Relslər Üzərinə Uzanmış Adam

Rövşen Abdullaoğlu

High Rated Relslər Üzərinə Uzanmış Adam Reviews

You can find High Rated Relslər Üzərinə Uzanmış Adam quotes, high rated Relslər Üzərinə Uzanmış Adam book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
424 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 8 days
Əsərin qəhrəmanı yaşadığı travma sonrasında psixolojik xəstəlikdən əziyyət çəkir. Tam 31 psixologa müraciətindən sonra o müalicəni relslər üzərində tapır. Burada onu gözlənilməz sürprizlər qarşılayır. Relslər üzərində tanış olduğu adamla olan söhbəti onun həyatını tamamilə dəyişir. Kitab daxilində bir çox duyğuya xitab edir. Xoşbəxtlik, məyusluq, kədər, kinn, sevinc, sevgi siz burada bütün duyğuları yaşayacaqsınız. Həyata dair yeni bir baxış açısı qazanacaqsınız. Bu kitabı oxumaq sizdən heç bir şey əksiltməyəcək,amma sizə çox şey qatacaq. Sevgini ən gözəl və saf şəkildə təsvir edildiyinə görə kitabı ayrı bir çox sevdim. Axıcı və oxunaqlı bir kitabdır. Hadisələr zinciri o qədər gözəl qurulub ki, kitabı oxuyarkən heç sıxılmayacaqsınız.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,084 okunma
424 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 3 days
Oxuduğum ən gözəl romanlardan biri.Psixoloji bir romandir. Yaziçi müharibənin bütün çirkinliklərini açiqca gostərmisdir.Muharibədə qadinlarin və usaqlarin çəkdiyi əsirlik həyatini oxuduqca insan dogrudanda ağlamadan dura bilmir. 2 gənc relslər uzərində uzanmış ölümü gozləyir.İntihar etməyə hazırdırlar.Qatar gələnədək bu iki qehrəmanimizin relslərə gətirən həyatini və səbəbləri oxumaq Cox duygulu və gozəldi. Adriana və Əminin timsalinda isə esl sevgi nədir?Necə olur suallarina cavab tapacaqsiz. Oxumamisinzsa mutəq oxumaginizi tovsiyyə edirəm.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,084 okunma
Reklam
424 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 4 days
Rövşən Abdullaoğlunun “Relslər üzərinə uzanmış adam” (10/10) kitabı haqqında danışacam. Həyatına son vermək istəyən iki gəncin təsadüfən qarşılaşmasından bəhs edir. Bir neçə dəfə intihara cəhd etmiş Ted (Dorian) son cəhdində Faruqla qarşılaşır. İkisinində acınacaqlı və dözülməz həyat hekayəsi var. Könül istər bol-bol yazım,amma oxumayanlar üçün spoiler vermək istəmirəm. Kitabda bir çox mövzulara yer verilib. Din, intihar, sevgi, müharibə, sədaqətsizlik və s. 1985-ci il, Kanada, Nyu-Brunsvik əyaləti, Sent Jon Şəhəri..Dorian, Ted, Abigeyl (ana) və zəif xarakterli Cekob (ata). Ailədə baş verən itki və dağılan ailəni görəcəksiniz. Bosniyalı, müsəlman gənc Əmin və sonra Adirana ilə tanışlıqları. Daha sonra yaşadıqları gözəl günlər, sevgiləri və sonra isə başlarına gələn çətin, dözülməz həyatdan bəhs edilir. Bosniyada baş verən müharibə və müharibə zamanı günahsız insanların yaşadığı hadisələrədə yer verib. Müharibə zamanı Əmin və Adriananın sevgisi, sədaqətləri, yaşadıqları mənə çox təsir etdi. Adriananın və eyni zamanda qadınların başına gələn hadisələr.. insana çox pis təsir edir və göz yaşlarınızı saxlaya bilməyəcəksiniz. Və düzünü desəm mənə ən çox təsir edən hissələr həmin hissələrdir. Eyni zamanda oxuduqca Xocalı soyqrımını xatırladım. Daha sonra isə hekayənin davamı olaraq Faruqun yaşadıqları haqqında danışılır. Ümumi olaraq kitab çox gözəl, duyğusal bir kitabdır. Mən sevərək oxudum. Hər kəsə tövsiyyə edirəm. Bu arada müasir Azərbaycan ədəbiyyatına olan ön yargımı yox elədi
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,084 okunma
399 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 13 days
Harikaaa bir eser. Okudukça neden bu kadar geç kaldım diye düşündüm. Yaşadığı travmalar yüzünden intihara kalkışan bir genç ve bu gencin bu raddeye varmasına neden olan yükleri. Kimse hayatından vazgeçmeye göz yumacağı noktaya gelmek istemez. Ama bazen şartlar hayatımızı istemediğimiz yerlere sürükleyebilir. Bir katliamın korkunç işkencelerini deneyimleyen masum insanlar ve sonrasında hayatlarına devam etmek için harcadıkları çabaları. İşte savaşın, aşkın, yenilginin gerçek yüzünü bizlere sergileyen bu romanda nefesimi tutarak okudum bazı yerlerini. İnsan ırkının dünyanın başına gelmiş en korkunç şey olduğunu ve barış içinde yaşamak varken kendi ırkına acılar çektirmeği yeğleyen bir canlı sınıfı olduğumuzu görüyoruz. Kitabın içinde onca acıya rağmen masumiyeti kaybetmeyen aşk hikayesine de yer veriliyor. Farklılıklarımızla güzeliz ve farklı olduğumuz için güzeliz.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,084 okunma
399 syf.
10/10 puan verdi
·
Liked
Bu kitabı oxuyanda anladım ki, insan 200dən çox sümükdən ibarətdisə, 2000dən də çox hissdən ibarətdi. Və müharibədə həmişə ən böyük zərbə qadınlara və uşaqlara dəyir. "Kaliforniya qalstuku"nu isə unutmaq mümkün deyil.. Sadəcə, möhtəşəm kitabdı
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,084 okunma
424 syf.
10/10 puan verdi
·
Liked
Bu kitapı ne kadar övsem o kadar az kalır arkadaşlar... Eser iki gencin relsler üzerine intihar etmek için gelmekleriyle başlıyor,bu gençler tren gelene kadar kendi geçmişlerinden konuşuyorlar ve her şey burdan başlıyor... Eserin içinde bir- biriyle karşı tarafta olan iki gencin aşk hikayeside geçmektedir,kendi saflığı,hoşluğuyla geçen bir aşk hikayesi... Kitapın yarısından sonra savaş geçmektedir, burda baş kahramanın eşinin başına gelen faciavi hadiselerle devam ediyor.. Acaba o iki genc kimdi ve intihar etdiler mi?? Not: Bayılarak okuduğum bir psikolojik kitaptır, sonları sizi kaç gün ağlatır ben bilemem
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,084 okunma
Reklam
46 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.