Relslər Üzərinə Uzanmış Adam

Rövşen Abdullaoğlu

Most Liked Relslər Üzərinə Uzanmış Adam Reviews

You can find Most Liked Relslər Üzərinə Uzanmış Adam quotes, most liked Relslər Üzərinə Uzanmış Adam book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
424 syf.
·
Not rated
·
Read in 18 days
Çox təsirləndiyim kitablardan biri... Bu kitab iki gəncin relslər üzərində kəsişən həyatlarından bəhs edir. Eyni zamanda bu iki gəncin ailələri haqqında da əsərdə geniş şəkildə bəhs olunub. Əsərin qəhrəmanı olan Dorian (özünü Ted adı ilə tanıdan, Ted əslində onun qardaşı idi), psixologiyaya məlum olmayan bir xəstəlikdən əziy­­yət çəkirdi. O 31 psixoloqun qəbulunda olmağına baxmayaraq, bu xəstəlikdən qurtula bilmirdi və xilas yolunu intihar etməkdə görürdü. Və intihar etmək üçün relslər üzərinə uzanıb intihar etməyə qərar vermişdi.. Relslər üzərində olarkən onun yanına intihar üçün bir şəxs gəlir. Və bu iki şəxs ölüm qatarını gözləyərkən öz həyatları haqqında bir-birilərinə məlumat verməyə və gizli aləmləri ilə tanış olmağa başlayırlar... Həmçinin, bu iki gəncin məhz rels­lər üzərində intihar etmələri də səbəbsiz deyildir... Kitabda həmçinin, müharibə qurbanı olmuş Adriana və Əminin necə müharibə şəraitinə gəlmələrindən bəhs olunur.. Və bu təəssüratı kitabdan möhtəşəm bir alıntı ilə tamamlayıram: "Həyatı belə anlayıram ki, yolumuza çıxan insanlar səəbsiz deyil. Bəziləri bizə dərs vermək üçün, bəziləri bizim dərs verməyimiz üçün, bəziləri bizə yardım etmək üçün, bəziləri isə bizim yardım etməyimiz üçün qarşımıza çıxırlar. Bəzən hamısı bir adamda cəm olur..." Və sonda da, bu cür möhtəşəm kitabı qələmə alan dəyərli yazıçı, psixoloq Rövşən Abdullaoğlu'ya təşəkkürümü bildirirəm.♡
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış Adam
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,084 okunma
61 öğeden 71 ile 61 arasındakiler gösteriliyor.