Qızılbaşlar

Əlisa Nicat

Quotes

See All
...Günorta idi. Günəş eyni amansızlıq,eyni ədalətlə hər iki ordunun başına öz qəzəb atəşini tökürdü.Bəlkə də günəş bununla bir-birlərini rəhmsizcəsinə doğrayıb tökən bu insan övladlarının odunu söndürmək,onları geri çəkilməyə məcbur etmək istəyirdi. Ancaq əbəs yerə. Günəş bilmirdi ki, bir-birlərinin başında qılınc sındıran bu adamlar dünyanın ən "dadlı" oyununa girişmişdilər. Bu oyundan isə yalnız başını uduzduqdan sonra çıxmaq olurdu.
Adamlar hər şeyi məhv edir!
-Ulduzlar niyə belə uzaqdadırlar? Hüseyn bəy xeyli vaxt ona necə cavab verəcəyini bilmədi. -Çünki bala,-deyə o, nəhayət, dilləndi,-yaxında olsaydılar, adamlar onları oxlayardı...
Reklam
Doğrudan da, döyüş meydanına baxanlar orada əllərində nizə və qılınc tutmuş adamların sanki rəqs etdiyini zənn edərdi. Bu, ölüm rəqsi idi.
Sayfa 322Kitabı okudu
İsmayıl: "Xəta eləmədik ki"... - deyə düşündü və birdən-birə ağlına gələn fikirdən az qaldı qışqırsın. "Xəta, Xətai, Xətai... Nə yaxşı tapdım".
Eh, görünür, kim bir səadətə çatırsa, əvəzində, hardasa, başqa bir kimsə bədbəxt olur.
Sayfa 221 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.