayəyanda gedən döyüşdən bəhs edir : Elm və Hərb. Bir tərəfə Nizami Gəncəvi, Məhsəti Gəncəvi və digər ziyalı şəxslər elmlə döyüşüb haqsızlıqlara mübarizə apararkən, digər tərəfdə Fəxrəddin və onun silahdaşları silahla mübarizə aparırdı. Kitab Azərbaycanın tarixən ən böyük ərazisinə sahib olan Atabəylər dövlətinin dövründən yazılmış, bu dövrün ziyalıları xüsusiylə görkəmli Şair Nizami Gəncəvi haqqında da kitabda geniş məlumatlar verilmişdir. Oxumağı məsləhət görürəm.

The book deals with two current battles: Science and War. On the one hand, Nizami Ganjavi, Mahsati Ganjavi and other intellectuals were fighting ignorance and injustice, while on the other hand, Fakhraddin and his comrades-in-arms were fighting with weapons. The book was written during the period of the Atabeylar state, which has the largest territory in the history of Azerbaijan, and the intellectuals of this period, especially the famous poet Nizami Ganjavi, are given extensive information in the book. I recommend reading.

Kitap iki güncel savaşı ele alıyor: Bilim ve Savaş. Bir yandan Nizami Gencavi, Mahsati Gencavi ve diğer aydınlar cehalet ve adaletsizlikle savaşırken, diğer yandan Fahreddin ve silah arkadaşları silahlarla savaşıyordu. Kitap, Azerbaycan tarihinin en büyük topraklarına sahip olan Atabeylar devleti döneminde yazılmıştır ve bu dönemin aydınlarına, özellikle de ünlü şair Nizami Gencevi, kitapta geniş bilgiler verilmektedir. Okumanızı tavsiye ederim.
761 syf.
·26 günde·Beğendi·10/10 puan
M.S.Ordubadi yaradıcılığının nümunəsi- "Qılınc və Qələm" bir sözlə möhtəşəm!. Tarixi roman olmasına baxmayaraq, əxlaqi, elmi, bədii cəhətlər də üstünlük təşkil edir.Əsərdə pərəstiş etdiyim Azərbaycan ədəbiyyatının görkəmli şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından geniş bəhs olunur. Eldənizlər xanədanı dövründə dostu Fəxrəddinlə birgə Azərbaycan üçün göstərdiyi xidmətləri, Gəncə hakimi Əmir Inanc tərəfindən sürgün edilən Məshəti xanımı sürgündən qurtararaq Gəncəyə gətirmələri,Gəncə hakiminin qızı Qətibənin sevgisini rədd edərək öz sevgisinin arxasında durması və sevdiyi qız olan Rənayla evlənməsi, dövrün tələblərinə görə hökmdarlar tərəfindən vəd edilən saray həyatını, verilən xələtləri qəbul etməməsi,heç bir halda şəxsiyyətindən ödün verməyərək hökmdarların hüzurunda olan çıxışları, və s. kimi fəaliyyətləri ilə Ilyas yenidən könlümdə taxt qurdu❤. Kasıb olmağının səbəbini soruşan həyat yoldaşı Rənaya verdiyi cavabında -"Əzizim Rəna, məişətcə yoxsul olmaq, vicdanca yoxsul olmaqdan daha yaxşıdır". Bir daha heyran qaldım. Əsərdə ən sevdiyim obrazlardan biri də, qəhrəman Fəxrəddin oldu. Onun qəhrəmanlığı- qorxmazlığı, cəsarəti, Sevgilisi Dilşadı axtarmaq üçün Bağdad saraylarına getməsi, Bağdadda kəniz olaraq, satılan vətən qızlarını Dilşadla birgə vətənə gətirməsi, düşmənə qarşı əsl qəhrəman kimi göstərdiyi igidliklər ilə səciyyələnir. Əsərdə mənfi obrazlar da geniş yer verilmişdir. Ilk növbədə, Gəncə hakiminin qızı fitnəkar Qətibə, onun yalançı vədlərinə inanaraq, bütün alçaq əməllərinə alət olan əsgər Hüsaməddin, cariyə Səba qeyd olunur. Şair tərəfindən sevgisi rədd edilən Qətibə Atabəy Məhəmməd Cahan Pəhləvana evlənir, atasının qanunsuz işlərinə tab gətirməyən xalq Gəncə hakimini üsyan nəticəsində edam etdirir. Qətibə atasının intiqamı adı altında sınmış qürurunun intiqamının alınması üçün Atabəy Məhəmməddən Nizami və Fəxrəddinin edam olunmasını tələb edir. Atabəy isə etirazını bildirərək, Əmir Inancın edam olunmasına haqq qazandırır. Və bir müddət keçdikdən sonra Qətibəylə qurduğu izdivacdan peşmanlıq duyur. Çünki bu izdivac Qətibənin fitnələri sayəsində Eldəniz Xanədanının sonuna gətirib çıxardı.
Fikrimdə olanların yüzdən birisini həyata keçirə bilsəydim, özümü dünyanın ən tarixi bir adamı hesab edərdim.
"Dünyda canlı və cansız hər şey ölümə məhkumdur. Lakin bir xalqın tarixi və milli əzəməti çürüməz və məhv edilməz bir cəvahirdir"
Məmməd Səid Ordubadi
Qanun nəşriyyatı, Bakı, 2018
--Ancaq indi azadlığıma inandım,-dedikdə, Məhsəti xanımın Gəncə çayının kənarında dediyi sözü bir daha təkrar etdi:
--QILINC VƏ QƏLƏM!
Məmməd Səid Ordubadi
Qanun nəşriyyatı, Bakı, 2018

Kitabın basım bilgileri

Adı:
Qılınc və Qələm
Baskı tarihi:
2013
Sayfa sayısı:
616
Format:
Karton kapak
ISBN:
9789952265002
Kitabın türü:
Dil:
Azerice
Ülke:
Azerbaijan
Yayınevi:
Qanun Nəşriyyatı
Baskılar:
Qılınc Ve Qelem
Qılınc və Qələm
Qılınc və Qələm
İctimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu «Qılınc və qələm» romanı Məmməd Səid Ordubadi yaradıcılığına xas macəraçılıq üslubunda yazılmışdır. Əsərdə Nizami Gəncəvinin surəti mərkəzi yer tutsa da, müəllif bununla kifayətlənməyərək dahi şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini canlandırmağa çalışmış, xalq həyatının geniş lövhələrini yaratmışdır. Buna görədir ki, roman baş qəhrəmanının adı ilə deyil, əsərin həyat materialında mühüm yer tutan iki amilin – xalqın fiziki və mənəvi qüvvəsinin rəmzi olaraq «Qılınc və qələm» adlandırılmışdır. Zəngin surətlər qalereyası ilə diqqəti cəlb eləyən romanda ilk sətirlərdən oxucuya xoş gələn cəhət müəllifin özünə məxsus bir məhəbbətlə qəhrəmanların düşdüyü vəziyyəti təsvir etməsidir. Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin süjet xətti ətrafında birləşdirən, oxunaqlı və yığcam quruluşlu «Qılınc və qələm», şübhəsiz, Ordubadi yaradıcılığında mühüm yer tutan, Nizami və dövrünü öyrənməyə böyük həvəs oyadan qiymətli tarixi romandır.

Kitap istatistikleri

Okur puanlamaları

10
%0
9
%0
8
%0
7
%0
6
%0
5
%0
4
%0
3
%0
2
%0
1
%0