Kitabı oxuduğum zamanı tam anlamırdım, ancaq oxuduqca sonra başa düşdüm və çox bəyəndim.
Kitabda əsas obraz Niki Dzyümpey həşəratlarla bağlı araşdırma aparır. Yeni həşəratlar tapmaq üçün gəzir. Bu zaman bir kəndə düşür. Hər tərəf qumluq olur. Orda bir həşəratı izləyə-izləyə bir evə gəlir çatır. Burda bir qadın yalnız yaşayır. Qadın öz ailəsi haqqında ona danışır. Bir qızının olduğunu söyləyir. Ancaq sonra deyir ki, həyat yoldaşı və qızı qum altında qalıb ölüblər. Sonea Niki qadının qum təmizlədiyinj görür. Səbəbini soruşur. O deyir ki, hər dəəf külək qumu gətirir, onu təmizləməsə ev qalar altında və bu digər insanlara da zərər ola bilər. Çünki bu kənd elə yerdi ki, mərtəbə- mərtəbədi. Hər ev qumu təmizləməlidi ki, həm digər hissələrə az getsin, həm də özlərinə zərər olmasın. Bu kəndə də kim düşürsə, onun çıxışı olmur. Kənddəki insanlar onu bir yemək kimi görürlər. Nə qədər çox adma olsa, qumu da təmizləyən çox olur. Həm də kənd hər şeydən təcrid olmuş vəziyyətdədir. Orda kəndin rəhbərləri o qumu aparıb satırlar, o pulla insanlara lazım olacaq vəsaitləri alırdılar, kim qumu təmizləyirdisə, ona verirdilər. Müəyyən şeyləri də satırlar. Əsas obraz çalışır ki, qaçsın amma edə bilmir. Əsas obraz sonra azadlıq üçün hər şey edir.
Kitabın dili çox axıcı idi və mövzusu da maraqlı idi, hamıya məsləhət edirəm kitabı.