Qisas Gecəsi

Elxan Elatlı

Qisas Gecəsi Quotes

You can find Qisas Gecəsi quotes, Qisas Gecəsi book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Mübariz İbrahimov
"Qisasımı aldım sizdən. Öldürdüyümü öldürdüm, siz isə qorxudan xəstəliyə tutulacaqsınız. Siz hamınız! Bütün millətiniz! İndi isə ölümüm də öz əlimdədir. Məni diri tutub heyfinizi çıxa bilməyəcəksiniz..."
MÜBARİZ İBRAHİMOVKitabı okudu
Səngərləri basaq keçək, Türk bayrağın asaq keçək. Yeni tarix yazaq keçək, Qoy qayıtsın şöhrət-şanım, «İrəli!» de, komandanım!
Reklam
Bir az sonra dünya sularında gövdəsinə "Mübariz İbrahimov" adı yazılmış böyük bir gəmi üzməyə başladı.İndi bu gəmi yan aldığı bütün limanlarda insanlara Mübariz adlı qəhrəman haqqında əfsanəyəbənzər həqiqətlər danışır.Mübariz haqqında,bir də dünyanı heyrətə gətirmiş bir qisas gecəsi haqqında. Bu qisas gecəsi,əslində,Azərbaycanın öz düşmənlərinə xəbərdarlığı idi.Belə gecələr hələ çox olacaqdı.Düşmən əsarətindəki torpaqlarda işıqlı azadlıq səhəri açılana kimi...
-Düzlən! Hərbi hissənin təlim meydançasında sıraya düzülən əsgərlər iyirmi iki yaşlı gizirin ucadan verdiyi əmrə tabe oldular. -Fərəqət! Yerlərində quruyub düz qabağa baxdılar. -Bu nədir,ə,ayaq üstə yellənirsiniz.Şax dayanın! Əsgərlər zəhmli səsdən özlərini bir az da qurutdular.Hərbi hissəyə iki ay əvvəl gəlmiş gənc giziri xeyirxahlığına və mehribanlığına görə sevsələr də,eyni zamanda,ondan çəkinirdilər.Bilirdilər ki,boks yarışlarında bişib-bərkimiş,güclü hərbi hazırlıq keçmiş bu oğlan nə qədər mehriban,saf,sadə olsa da intizamsızlığa qarşı bir o qədər barışmazdır.
Artıq qəti qərara gəlmişdi.Uşaqlığından bu yana ürəyində gəzdirdiyi gizli məqsədini hökmən bu gecə həyata keçirməliydi.İyun ayının 18-dən 19-a keçən gecə.Bu gecə qisas gecəsi olmalı idi.
Sayfa 121Kitabı okudu
Türkləri öldürmək olar, amma əsla məğlub etmək olmaz.
Reklam
Mübariz İbrahimov isə ... O,yüz faizli ölümə getmişdi.Bacardığı qədər düşmən əsgəri öldürüb,sonra ölməyə.Bu,fikrimcə,qəhrəmanlığın ən yüksək zirvəsidir.Belə qəhrəmanlığı hər adam edə bilməz.
Mübarizin şəxsi fikrincə,insanlıq simasını itirmiş, Allahı unutmuş bu quldur toplusuna nə xahiş-minnət,nə təbliğat,nə də hədə-qorxu təsir etməyəcəkdi.Onlara yalnız güllə lazım idi.Yalnız odlu güllə onların ürəyindən türkə qarşı olan xəbisliyi,xəyanəti çıxara bilərdi.
Sonra dayanıb qalib nəzərlərlə ətrafına baxdı.O,artıq düşmən səngərini basmışdı.İndi buradan çıxıb,ermənilərin ən yaxın hərbi hissəsinə getmək olardı. Səngərə açılan qapıya baxdı.Bu qapıdan çıxıb səngərdən qalxaraq öz doğma hərbi hissəsinə qayıda bilərdi.Amma o,geriyə qayıtmaq üçün gəlməmişdi buraya.Düşmənin üstünə axıradək gedəcəkdi.Məktubda necə yazmışdısa eləcə.Şəhid olanadək...
Sayfa 143Kitabı okudu
47 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.