Qaranlığın Hakimiyyəti

Qızıl Çağ

Seymur Oruc
Bir qrup insan dünyada heç zaman mövcud olmamış ədalət düzənini formalaşdırmaq iddiasına düşər. Onların fikrincə dünyada hal-hazırda mövcud olan pul, din və millətlər insanlar arasında əsas bərabərsizlik yaradan ünsürlərdir və əgər məqsəd “Qızıl cəmiyyət”i qurmaq, “Qızıl Çağ”ı yaşamaqdırsa, o zaman bu ünsürlərdən qurtulmaq lazımdır. Gələcək dünya pulun, milli mənsubiyyətin və dini inanışın olmadığı bir cəmiyyət kimi xəyal edilir, lakin bu insanlar bu istəyə çata bilirlərmi? Ən əsası isə, istək həqiqətən də bundanmı ibarətdir? Bütün bu qloballıqların içərisində dünyanın çox kiçik bir hissəsində Azərbaycan adlı ölkənin kiçik bir qəsəbəsində Mehdi və Tamara öz hekayələrini yaşayırlar. Onların ən böyük arzusu sıradan və xoşbəxt bir həyat yaşamaqdır. Lakin bütün bu qloballıqlar onların həyatına köklü dəyişikliklər gətirir. Onların həyatdan gözləntiləri nə idi, lakin başlarına nələr gəldi. Bəs dünyada milyardlarla insan var ikən, niyə Mehdi və Tamara? Kimi zaman “bax bunu heç düşünməmişdim”, kimi zaman “belə də olmalı idi” deyəcəyiniz, bəzən qəhərləndirib, bəzən üzünüzü güldürəcək “QIZIL ÇAĞ: Qaranlığın Hakimiyyəti” romanı sizi yaşadığınız dünyadan fərqli bir dünyaya bir neçə günlük bir səyahətə aparacaq. Kitabın hələ lap əvvəlindən müəlliflə birgə həqiqət arayışında olacaqsınız, bəs görəsən siz həqiqəti kitabın hansı səhifələrində tapacaqsınız? Və ən əsası, “əgər sizin əlinizdə belə bir gücünüz olsa idi, siz nə edərdiniz?”
Yazar:
Seymur Oruc
Seymur Oruc
Tahmini Okuma Süresi: 8 sa. 37 dk.Sayfa Sayısı: 304Basım Tarihi: 29 Ekim 2017Yayınevi: MM-C Müəssisəsi Nəşriyyatı
ISBN: 9789789952833Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.