Relslər Üzərinə Uzanmış Adam

·
Okunma
·
Beğeni
·
540
Gösterim
Adı:
Relslər Üzərinə Uzanmış Adam
Baskı tarihi:
Mart 2017
Sayfa sayısı:
399
Format:
Karton kapak
ISBN:
9789952807806
Kitabın türü:
Dil:
Türkçe
Ülke:
Türkiye
Yayınevi:
Qədim Qala
Əsərin qəhrəmanı psixologiyaya məlum olmayan bir xəstəlikdən əziy­­yət çəkir. Buna görə də o, cəmiyyətdən təcrid olunmuşdur. Həyatı boyu 31 tanınmış psixoterapevtin qəbulunda olan bu şəxs xilas yolunu yalnız in­­­tiharda gö­rür. Beləliklə də o, relslər üzərinə uzanaraq ölüm qatarının gəl­­­­məsini gözləyir. Onun yüzlərlə intihar forması arasından şüuraltı ola­raq məhz rels­ləri seçməsi də səbəbsiz deyildir.
Relslər üzərində ölüm qatarını gözləyərkən onun yanına intihar ucun daha bir nəfər gəlir. Onun ağlına belə gəlməzdi ki, bu yad insan onu qaran­lıq keçmişi ilə bir daha üz-üzə qoyacaq və bu görüş onun həyatını ta­ma­­mi­lə dəyişəcəkdir. Bu yad insanla o, bir-birlərinə daxili cəhənnəmlərinin qa­pısını açacaq və bir-birilərini öz gizli aləmləri ilə tanış edəcəklər. Son­­da o yad insan onu həyatının ən mühüm və dəhşətli seçimi qarşısında qo­yacaqdır. Özü də bir deyil, bir neçə amansız seçim…
Bu annotasiyanı oxuyan şəxs elə biləcəkdir ki, əsərin qəhrəmanı rels­ler üzərinə uzanan bu şəxs və o yad insandır. Ancaq onların hər ikisi əsas ha­disələrin başlanması üçün yalnız bir müqəddimədir. Ən dəhşətlisi isə bu­dur ki, onlar baş verən bütün müsibətlərin eyni zamanda da ən böyük qur­banıdırlar.
399 syf.
·13 günde·Beğendi·10/10
Harikaaa bir eser. Okudukça neden bu kadar geç kaldım diye düşündüm. Yaşadığı travmalar yüzünden intihara kalkışan bir genç ve bu gencin bu raddeye varmasına neden olan yükleri. Kimse hayatından vazgeçmeye göz yumacağı noktaya gelmek istemez. Ama bazen şartlar hayatımızı istemediğimiz yerlere sürükleyebilir. Bir katliamın korkunç işkencelerini deneyimleyen masum insanlar ve sonrasında hayatlarına devam etmek için harcadıkları çabaları. İşte savaşın, aşkın, yenilginin gerçek yüzünü bizlere sergileyen bu romanda nefesimi tutarak okudum bazı yerlerini. İnsan ırkının dünyanın başına gelmiş en korkunç şey olduğunu ve barış içinde yaşamak varken kendi ırkına acılar çektirmeği yeğleyen bir canlı sınıfı olduğumuzu görüyoruz. Kitabın içinde onca acıya rağmen masumiyeti kaybetmeyen aşk hikayesine de yer veriliyor. Farklılıklarımızla güzeliz ve farklı olduğumuz için güzeliz.
399 syf.
·Beğendi·10/10
Bu kitabı oxuyanda anladım ki, insan 200dən çox sümükdən ibarətdisə, 2000dən də çox hissdən ibarətdi. Və müharibədə həmişə ən böyük zərbə qadınlara və uşaqlara dəyir. "Kaliforniya qalstuku"nu isə unutmaq mümkün deyil.. Sadəcə, möhtəşəm kitabdı
399 syf.
·3 günde·Beğendi·6/10
Roman Relsler üzerində intahara qərar vermiş 2 yad gəncin kəsişən həyat yolları ilə başlayir.Dorian xoşbəxt bir ailədə gözlərini açmisdir,lakin uşaqliq illəində basina gəlmiş faciəli həyati onun psixologiyasini altüst edir.Digər gəncimiz ailəsi isə müharibənin qurbani olurlar. Kitabda 2 gəncin bir-birine öz həyatlarindan danisirlar,niyə intahara uz tutduqlarini , bu yerə onlari gətirən səbəblərdən söz açirlar.Əsərdə Bosniya və Sebiya muharibəsindən danisilir. Mubaribenin törətdiyi fəsadlar,şəhərlərin , evlərin yerlə yeksan olmagindan ,vaxti ilə bir-birini sevən 2 gəncin taleylerini birleşdiren yerler dagilib , xarabaxanaliga çevrilmeyini yaziçi ustaliqla qələmə almisdir.
Əsir düşən qadinların,uşaqlarin basina gələnlər isə dilə gətirilməz müsibətlərdir. Hər mübaribənin acisini çəkən dinc,silahsiz xalqdir. Bu hissələri oxuyanda Xocali Soyqirimi yadima düşdü (eyni davranişlar,eyni müsibətlər) . *Kitabda ənnn xoşuma gələn hissəsi isə Bosniyanin tarixi,abidələri, məkanları, ziyarətgahlar haqqinda melumatlar verilmisdi. Onlar haqqinda araşdirmalar aparacam (aparmadi). *Bundan elave kitab da məşhur dünya yazicilarin- Kafka,Dostoyevski, Tolstoy həyatindan,yaradiciliğindan geniş melumat verilir.
Bir sözlə kitabda din,muharibə,sevgi, tarixi məlumatlarla doludur..Kitabi sevdimmi sevdim amma açiğini desəm Bu şəhərdə kimsə yoxdur " qədər bəyənmədim. Amma yenedə oxumaq istəsəniz oxuya bilərsiniz axici kitabdir
399 syf.
·Beğendi·10/10
#bitti
R.Abdullaoğlu- relslər üzərində uzanmış adam
Müəllif yenə psixologiyamı alt- üst etdi. Hər kitabında bir başqa cür heyran oluram üslubuna . Kitab haqqında nə deyim heç özüm də bilmirəm , nə desəm az olacaq. •Əsərin personajı Ted psixologiya elminə məlum olmayan bir xəstəlikdən əziyyət çəkir. 31 psixoterapist yanına getsə belə heç kim onun bu psixoloji sarsıntısına çarə tapa bilmir. Səbəbi isə hələ uşaq vaxtı qardaşı ilə keçirdikləri travmalar və bundan sonra bir birini izləyən hadisələr zənciridir . •Ted son çarəni intiharda görür . Bir neçə dəfə cəhd etsə də nəticəsiz qalır və son olaraq rels üzərində uzanaraq intihar etməyi qərara alır. •Rels üzərində uzanarkən başqa biri də intihar üçün bu metodu seçir və Tedlə Faruqun , iki intihar meyllisinin tanışlığı başlayır. Faruqun intihar səbəbi isə neçə illər öncəki Srebrenitsa hadisələrinə , serblərin bosniyalı müsəlmanlarına başlarına açdıqları oyunlara dayanır( kitab boyu bu müharibə və insanoğlunun qəddarlığına da qiyabi səyahət edirik ) . •itirəcək bir şeyləri olmadığını düşünən bu 2 şəxs qatarın gəlişini gözləyərkən öz daxili qaranlıq dünyalarını bir birlərinə açırlar . Danışdıqca əslində yaşamağa dəyər şeylərin qaldığını dərk edəcəklər . Amma bəzən insan itirdikdən sonra nəyinsə dəyərini dərk edir və artıq gec olur .
•Kitabdakı “ əsl Ted” obrazı məni məndən aldı. Bir əsər personajı insana bu qədərmi təsir edər. Kitabı oxumamısızsa mütləq və mütləq oxuyun . Nəşr və keyfiyyət baxımından da çox yaxşı idi.
5/5 , #relsleruzerindeuzanmısadam
399 syf.
·Beğendi·10/10
Kitab axıcılığı ilə diqqəti cəlb edir. Əsasən də hər hansı bir mövzu ətrafında bir neçə insanın müzakirələri gözəl təsvir edilib. Bunlara din haqqında, ədəbiyyat haqqında, insan psixologiyası haqqında müzakirələri aid etmək olar. Kitabda həmçinin insana "wow" dedirdəcək hissələr də var, amma onları əvvəldən bilmək olur)). Həmçinin kitabda Bosniya həqiqətləri də oxucuya ustalıqla təqdim olunub.
Saxta danışa bilərsiniz, saxta gülə bilərsiniz, ancaq saxta baxa bilməzsiniz. Gözlər aldatmaq bacarığından məhrumdur. Və nə yaxşı ki, bu, belədir...

Kitabın basım bilgileri

Adı:
Relslər Üzərinə Uzanmış Adam
Baskı tarihi:
Mart 2017
Sayfa sayısı:
399
Format:
Karton kapak
ISBN:
9789952807806
Kitabın türü:
Dil:
Türkçe
Ülke:
Türkiye
Yayınevi:
Qədim Qala
Əsərin qəhrəmanı psixologiyaya məlum olmayan bir xəstəlikdən əziy­­yət çəkir. Buna görə də o, cəmiyyətdən təcrid olunmuşdur. Həyatı boyu 31 tanınmış psixoterapevtin qəbulunda olan bu şəxs xilas yolunu yalnız in­­­tiharda gö­rür. Beləliklə də o, relslər üzərinə uzanaraq ölüm qatarının gəl­­­­məsini gözləyir. Onun yüzlərlə intihar forması arasından şüuraltı ola­raq məhz rels­ləri seçməsi də səbəbsiz deyildir.
Relslər üzərində ölüm qatarını gözləyərkən onun yanına intihar ucun daha bir nəfər gəlir. Onun ağlına belə gəlməzdi ki, bu yad insan onu qaran­lıq keçmişi ilə bir daha üz-üzə qoyacaq və bu görüş onun həyatını ta­ma­­mi­lə dəyişəcəkdir. Bu yad insanla o, bir-birlərinə daxili cəhənnəmlərinin qa­pısını açacaq və bir-birilərini öz gizli aləmləri ilə tanış edəcəklər. Son­­da o yad insan onu həyatının ən mühüm və dəhşətli seçimi qarşısında qo­yacaqdır. Özü də bir deyil, bir neçə amansız seçim…
Bu annotasiyanı oxuyan şəxs elə biləcəkdir ki, əsərin qəhrəmanı rels­ler üzərinə uzanan bu şəxs və o yad insandır. Ancaq onların hər ikisi əsas ha­disələrin başlanması üçün yalnız bir müqəddimədir. Ən dəhşətlisi isə bu­dur ki, onlar baş verən bütün müsibətlərin eyni zamanda da ən böyük qur­banıdırlar.

Kitabı okuyanlar 45 okur

  • Ceyhun Cəfərli
  • Sahin Ahmedov
  • Nur M
  • Dorian Grey
  • RöyaAbraham
  • Nijat Rahimli
  • Zainab Hasanova
  • Elnur Memmedov
  • Leyla
  • Ferheng SEDRİ

Kitap istatistikleri

Okur puanlamaları

10
%75 (24)
9
%12.5 (4)
8
%6.3 (2)
7
%0
6
%3.1 (1)
5
%3.1 (1)
4
%0
3
%0
2
%0
1
%0