Qırılmış Əlaqə

Çingiz Abdullayev

Sözler ve Alıntılar

Tümünü Gör
"Məgər sevişmək belə olur? Sevgi ürəkdə yaranmalıdır, ruhunla duymalısan onu. Gör nədən danışıram. Svingerliklə məşğul olan adam nə bilir sevgi nədir, şərəf nə olan şeydir? -Həmişə mənə elə gəlib ki, bu, hər kəsin könüllü seçimidir. Amma indi başa düşürəm ki, bu cür münasibətlər, sadəcə, ailələri dağıtmağa yarayar. -Yox,- Alisa razılaşmadı,- dağıda bilməz. Çünki ağıla elə fikirlər gəlirsə, deməli, ortalıqda ailə deyilən bir şey yoxdur"
Sayfa 127Kitabı okudu
"Bəzən eyni yaşda olanlar, bir-birini məktəb vaxtlarından tanıyanlar yola gedə bilmir. Bəzən də aralarında 30-40 il yaş fərqi olanlar çox yaxşı dil tapırlar. Həyatda hər şey olur"
Sayfa 48 - DronqoKitabı okudu
Reklam
"Əgər ərlə arvad ayrı-ayrılıqda istirahət edirsə və yayda ailə üzvləri birlikdə dincəlməyə getmirsə, bu, ailənin çoxdan dağılması mənasına gəlir. Çünki insanlar təklikdə rahatlıq tapa bilməz. Bu, yanlışdır. Adam arvadından, uşaqlarından uzaqlaşmaq istəyirsə, deməli, hər şey bitib"
Sayfa 103 - LizaKitabı okudu
"Odur ki, istədiyin kimi yaşa, bacardığın qədər yaxşı təmin olunmağa çalış, bir də ətrafdakılara, onların əxlaq prinsiplərinə əhəmiyyət vermə. Bu, insana yalnız mane olur"
Sayfa 93 - İnnaKitabı okudu
"Nə danışırsınız,- İrakli əllərini şappıldatdı,- vətəndən, öz kökündən imtina eləmək? Bundan sonra dünyada yaşamağın nə mənası var?"
Sayfa 46 - İrakliKitabı okudu
Reklam
"Zəmanəni az günahlandırın. Günah həmişə insanlarda olur. -Düz deyirsiniz. Amma insanlar müəyyən zaman çərçivəsində yaşayır. Sosializm dövründə şərəfli insan olmaq sərfəli idi. İtmiş pulqabını geri qaytarmaq, ya da işləmədiyin gün üçün verilən puldan boyun qaçırmaq. Elələri haqda qəzetlərdə yazır, onları hər yerdə nümunə göstərirdilar.
Sayfa 177Kitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.