Qırmızı Terror

Ziya Bünyadov

Quotes

See All
Biz qızıl qəfəs içində suni mahnılar oxuyan bülbülü yox, gözəl bahar bağında əlvan çiçəklər içində incə, zərif rübailer tərənnüm edən bülbülü dinləmək istəyirik.
Sayfa 281Kitabı okudu
Biz vərəqələr vasitəsilə Azərbaycan xalqını elə hazırlamaq istəyirdik ki, alman qoşunları Azərbaycanın sərhədinə yaxınlaşanda onları öz silahlı qüvvələrimizlə dəf edək və sonra da burada müstəqil milli dövlət elan edək. Çünki başqa cür Azərbaycanı SSRİ-dən ayırmaq mümkün olmazdı.
Sayfa 270Kitabı okudu
Reklam
Yusif Vəzirov 1940-cı il yanvarın 27-də Özbəkistan SSR-in Urgənc şəhərindəki pedaqoji institutda müəllim işlədiyi vaxt həbs olunmuş və Ba­kıya gətirilmişdir. 1940-cı il fevralın 13-də Y.Vəzirov birinci dəfə istintaq edilmişdir. Bu­rada müttəhimin 1937-ci ilədək olan tərcümeyi-halı dəqiq və ətraflı təhlil olunmuşdur. O vaxt Y.Vəzirov «Studentlər» romanına görə Azərbaycan Yazıçılar İttifaqından çıxarılmış, bütün vəzifələrdən götürülmüş və işsiz qaldığına görə Urgəncə getmişdi.
Yusif Vəzir Çəmənzəminli.
1937-1938-ci illərdə repressiyaya məruz qalan Azərbaycanın bir qrup elm və mədəniyyət xadimlərinin verdikləri ifadələr əsasında 1940-cı il yanvarın 25-də Vəzirov Yusif Mirbaba oğlunun həbs olunması haqqında qərar çıxarılmışdır.
Biz ancaq Bakıdan danışırıq! Kim deyə bilər ki, Azərbaycanın kənd rayonlarında bu fövqəladə Üçlüklərin Xüsusi iclasla­rının qərarları ilə neçə min günahsız məhv edilmişdir? Xüsusi düşərgələrə sürgün edilmiş "xalq düşmənləri"nin ailə üzvlərinin təxmini sayını kim deyə bilər?
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.