"...Ufada Tatyana Kasimovanın cəsədi tapılıb. Məktəbin yanında xaraba bina var, cinayətkar öz qurbanını aldadaraq ora aparıb. Həmin bina mərhumun işdən evə qayıtdığı yolun üstündədir. Qatilin Ufaya başqa şəhərdən gəldiyi və Kasimovaya vağzaldan zəng etdiyi müəyyən olunub. Cəsəd hadisədən bir müddət keçəndən sonra tapılıb deyə izlərin çoxu itib. Lakin dəsti-xəttin oxşarlığı Ufa və Çelyabinskdə törədilmiş cinayətlərin eyniyyət təşkil etdiyini göstərir. Hər iki hadisə zamanı qatil hansısa yolla öz qurbanını müvəqqəti olaraq huşsuz vəziyyətə sala və zorlaya bilib. Ola bilər ki, buna hipnozun köməyi ilə nail olub, yaxud da hansısa dərmandan istifadə edib. Qurbanların qanında heç bir yad maddə aşkar olunmayıb..."
Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Qurbanlıq sindromu" adlı romanı hüquq-mühafizə orqanları əməkdaşlarının yuxusunu ərşə çəkmiş seriya qatilin axtarışlarından bəhs edir.