Relslər Üzərinə Uzanmış Adam

Rövşen Abdullaoğlu

Yüksek Puanlı Relslər Üzərinə Uzanmış Adam Yorumları ve İncelemeleri

Yüksek Puanlı Relslər Üzərinə Uzanmış Adam sözleri ve alıntılarını, yüksek puanlı Relslər Üzərinə Uzanmış Adam kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.

Puan

9.310 üzerinden
481 Kişi · 73 İnceleme
424 syf.
10/10 puan verdi
·
28 günde okudu
Relslər üzərinə uzanmış adam... Deyəcək söz tapmıram. Tək kəlimə ilə Mükəmməll. Ted (Dorian) və Faruqun söhbətləri, Əmin və Adriananın, Cekob və Abigeylin sevgisi... Kitabın təsirindən çıxmaq heç də asan olmayacaqmış kimi görünür. Təkrar təkrar rəfdən alıb oxuyacağım, mənə hər dəfə oxuyanda mütləq bir şey qazandıracaq kitablardan. Tövsiyə edirəm. Oxumayanlar mütləq oxumalıdı. Bu kitabdan da qazanılacaq çox şey var.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,084 okunma
424 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Spoiler ola bilər! Oxuduqca güldüm, ağladım, güldüm, ağladım. Bir kitab insanı həm ağladıb, həm güldürə bilirsə, oxumağa dəyər deməli.. İntihar etmək qərarına gələn iki gəncin birlikdə ölümü gözlədikləri anlarda dialoqları ilə başlayıb, müxtəlif hadisələrlə davam edən " ləzzətli" kitab. " ŞULUTRUQ " tayfasının sirrini açmaq üçün kitabı oxumağın zövqü bir başqadır. Niyə məhz intihar üsulu olaraq relslər seçilib?! Maraqlı sualdır. Əsərdə bir başqa mövzu isə müharibə və onun yaratdığı fəsadlardır. Hər qəlbə toxuna biləcək, su kimi axıcı dəsti xətti ilə Rövşən Abdullaoğlu qələmi. Oxumağa dəyər, hətta, mütləq oxunmalıdır! Daha çox yazardım, kitabı incələmədən oxumağınızı istəmirəm))
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,084 okunma
Reklam
407 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Rövşən Abdullaoğlunun artıq 2-ci əsərini oxumuş oldum bu kitabla.Hər ikisində də müəllif insan ürəyinin ən incə tellərinədək nüfuz edir, onu böyük hüzünə qərq edir... Bu kitabda isə mən bir daha bütün dövrlərdə qadın olmanın bu ağır həyatda ən böyük çətinlik olduğunu dərk etdim... Əmin sən isə çoox mükəmməl xarakter idin. Adriananı bu həyatda yalnız sənin ümman, həqiqi sevgin yaşada bilrədi və yaşatdıda.Ən çox təsirləndiyim isə atanın sənin haqda dediyi söz- "Mən onu görmüşdüm, məni yalnız buraxmadığından xəbərim var" deməsi oldu ancaq sən bunu bilmədin... Əsər insanda böyük təsir buraxır, insana insan olduğunu , insanlığı sorğuladır. Amansız müharibənin törətdiyi qırğınların, təcavüzlərin günahsız insanların həyatında açdığı böyük faciələr isə hər zaman müharibənin bu zavallı kütləsi üçün dərin bir travma olaraq qalacaq... Eynilə bizdə olduğu kimi ..
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,084 okunma
424 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Rövşən Abdullaoğlu - "Relslər üzərinə uzanmış adam"
Həyat, yaşamaq, ümid, mübarizə.....ölüm.Düşünsək, hər birimiz bir məna verəcəyik bu mücərrəd məhfumlara.Bu dəfə isə sadəcə bir yazıçı qələmi bütün yanlış düşüncələrimi yenməyi bacarmışdı.Deməli, kitabı maraqlı və axıcı edən də müəllif savadı, yaradıcıllığıdı.Bütün bunları birləşdirərək özündə çox şeyi ehtiva edən ədəbiyyat incisi ərsəyə gətirmişdi
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,084 okunma
424 syf.
10/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Relslər Üzərinə Uzanmış Adam. Əsər elə yazılıb ki, oxuduqca özümü əsərin içində hiss etdim, çox qəribə hisslər keçirdim, Əminin ağacın altına atılması, Adriananın başına gələnlər, atasının onu görməsi, özünü öldürməsi bütün hadisələr gözümün önündə canlandı və bu mənə çox qəribə hisslər yaşatdı, bəzi hissələri oxuduqdan sonra sadəcə "dəhşət" deyərək keçdim. Lakin reallığın, acı həqiqətlərini əks etdirən bu yazıları qınamaq bərədə düşünə bilmədim. Çünki bu reallıqdır. Real həyat insanların istədiyi həyatla heç də tarazlaşmır. Qəbul etməkdə çətinlik çəkdiyim bir şey var ki, bütün bunları, acı həqiqətləri, real olanları, dəhşəti, qəddarlığı Tanrı'nın görüb və buna göz yummasıdır. Sadəcə bir qatarın gəlişini gözləmək yüzlərlə səhifə yazının yazılmasına səbəb olacaq düşüncələri göz önündən keçirməyə bəs edirmiş. Müharibələr heç bir qanuna tabe olmur. Hissələr arasında əlaqə tapmağa çalışmağın isə məni kitabı oxuyarkən çox yordu. İmzalı kitab üçün müəllifə təşəkkür edirəm.
Rövşen Abdullaoğlu
Rövşen Abdullaoğlu
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,084 okunma
Reklam
46 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.