Relslər Üzərinə Uzanmış Adam

Rövşen Abdullaoğlu

Relslər Üzərinə Uzanmış Adam Reviews

You can find Relslər Üzərinə Uzanmış Adam reviews, Relslər Üzərinə Uzanmış Adam book reviews, Relslər Üzərinə Uzanmış Adam ratings on 1000Kitap.
424 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 14 days
Çox möhtəşəm bir əsər idi. Bu əsər içində nələr daşımır ki.. Sevgi, mərhəmət, dostuq, istirab, fədakarlıq, peşmançılıq, müharibənin amansız şərtləri və insanların həyatında buraxdığı o dərin izləri... Çox dərin duyğularla zəngin bir kitabdır. Əsərdə relslər üzərində intihar etməyə qərar vermiş iki yad insanın həyatından bəhs edir. Bu "həmrelslər" relslər üzərində uzanıb qatarın gəlməsini gözlədikləri müddətdə bir biriləri ilə hayat, ölüm və başqa sahəhərdə olan fəlsəfi fikir və düşüncələrini bölüşürlər. Sonra isə sıra onların həyat hekayəsinə gəlib çatır. Burada serblərlə boşnakların arasında olan düşmənçilik, və bu millətlərin arasında gedən müharibə təsvir edilib. Əsərdə müharibənin o dəhşətli səhnələrinin, insanların həyatlarını necə məhv etdiyinin, onların həyatında bir ömür unuda bilməyəcəkləri necə dərin izlər buraxmasının, və orada edilən inşgəncələrin şahidi oluruq. Biz bu əsərdə sevginin gücünə şahid oluruq! Sevgidən doğan o böyük fədakarlıqlara şahid oluruq! Sevgi çox qüdrətli bir hissdir və hər şeyə qadirdir. İnanıram ki həyatda da belə gözəl sevən insanlar vardır. Kitabı hər kəsə tövsiyə edərdim. Xoş oxumalar.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
424 syf.
9/10 puan verdi
·
Liked
kitaba sırf "onsuz da yaxşı deyil" fikri ile, bunu isbat etmək üçün başlamışdım; ama Abdullaoğlu bu fikrimden uzaqlasdirdi meni :) bezi yerlerinde fikir ayriliqlari yasasamda umumilikde mukemmel bir kitabdir. Tovsiye edirem.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
Reklam
424 syf.
9/10 puan verdi
·
Liked
Relslər üstə uzanmış adam - R. Abdullaoğlu "Ahh", dərin bir nəfər alaraq, başlamaq istəyirəm. Bu günə qədər oxuduğum heç bir kitab bu qədər maraqlı, güldürücü, ağladıcı, həyəcanlandırıcı, təssüfləndirici və motivasiyə verici olmamışdı. Kitab intihar qərarına düşmüş, iki gəncin təsadüfən qarşılaşıb, həyatlarını müzakirə edib, nəhayət intihar qərarından ayrılması ilə bitir. Kitab haqda belə bir cümlədə yaza bilərdim: "Sevginin nə dəyərini nə qədər gözəl izah edir". Xeyr! Sevginin dəyərini izah etmir! "Həqiqi sevginin nə qədər dəyərli olduğunu bizə çatıdırır". Bəli həqiqi sevgi, elə bir sevgi ki, hər cür düşmənə, təhlükəyə, xəstəliyə və ən əsasıda qorxuya qalib gəlir. Nə yaxşı ki,bu kitabı oxudum. Bu kitab tam bir şedever, Rövşən Abdullaoğluda həqiqi bir dühadı. Kitabın təsirindən, neçə il ayrıla bilməyəcəm... Təkidlə kitabı almağı sizə tövsiyyə edirəm. Heç vaxt peşman olmayacaqsız. Əsərə verdiyim bal: 93 - (100 ballıq şkalada)
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
424 syf.
10/10 puan verdi
·
Liked
Bu kitab çox möhtəşəm bir kitabdır. Hər kəsə oxumağı tövsiyyə edərəm. Sizi uzaqlara, düşüncələrə aparacaq bir hekayədi. Əsər axıcı bir əsərdir. Başlar biraz qəribə gələ bilər amma bur müddət sonra anlayırsan. Mən çoox tövsiyyə edirəm. Vaxt itirmədən oxuyun məncə
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
399 syf.
6/10 puan verdi
Roman Relsler üzerində intahara qərar vermiş 2 yad gəncin kəsişən həyat yolları ilə başlayir.Dorian xoşbəxt bir ailədə gözlərini açmisdir,lakin uşaqliq illəində basina gəlmiş faciəli həyati onun psixologiyasini altüst edir.Digər gəncimiz ailəsi isə müharibənin qurbani olurlar. Kitabda 2 gəncin bir-birine öz həyatlarindan danisirlar,niyə intahara uz tutduqlarini , bu yerə onlari gətirən səbəblərdən söz açirlar.Əsərdə Bosniya və Sebiya muharibəsindən danisilir. Mubaribenin törətdiyi fəsadlar,şəhərlərin , evlərin yerlə yeksan olmagindan ,vaxti ilə bir-birini sevən 2 gəncin taleylerini birleşdiren yerler dagilib , xarabaxanaliga çevrilmeyini yaziçi ustaliqla qələmə almisdir. Əsir düşən qadinların,uşaqlarin basina gələnlər isə dilə gətirilməz müsibətlərdir. Hər mübaribənin acisini çəkən dinc,silahsiz xalqdir. Bu hissələri oxuyanda Xocali Soyqirimi yadima düşdü (eyni davranişlar,eyni müsibətlər) . *Kitabda ənnn xoşuma gələn hissəsi isə Bosniyanin tarixi,abidələri, məkanları, ziyarətgahlar haqqinda melumatlar verilmisdi. Onlar haqqinda araşdirmalar aparacam (aparmadi). *Bundan elave kitab da məşhur dünya yazicilarin- Kafka,Dostoyevski, Tolstoy həyatindan,yaradiciliğindan geniş melumat verilir. Bir sözlə kitabda din,muharibə,sevgi, tarixi məlumatlarla doludur..Kitabi sevdimmi sevdim amma açiğini desəm Bu şəhərdə kimsə yoxdur " qədər bəyənmədim. Amma yenedə oxumaq istəsəniz oxuya bilərsiniz axici kitabdir
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
424 syf.
·
Not rated
Azərbaycan dilində tərcümə əsərləri oxumağı sevməyən birisiyəm amma bunu elə başa düşməyin ki, öz ana dilimi sevmirəm, xeyir sevirəm amma bir dəfəsində " Cinayət və Caza"nı Azərbaycan dilində oxumağa çalışdım...20 səhifə güclə dözdüm. Buna görə də tərcümə əsər oxumağı sevmirəm. Əsəri ilk oxumağa başlayanda qəhrəmanlara görə tərcümə əsər olduğunu fikirləşmişdim amma elə deyil. Günümüzün Azərbaycan ədəbiyyatına da biraz önyarğılıydım. Amma kitap sərgisində bestseller sözünü görən kimi bir şans vermək istədim. Yaxşı ki vermişəm də. Əsərin fəlsəfi tərfi, intihar haqqında yazılanlar, Əmin və Adrina'nın hekayəsi, serblər və bosniyalılar haqqında yazılanlar və müharibənin o iyrənc tərəfinin dəhşətini mənə çox təsir elədi. Yazıçının yazım tərzini və hekayəni anlatmaq tərzini bəyəndim. Əsərdə ən sevdiyim şey baş qəhrəmanların düşüncə tərzi və bizə anlatılan bir çox elmi mövzuların insana zövq verməsi və marağını cəlb etməsiydi. Rövşən Abdullaoğlunun digər əsərlərini oxumaq nəsib olsun inşəallah.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
Reklam
389 syf.
8/10 puan verdi
Müəllifdən oxuduğum ikinci kitabdır və birinci kitab məni o qədər sıxdı ki, (Bu şəhərdə heç kim yoxdur) yarıda buraxmamaq üçün özümü güclə saxlamışdım. Bu kitabın da o formada olacağını düşünürdüm. Düzdür bu kitabda da digər kitabdakı kimi sırf kitab daha qalın olsun deyə uzun uzadı mövzudan çox uzağa çıxılıb və həmin yerlərdə də sıxılmadım deyə bilmərəm. Amma bu kitabda digər kitabdan fərqli olaraq müəllif daha obyektiv fikirlər nümayiş etdirməyə çalışıb. Kitabın əsas mövzusu da həqiqətən insanın hisslərinə dərindən təsir edən bir ssenari üzərində qurulub. Hətta biraz emosional insanların kitabın sonlarına yaxın göz yaşlarını saxlaya bilməyəcəyini əminliklə deyə bilərəm.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
424 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 12 days
Kitab iki insanın həyat hekayələrinin relslərlə bağlılığı və sonda orada intihar edərkən yollarının kəsişməsidir. Həmçinin müharibələrin insan həyatında qoyduğu izlər,çətinliklər bütün dərinlikləri ilə təsvir olunub. Buna baxmayaraq, yaşamağa çalışan,sevdikləri üçün həyata tutunan qadının gücündən bəhs edilir. "Sevdikləri üçün canından keçmək asandır,lakin sevdikləri üçün yaşamağa-uzun illər boyunca hər gün ölüb-dirilərək yaşamağa yalnız həqiqi sevgini dadanlar qadirdir."
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,059 okunma
78 öğeden 51 ile 60 arasındakiler gösteriliyor.