Qırmızı Ləçəklər

Varis

Yorumlar ve İncelemeler

Tümünü Gör
240 syf.
·
Puan vermedi
"Sonra gözləri dolmuş halda dedi ki, Asif, Xocalı əldən gedəndən sonra mən yaşaya bilməyəcəyəm. Elə biləcəyəm ki, namusumu satmışam, kişiliyimi satmışam. Elə burda ölmək mənimçün daha şərəflidir." Sabahınız xeyr dostlar. Fevral ayının son günündə hamınıza bol enerji arzu edirəm. Sizlərə bu səfər mənəvi yükü ağır olan daha bir kitabla gəlmişəm. Xocalı yolunda ölümə gedən Azərbaycanın Milli Qəhrəmanlarından Əlif Hacıyevin həyatından bəhs edən "Qanlı Ləçəklər" əsərini də bitirdim. Sevimli yazıçımız Varis Yolçuyevin Əlif Hacıyev və Qalina xanımın məhəbbət macərasını öyrənmək və kiçik məqalə şəklində yayımlamaq məqsədilə çıxdığı yolun sonu yazıçını Azərbayan xalqının ən böyük faciələrindən birinə, 26.02.1992-ci ildə yaşanan Xocalı faciəsinə aparır. "Milli Qəhrəman" Əlif Hacıyevin məhəbbət macərası, bir gecədə qəhrəmanlıq dastanına çevrilir. Kitab haqqında uzun danışıb spoi vermək istəmirəm. Hamınıza uğurlar və xoş oxumalar diləyirəm.
Qırmızı Ləçəklər
Qırmızı LəçəklərVaris · Teas Press Nəşriyyatı · 202023 okunma
Reklam
240 syf.
9/10 puan verdi
Varisin qələmini o qədər də bəyənmirəm ama bu bambaşqa bir şeydi bu milli qəhrəmanımız Əlif Hacıyevin; Xocalı eşqindən, Qalina ilə olan sonsuz sevgisindən bəhs edir. Başlarda sıxılsamda sonlarına doğru hönkürməkdən yoruldum. Hələ sondaki "qırmızı başınağacı" detalı məndə qəlb qoymadı.
Qırmızı Ləçəklər
Qırmızı LəçəklərVaris · Teas Press Nəşriyyatı · 202023 okunma
240 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
DUYĞULANMAMAQ ƏLDƏ DEYİL
Bu əsər I Qarabağ müharibəsində, Xocalı ətrafında gedən döyüşlərdə igidlik göstərərək şəhadətə ucalan "Azərbaycanın Milli Qəhramanı" Əlif Hacıyevin 39 illik həyatını həyat yoldaşı olan Qalina Hacıyevanin xatirələri silsiləsində yazılmış əsərdir. Əlif ailəsinə bağlı, qayğıkeş ata ,sədaqətli ər ,vətənpərvər bir Azərbaycan oğludur. Belarus vətəndaşı olan Qalina xanım və Əlifin dillərə dastan sevgisi də təsvir olunub . Allah Şəhidlərimizə rəhmət etsin !
Qırmızı Ləçəklər
Qırmızı LəçəklərVaris · Teas Press Nəşriyyatı · 202023 okunma
Resim