• Və bitdi..Yazıçının yaradıcılığı ilə ilk dəfə "Mən yemeli deyiləm " kitabı ilə tanış olmuşdum,kitabı bəyənmişdim.Sadə dil ,yazdığı cümlələrin axıcılığı insanı tez bir zamanda kitabı bitirməyə sövq edir.
Bəzi hissələrində kövrəldiyim, bəzi hissələrində sevgi dolu olduğum,bəzi hissələrində isə sadəcə əsəbləşdiyim bir kitab..Əsərdə yenə müharibə və onun günahsız qurbanlarına da yer verilmişdi.Bəzi hissələr isə mənə "Leyla" əsərini xatırlatdı,onun əsirlikdə qaldığı zaman başına gələnlər .. Həqiqətən yaşadıqları çox çətin anlardır, hansı ki biz onu təsəvvür edəndə oxuyanda belə nə qədər əsəb , nə qədər kövrək ,nə qədər məyus oluruq..
Bu əsərdə bəyəndiyim və bəzi hisslərinin ürəyimin bir tərəfində , yaddaşımın bir yerində qalacağına əminəm..Çünki həqiqətən bəzi hissələr ürəyimin ta dərinliyinə toxundu..
Həm iki insanın bir birinə qarşı hər şeyə rəğmən sevgisi ,həm müharibənin məhv etdiyi həyatlar.. və təssüf ki indiki zamanda belə hələ də müharibələr ara vermədən davam edir və hələ də neçə - neçə ailə dağılıb, neçə günahsız insan qətlə yetirilir, neçə-neçə evə hüzün, bədbəxtlik gətirən müharibələr dayanmır.. neçə-neçə günahsız insanın qanı hələ də tökülməyə davam edir...