Quyucaqlı Yusuf

Sabahattin Ali

Quyucaqlı Yusuf Sözleri ve Alıntıları

Quyucaqlı Yusuf sözleri ve alıntılarını, Quyucaqlı Yusuf kitap alıntılarını, Quyucaqlı Yusuf en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Anası onu gəzməyə apararkən bir saat saçlarını düzəltməyə çalışdığı halda nə anasının, nə atasının ağlına bu başın içi ilə də bir az məşğul olmaq fikri gəlməmişdi. Qızlarını vitrin alması kimi bəzəyib təmizləmiş, parlatmış, sonra da varlı bir müştəriyə satmışdılar. Qız yetişdirməyin qayəsi elə bu idimi?
Qəlbindəki sonsuz kədər və ağır dərdə, həyatının uçurulub dağılmış xarabalıqlarına baxmayaraq o, təslim olmaq, boyun əymək fikrində deyildi. O, öz dərdini heç kəsə bildirmədən ürəyində saxlayacaq, bu dərdi təkbaşına çəkəcək və yeni bir həyata başlayacaqdı...
Sayfa 215Kitabı okudu
Reklam
Həyatdan çox şey gözləmə. Dünyada hər fəlakətin içindən ən az zərərlə sıyrılmağın yolu həyata, mühitə uyğunlaşmaqdır.
Sayfa 205 - Səlahəddin bəy
“Nağara və zurna səsləri eşidilirdi. Küçələr adamla dolu idi. Səfərbərliyə alınanlar, gənc əsgərlər qışqırır, oynayır və yola düşüb gedirdilər. Başlarına nə gələcəyini bilməyən bu bədbəxtlər ölüm barədə heç də fikirləşmir, hey qışqırırdılar: “Ya qalib gələrik, ya da şəhid olarıq!”. Həyatın yeknəsək axarını pozan bu dəhşətli dəyişikliyi təbəssümlə qarşılayan bu qəhrəmanlar ona doğru cumur, nə üçün ölümə getdikləri və harda öldürüləcəkləri barədə heç də düşünmürdülər.”
Sayfa 155 - Yayın Evi - PANKitabı okudu
Həyat bir-birindən ayırdıqlarını qısa müddətlik yaxınlaşdırsa da, uzun müddət yan-yana qoymurdu.
Sayfa 240Kitabı okudu
Lakin bəzən hislərimiz iradə və ağıldan üstün olur, xəyallarımız bizi tovlayıb aldadır, hislərimizin coşmasına imkan yaranan kimi üzərimizdə hakim kəsilir.
Reklam
“Önünə bir parça çörək qoyulur və bunun geri alınacağı ilə qorxudulur, ağlasığmaz şeylər edirdilər. Nifrət etdiyi və özündən zəif saydığı adamların qarşısında təslim olmaq nə qədər də alçaldıcı idi.”
Sayfa 201 - Yayın Evi - PANKitabı okudu
Ümumiyyətlə, öz dərdinə səssiz-səmirsiz dözən adamı nəzərdən keçirtmək, ağlayan, sızlayan adama baxmaqdan daha ağırdır. Çünki yaşlar ilə örtülməyən donuq gözlərdə necə bir atəşin yandığından, yavaş-yavaş qalxıb enən sinədə hansı hislərin qaynayıb daşdığından xəbər tutmursan və bu halda nə etməyin lazım olduğunu bilməyib özünü itirirsən...
Hayat, birbirinden ayırdıklarını, kısa bir müddet için tekrar yaklaştırır gibi olsa bile, uzun zaman yan yana bırakmıyordu.
Qanun nəşriyyatıKitabı okudu
"İki insanın birbiriyle karşılaşması kadere, tanıştıktan sonra yan yana kalmaları ise onların gayretine bağlıdır."
1.000 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.