Qırmızı Ağıl

Rəhimpur Əzğədi

Sözler ve Alıntılar

Tümünü Gör
"İlahi, Sən bilirsən ki, bizim bu qiyamımız hakimiyyətə gəlmək və qüdrət əldə etmək hərisliyindən,dünyapərəstlik və şan-şöhrət istəyindən qaynaqlanmır. Biz yalnız Sənin dininin nişanələrini bərqərar etmək üçün qiyam etmişik. Yolda olan nişanları aşırıblar və mən dinin yolunu göstərən həmin nişanları yenidən bərpa etmək istəyirəm. Mənim qiyamim avara-sərgərdan qalmış insanları məlumatlandırmaq üçündür. Gərək qanımızı yuxuya getmiş bu insanların üzünə səpək ki, oyansınlar". İmam Hüseyn (ə)
Salam olsun Zeynəbə! Həzrət Zeynəb özü Yezidin məclisində buyurub ki, mən Kərbəlada gözəllik və əzəmətdən başqa bir şey görmədim. Etiraf etməliyik ki, həmin gözəlliklərin bir hissəsi elə həzrət Zeynəbin əzəmətli müqavimətinin nəticəsində yaranıb və bu yenilməzlik Kərbəla hadisəsinin şah əsərlərindən biri hesab olunur. Həzrət Zeynəbin gözəl davranışı Aşuranı lazımı nəticəyə çatdırdı. O həzrət bu hadisənin Kərbəlada qalmasına və elə orada dəfn olunmasına imkan vermədi. Həqiqətən, Zeynəbi-Kübra Aşuranı məhdud zaman və məkan çərçivəsindən çıxarıb tarixə saldı və onu qoruyub saxladı.
Reklam
Onlar ölümlərindən xəbərdar idilər...
Bir gün Əmirəl-mömininin zamanında Kufə meydanının ortasında Həbiblə Meysəm at üstündə qarşı-qarşıya gəlirlər. Onların atlarının boynu bir-birinə dəyir. Həbib Meysəmə deyir: "Salam olsun Darurrəzzaqın evinin qapısının ağzında çarmıxa çəkilən xurmasatan kişiyə! " Meysəm də gülərək Həbibə belə cavab verir: "Salam olsun uzun saçları başının qanı ilə qırmızı rəngə boyanacaq və başı Kufə küçələrində gəzdiriləcək kişiyə! "
Sayfa 138Kitabı okudu
Təcrübə sübut edir ki, hər hansı bir əməlin doğruluğu yetərli deyil, onun vaxtında yerinə yetirilməsi də vacib şərtdir.
Salam olsun bu gün zahirdə dünyadan köçən, əslində isə, bəşəriyyət tarixinin bütün ədalətpərvər inqilabların sükanını əlinə alan Hüseyn ibn Əliyə! Salam olsun Zeynəbə! Bu gün günortadan sonra inqilaba rəhbərlik missiyasını o öz boynuna götürüb və bu böyük cihad ona həvalə edilib.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.